Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərtəv-Nihal (Pərtəvniyal) Validə Sultan
Pərtəvniyal Sultan (1812, Valaxiya – 5 fevral 1883, Beşiktaş) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası, Validə sultan. Əslən çərkəz olub, bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Hoşyar xanım Kavalalı İbrahim Paşayla evlənərək Qahirəyə göndərilmiş, Pərtəvniyal isə Sultan Mahmuda təqdim edilmişdir. Yeganə övladı olan Şahzadə Əbdüləzizi 7-8 fevral 1830 gecəsi dünyaya gətirməklə Sultan Mahmudun beşinci qadınəfəndiliyinə yüksəldi. Həmin ilin dekabrında bacısı Hoşyar xanımın da bir oğlu dünyaya gəlmiş, İsmayıl adlı bu oğul gələcəkdə Misir xədivi olaraq Osmanlılarla yaxın əlaqələr quracaqdır. 25 iyun 1861-ci ildə Sultan Əbdülməcidin vəfatı və oğlu Əbdüləzizin taxta çıxmasıyla Validə sultan ünvanı aldı. Sultan Əbdüləzizin üzərindəki güclü təsiri və nüfuzu səbəbilə, yaşadığı dövrdə “ümmül-cahan” olaraq anılmışdır. Pərtəvniyal Sultan oğlu taxta çıxar-çıxmaz dövlət məsələlərinə qarışmağa başladı. Sultan Əbdüləzizin sədarətə gətirmək istədiyi Yusif Kamil Paşanı razı salmaq məqsədilə kəndxudası Hüseyn ağanı dəfələrlə paşanın yanına göndərdi. 1871-ci ildə sədrəzəm Mehmed Əmin Əli Paşanın ölümündən sonra sədarətə gətirilən Mahmud Nədim Paşa da validə sultanla birlikdə hərəkət etdi.
Aleksandr Petrov
Aleksandr Petrov (hərbçi) — hərbçi, Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). Aleksandr Petrov (basketbolçu) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı.
Andrey Petrov
Andrey Petrov (bəstəkar) — məşhur sovet-rus kino bəstəkarı. Andrey Petrov (atlet) — Özbəkistanlı marafonçu.
Dmitri Petrov
Dmitri Yuryeviç Petrov (rus. Дми́трий Ю́рьевич Петро́в; 16 iyul 1958, Novomoskovsk, Tula vilayəti) – rusiyalı sinxron tərcüməçi, KazGUU Universiteti Ali Humanitar Məktəbinin professoru. 2012–2016-cı illərdə Rusiayn;n "Mədəniyyət" telekanalında "Poliqlot" realiti-şousunun teleaparıcısı və müəllimi olub.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Qriqori Petrov
Qriqori Petrov (hərbçi)
Stanislav Petrov
Stanislav Petrov (rus. Станислав Евграфович Петров) (7 sentyabr 1939, Vladivostok, RSFSR, SSRİ – 19 may 2017, Fryazino, Moskva vilayəti)-Rus Strateji Roket Qüvvələrinin sabiq polkovnik-leytinantı. 26 sentyabr 1983-cü ildə radarlarda ABŞ-nin SSRİ-yə qarşı kütləvi raket hücumuna başladığını görür. Əvvəlki təcrübələrinə əsaslanaraq bunun komputerlərin səhvi ola biləcəyini düşünür və rus ordusunun proseduralarına məhəl qoymayaraq gözləməyə qərar verir. Onun bu qərarı hərbçi karyerasını bitirsə də, SSRİ tərəfindən ABŞ-yə ediləcək nüvə hücumunun qarşısını almaqla nüvə müharibəsinin baş verməsini önləyir. Tam adı ilə Stanislav Evgrafovich Petrov 7 sentyabr 1939-cu il tarixində Vladivostok şəhəri yaxınlığında anadan olmuşdur. Atası Yevqraf II Dünya müharibəsi zamanı Hava qüvvələrində xidmət etmişdir. Anası isə tibb bacısı olmuşdur. Sovet hava qüvvələri nəzdində Kiyev Yüksək Texnologiyalar kollecinə daxil olan Petrov 1972-ci ildə buranı bitirmiş və Sovet Havadan Müdafiə Qüvvələrinə qəbul edilmişdir. 1970-ci illərin əvvəllərində o NATO ölkələrinin ballistik raket hücumlarını aşkar etmək üçün nəzərdə tutulan erkən xəbərdarlıq sisteminə nəzarətçi vəzifəsinə təyin olunur.
