Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Azad Kərimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yenikənd, Göyçay rayonu, Azərbaycan |
Vəfat tarixi | (dəfn tarixi) (23 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elşad Kərimli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2017 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur.[1]
Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
<ref>
teqi; :SM
adlı istinad üçün mətn göstərilməyib