KÜSƏYƏN

sif. Tez küsən, hər şeydən inciyən, küsən; dəymədüşər. Küsəyən qız. Küsəyən uşaq.
[Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağa bənzər qarı şəklində dayanıb dururdu. S.Rəhimov.
[Misir] ağızdan pərtov, küsəyən idi, söz saxlaya bilməzdi. Ə.Vəliyev.

// Obrazlı təşbehlərdə. Bu yerlərdə nə istəsən taparsan.
Yumşaq torpağa qanad sərən yemliyi, qazayağını, … kölgə və sərinlik sevən çiyələyini, küsəyən bənövşənimi deyim?! Mir Cəlal.

// İs. mənasında. Küsəyənin payını yeyərlər. ( Ata. sözü ).

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜSƏYƏN küsəyən bax dəymədüşər
KÜSƏNMƏK
KÜSƏYƏNLİK

Digər lüğətlərdə