Svetoslav Petrov
Svetoslav Petrov (bolq. Светослав Петров; 12 fevral 1978, Dobriç[d]) — keçmiş bolqar futbolçu, yarımmüdafiəçi mövqeyində çıxış edib. Hazırda Bolqarıstanın "Dobruca" klubunun baş məşqçisidir. Petrov doğulduğu Dobriç şəhərini təmsil edən "Dobruca" klubunun yetirməsidir. Peşəkar karyerasını da 1996-cı ildə məhz burada başlayıb. 1999-cu ilə qədər "Dobruca" klubunda çıxış edib. Bu müddət ərzində komandanın heyərində 59 oyun keçirib. 2000-ci ildə "MOİK Sofiya" komandasına keçib. İlk mövsümündə komandanın heyətində 13 oyun keçirib, 2 qol vurub. "MOİK" mövsümü ikinci yerdə bitirb.
Vsevolod Petrov
Vsevolod Alekseyeviç Petrov (21 fevral 1896 – 1955) — sovet paleobotaniki, sovet spor-tozcuq metodunun yaradıcılarından biri, biologiya elmləri namizədi, Leninqradın Petroqrad rayon sovetinin deputatı (1928–1931-ci illərdə). "Dağlıq Qarabağın etnobotanikası" monoqrafiyasının müəllifi. Petrov Azərbaycanda beş ekspedisiya keçirdi. 1934-cü ildə Araz sahilində, Karyagino (indiki Füzuli) yaxınlığında qədim Roma XII Fulminata legionu qeyd edən latın daş yazısı aşkar etmiş, lakin yazının məlum olduğuna inanaraq ona heç bir əhəmiyyət verməmişdir. 1939-cu ildə monoqrafiyanı tamamlamaq üçün bir il SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Botanika İnstitutunun ştatlı əməkdaşı olmuş, burada eyni vaxtda yerli arxeoloji ərazilərdən olan bitki qalıqlarının təhlili ilə məşğul olmuşdur. 1940-cı ildə onun “Dağlıq Qarabağın etnobotanikası” adlı monoqrafiyası nəşr olunub. Orada botanika və təsərrüfat istifadəsi baxımından Dağlıq Qarabağ bitkilərinin 100 növü təsvir verilmiş, həmçinin onlarla bağlı müxtəlif kult və inanclar barədə etnoqrafik məlumat var.
Yevgeni Petrov
Yevgeni Petroviç Katayev (Petrov) (30 noyabr (13 dekabr) 1902, 30 noyabr (13 dekabr) 1903 və ya 30 noyabr 1903, Odessa, Rusiya imperiyası – 2 iyul 1942[…] və ya 2 aprel 1942, Rostov vilayəti) — Sovet yazıçısı. 13 dekabr 1903-cü ildə Odessada doğulub. 1920-ci ildə gimnaziyanı bitirdikdən sonra Moskvaya köçən (1923) Yevgeni Petrov jurnalistika ilə məşğul olmağa başlayır. 1925-ci ildə "Qudok" qəzetinin redaksiyasında İlya İlflə tanış olduqdan sonra birgə əməkdaşlıq nəticəsində bir neçə felyeton və "12 Stul" və "Qızıl Dana" povestlərini yazmışdır. 2 iyul 1942-ci ildə Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 (22) oktyabr 1894, Dnepr – 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
Pertev Naili Boratav
Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907, Zlatoqrad – 16 mart 1998, Paris) — Türk etnoqrafı və folklor tədqiqatçısı. Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu. Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir. Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var. Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır. 1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Vasili Perov
Vasili Perov (21 dekabr 1833 (2 yanvar 1834), Tobolsk, Qərbi Sibir general-qubernatorluğu[d] – 29 may (10 iyun) 1882, Kuzminki rayonu[d]) — rus rəssamı. Vasili Perov 1832-ci ilin 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır. O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir. O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar. Perov yaradıcılığında əsasən demokratik realizm ənənələrin davamçısı olmuşdur.O, yaradıcılğına çox erkən başlayır,əsərlərin bəzilərində öz kompazisiyasına görə çox tənqidi və satirik məzmunludur.Perov tənqidi əsrlər və gözəl mənzərə ustası olmaqla yanaşı rus incəsənət tarixində gözəl portretlər müəllifi kimi də daxil olmuşdur.Perovun portret yaradıcılığında əsasən müasirlərini təsvir etmişdir.Təsvir etdiyi müasirlərin portretlərində süjet xətinin dərin ifadəsini tapırıq.Əsasən kəndililərin portretlərini çəkmişdir.Təsvir etdiyi portretlərda kəndli həyatda ağır işi olan insanlardır amma buna baxmayaraq, onlar öz insani ləyaqətlərini saxlamışdır. Hətta kəndlinin pisxoloji durumunu biz Perovun çəkdiyi "Sərgərdanın"(1870, DTQ) portretində görə bilərik. Perovun XIX əsrin 70-ci illərində çəkdiyi görkəmli mədəniyyət xadimlərinin portretlərini Kromskoyun və Repinin ən yaxşı işləri ilə müqayisə oluna bilinər. Perovun portretləri son dərəcə sadə və realistikdir; onlar özlüyundə təbiiliyi və rəng qammasının ciddiliyi ilə seçilirlər.
