Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abide Pərvin
Abide Pərvin (20 fevral 1954, Larkan, Sind əyaləti) - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir. İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır. Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir. O bir neçə dəfə kilsələrdə çıxış etmişdir.
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Pərvin Babayev
Pərvin Babayev (tam adı: Pərvin Hüseyn oğlu Babayev; 26 sentyabr 2001; Saratov, Rusiya — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərvin Babi
Pərvin Babi (bütöv adı — Pərvin Vəli Məhəmməd xan Babi ing. Parveen Wali Mohammad Khan Babi, hind परवीन बाबी; 4 aprel 1954 – 20 yanvar 2005, Mumbay) — hind aktrisası və modeli. == Həyatı == Pərvin Babi 4 aprel 1954-cü ildə Cunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib. İlk filmi 1974-cü ildə "Məcburi şərtlər" filmi olub.
Pərvin Darabadi
Pərvin Qulam oğlu Darabadi (rus. Парвин Дарабади) — Azərbaycan alimi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru. == Həyatı == == Elmi fəaliyyəti == Hərbi-siyasi tarix, geosiyasət və konfliktologiyanın müxtəlif məsələlərinə dair 100-dən çox elmi, akademik-metodoloji və elmi-populyar əsərlərin müəllifidir.
Pərvin Etisami
Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907, Təbriz – 5 aprel 1941, Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə. == Həyatı == Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.
Pərvin Hacıyev
Pərvin Aleksandr oğlu Hacıyev — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Pərvin Hacıyev Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. == Hərbi xidməti == Baş leytenant Pərvin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. === Vətən müharibəsi === Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan Pərvin Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Pərviz Rüstəmbəyov
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen. == Həyatı == Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib. İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur. 1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.
Pərviz Rüstəmov
Pərviz Tufan oğlu Rüstəmov (6 may 1992, Samux rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Rüstəmov 6 may 1992-ci ildə Azərbaycan Respublikasının Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə dəvam etmişdir. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırmışdır. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur. == Hərbi xidməti == Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır.
Pərviz Səmədov
Pərviz Səmədov (5 may 1970, Kirovabad – 15 may 1992, Abdalgülablı[d], Ağdam rayonu və ya Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. == Döyüşlərdə iştirakı == Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi.
Pərviz Tağıyev
Pərviz Hafiz oğlu Tağıyev (22 mart 1990; Mingəçevir, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziri. == Həyatı == Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. == Təhsili == 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. == İş təcrübəsi == 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Pərviz Əlikramoğlu
Quliyev Pərviz Əlikram oğlu (Pərviz Əlikramoğlu) — balaban, tütək, zurna, klarnet və saksofon ifaçısı. == Həyatı == Pərviz Əlikramoğlu 8 yanvar 1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri İlqar Məmmədov adına 3 saylı orta məktəbə gedib. Uşaq vaxtından musiqiyə xüsusi marağı olmuşdur. Valideynləri onun hüquqşünas kimi görmək istəsələr də, Pərviz musiqi sahəsini seçmişdir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır. Valideynləri də bu marağı hiss etmiş və beləliklə o, öz təhsilini Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində almağa başlamışdır. Oxuduğu illər ərzində klassik, caz və milli musiqi üslubları ilə dərindən və ciddi məşğul olmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Pərviz Ələkbərov
Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == 15 oktyabr 1972-ci ildə Şuşada doğulub. == Təhsili == 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. == Peşə fəaliyyəti == 1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir. == Nailiyyətləri == Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.
Pərviz Ələsgərov
Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Pərviz Əmiraslanov
Pərviz Əmiraslanov (Pərviz Arzuman oğlu Əmiraslanov; d. 28.07.1971, Tovuz rayonu, Sarıtala kəndi) — IAV GmbH şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. == Həyatı == Pərviz Əmiraslanov 28 iyul 1971-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə getmiş və həmin məktəbi 1988-ci ildə əla qiymətlərlə bitirdikdən sonra 98 N°-li Qovlar Qəsəbəsi Orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddət ərzində dəfələrlə fənn olimpiadalarında fəal iştirak etmişdir. Müxtəlif illərdə olimpiyada qalibi və zona üzrə 2-ci, 3-cü yerləri tutmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində universitet və respublika olimpiyadası qalibi olmuşdur. Oxuduğu müddət ərzində dəfələrlə fərqlənmiş, mükafatlara layiq görülmüş və Texniki Universitetin „Sərbəst Tələbə“ adını almışdır. Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsi üzrə keçirilən Tələbə Elmi Konfranslarında 3 il ardıcıl olaraq Elmi Katib kimi fəaliyyət göstərmişdir.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Pərvin Həmidov
Pərvin Azər oğlu Həmidov (8 mart 1994; Bəydili, Yevlax, Azərbaycan — 1 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərvin Həmidov 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-cı ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb. İki övladı var idi. == Hərbi xidmətləri == 2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Əlizadə Talış Madagizin azad edilməsində savaşıb. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 2 oktyabr 2020-ci ildə Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Həmidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərvin Həmidov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərvin Həmidov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Pərvin Kərimzadə
Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent. == Həyatı == Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. === Ailəsi === Ailəlidir, iki övladı var. == Elmi-pedaqoji fəaliyyəti == 1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb.