Aleksandr Petrov (basketbolçu)
Aleksandr Petrov (rus. Александр Петров; 14 may 1939, Bakı, Azərbaycan SSR, SSRİ — 5 may, 2001, Moskva, Rusiya) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ əməkdar idman ustası (1964). == İdman karyerası == Aleksandr Petrov 14 may 1939-cu ildə Bakıda anadan olub. O, mərkəz mövqeyində çıxış edən ilk ucaboy sovet basketbolçularından biridir. Aleksandr Petrov SSRİ yığmasının heyətində 1960-cı il Roma və 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. == Təhsili == Rusiya dövlət bədən tərbiyəsi, idman, gənclər və turizm universitetini bitirib.
Andrey Petrov (atlet)
Andrey Petrov (13 oktyabr 1986) — Özbəkistanlı marafonçu. Andrey Petrov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Petrov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona qədər qət edə bilmədi.
Andrey Petrov (bəstəkar)
Andrey Pavloviç Petrov (2 sentyabr 1930, Leninqrad[d] – 15 fevral 2006, Sankt-Peterburq) — məşhur sovet-rus kino bəstəkarı. == Həyatı == Andrey Pavloviç Petrov 2 sentyabr 1930-cu ildə Sankt-Peterburqda anadan olub. Rusiyanın tanınmış bəstəkarıdır. 15 fevral 2006-cı ildə dünyasını dəyişib.
Qriqori Petrov (hərbçi)
Qriqori Petrov (rus. Петров Григорий Константинович; 1892, Ryazan – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, eser, 26 Bakı komissarından biri. Qriqori Petrov 1917-ci ildə yaranan Bakı kommunasında Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri olmuşdur. Qriqori Petrov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Qriqori Petrov (keşiş)
Qriqori Petrov (rus. Григорий Спиридонович Петров; 26 yanvar (7 fevral) 1866 – 18 iyun 1925, Münxen və ya Paris) — rus rahib, yazıçı və jurnalist. XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri kimi məşhurlaşmışdır. Fərqli fikirlərinə görə kilsədən qovulmuş, rahiblik həyatı başa çatdıqdan sonra bütün fəaliyyətini ədəbiyyata həsr etmişdir. Petrov eyni zamanda kütlələr qarşısındakı etdiyi çıxışları ilə də tanınmışdır. Oktyabr inqilabının baş verməsindən sonra ölkədən qaçmaq məcburiyyətində qalmışdır. Yuqoslaviya Krallığında keçirdiyi həyatının son illərində bir çox əsər qələmə almışdır. Əsərlərində olan fikirlər səbəbindən bir çox kitabı SSRİ-də qadağan edilməsinə baxmayaraq, həmin dövrlərdə yeni-yeni təşəkkül tapan Bolqarıstan və Türkiyə kimi dövlətlərdə böyük maraqla qarşılanmışdır. Ağ Zanbaqlar Ölkəsində əsəri yazıçının ən məşhur əsərlərindən biridir. Əsərdə yazıçının Finlandiyada yaşadığı illərdə ki, təcrübələri qələmə alınmışdır.
Vladimir Petrov (diplomat
Vladimir Mixayloviç Petrov (rus. Влади́мир Миха́йлович Петро́в; 15 fevral 1907 - 14 iyun 1991) — 1954-cü ildə Avstraliyaya sığınması ilə məşhurlaşan Sovet İttifaqının məxfi xidmətinin üzvü. Afanasiy Mixayloviç Şoroxov (Афанасий Миха́йлович Шорохов) Mərkəzi Sibirin Larixa kəndində kəndli ailəsində anadan olub. Petrov 1923-cü ildə komsomola və Sovet Hərbi Dəniz Qüvvələrinə qatılaraq tam adını Vladimir Mixayloviç Proletarski (Влади́мир Миха́йлович Пролетарский) olaraq dəyişdi. Bu yaxınlarda açıqlanan gizli Britaniya MI5 sənədlərinə görə, Petrov qaçışdan sonra verdiyi müsahibə zamanı kəşfiyyat karyerasının aşağıdakı kimi olduğunu söylədi: 1929-1933-cü illərdə Sovet Hərbi Dəniz Qüvvələrinin şifrə katibliyi. 1933-1938-ci illərdə NKVD Moskva, xaricdə şifrəli rabitə ilə məşğul olurdu. 1939-cu ildə Qərbi Çin Sovet Ordusuna bağlı NKVD, şifrələmə katibi. 1940-1942-ci illərdə NKVD-nin şifr məmuru, Moskva daxili rabitə ilə məşğul olub. 1942-1947-ci illərdə NKVD şifr məmuru İsveç, əlavə daxili təhlükəsizlik vəzifələri ilə. 1947–1951-ci illər Dövlət Təhlükəsizlik Nazirliyi Moskva Dunayda dənizçilər ilə məşğul olub.
Vladimir Petrov (diplomat)
Vladimir Mixayloviç Petrov (rus. Влади́мир Миха́йлович Петро́в; 15 fevral 1907 - 14 iyun 1991) — 1954-cü ildə Avstraliyaya sığınması ilə məşhurlaşan Sovet İttifaqının məxfi xidmətinin üzvü. Afanasiy Mixayloviç Şoroxov (Афанасий Миха́йлович Шорохов) Mərkəzi Sibirin Larixa kəndində kəndli ailəsində anadan olub. Petrov 1923-cü ildə komsomola və Sovet Hərbi Dəniz Qüvvələrinə qatılaraq tam adını Vladimir Mixayloviç Proletarski (Влади́мир Миха́йлович Пролетарский) olaraq dəyişdi. Bu yaxınlarda açıqlanan gizli Britaniya MI5 sənədlərinə görə, Petrov qaçışdan sonra verdiyi müsahibə zamanı kəşfiyyat karyerasının aşağıdakı kimi olduğunu söylədi: 1929-1933-cü illərdə Sovet Hərbi Dəniz Qüvvələrinin şifrə katibliyi. 1933-1938-ci illərdə NKVD Moskva, xaricdə şifrəli rabitə ilə məşğul olurdu. 1939-cu ildə Qərbi Çin Sovet Ordusuna bağlı NKVD, şifrələmə katibi. 1940-1942-ci illərdə NKVD-nin şifr məmuru, Moskva daxili rabitə ilə məşğul olub. 1942-1947-ci illərdə NKVD şifr məmuru İsveç, əlavə daxili təhlükəsizlik vəzifələri ilə. 1947–1951-ci illər Dövlət Təhlükəsizlik Nazirliyi Moskva Dunayda dənizçilər ilə məşğul olub.
Aleksandr Petrov (hərbçi)
Aleksandr İvanoviç Petrov (7 noyabr 1917, Bekovsk rayonu[d], Aşağı Volqa diyarı[d] – 18 yanvar 1995, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). == Həyatı == Aleksandr Petrov 1917-ci ildə Rusiyanın Penza vilayətinin Polsot kəndində anadan olub. Milliyətcə rusdur. 1939-cu ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Polkovnik idi. 1943-cü ildə hərbi aviasiya məktəbini bitirmişdir. Qvardiya polkunun 5-ci hərbi aviasiya ordusunun 155-ci qvardiya hərbi aviasiya alayının komandiri olmuşdur. 26 oktyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra Tibb institutunda işləmişdir.
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı)
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Perlova
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya). Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pertya
Pertya (lat. Pertya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pestovo
Pestovo — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Petrol
Petrol (mahnı) —
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Reutov
Reutov — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.