Pərvin Lətifov
Pərvin Məmməd oğlu Lətifov (2 fevral 1984, Bərdə) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar. == Həyatı == Pərvin Lətifov 2 fevral 1984-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Bərdə rayon 6 saylı tam orta məktəbi və eyni zamanda Bərdə rayon 1 saylı musiqi məktəbin bitirmişdir. Musiqi məktəbində muğam dərsləri almışdır. Ilk müəllimi Seyyid Şuşinskinin tələbəsi Maarif Məmmədov olub. 2000-ci ildə Milli Komservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecin bitirmişdir. Müəllimi Mənsub Ibrahimov olmuşdur. Eyni zamanda Elçin Cəlilovdan və Teymur Əmrahdan dərs alıb. 2010-cu ildə Milli komservatoriyanı bitirib. 2011-ci ildə ailə həyatı qurub.
Pərvin Mirzəzadə
Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu == Həyatı == Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir. === Ailəsi === Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var. == İş fəaliyyəti == P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır. == Mükafatları == 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı, 2009-cu ildə Polşa Respublikası qarşısında xidmətlərinə görə "Kavalyer xaçı" ordeni, 2010-cu AR Fövqəladə Hallar Nazirliyinin 5 illik "Yubiley" medalı, 2011-ci ildə AR Xarici İşlər Nazirliyinin "Fəxri əməkdaşı" adına layiq görülmüşdür. 2014-cü Macarıstan Respublikasının Fəxri Ordeni, 2015-ci ildə "AR Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur. 2017-ci ildə Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi yubiley medalı, Gürcüstan Daxili İşlər Nazirliyinin "Xüsusi xidmətlərə görə" 2-ci dərəcəli medalı, 2018-ci ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı, 2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" yubiley medalı, habelə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə də təltif olunmuşdur.
Pərvin Məmmədov
Pərvin Rasim oğlu Məmmədov (1995) — azərbaycanlı pauerliftinqçi. Pərvin Rza oğlu Məmmədov (1994—2020) — azərbaycanlı hərbçi. Pərvin Natiq oğlu Məmmədov (1998—2020) — azərbaycanlı hərbçi. Pərvin Natiq oğlu Məmmədov (2001—2020) — azərbaycanlı hərbçi.
Pərvin Məmmədova
Pərvin Məmmədova (tam adı: Məmmədova Pərvin Şamxal qızı; 9 aprel 1943, Bakı) — kimya elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı == Pərvin Məmmədova 1943-cü il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 saylı məktəbdə aldıqdan sonra, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə, 1967-ci ildə isə istehsalatdan ayrılmadan Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunub. P. Məmmədova əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin 5-ci kurs tələbəsi olarkən Azərbaycan Elmlər Akademiyasının akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) başlamışdır. Elmi fəaliyyətinin ilk illərində o, aromatik sıra qlikol efirlərinin sintezi və bioloji aktivliyinin tədqiqi ilə məşğul olmuşdur. Onun tərəfindən asan tapılan neft-kimya xammalından istifadə etməklə bir sıra bioloji aktiv birləşmələr, o cümlədən sistemli təsirə malik effektiv herbisidlər alınmış və tətbiq üçün təklif edilmişdir. P. Məmmədova 1975-ci ildə "Aromatik sıra efirləri və oksigen tərkibli sabit radikalların sintezi və onların bioloji aktivliyinin tədqiqi" adlı namizədlik dissertasiyası müdafiə etmişdir və ona kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir, 1986-cı ildə isə o, "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi adı almışdır. 1992-ci ildə " "Funksionaləvəzli α-metilbenzilfenolların aşqar kimi sürtkü materiallarında tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə P. Məmmədovaya "Üzvi kimya" ixtisası üzrə professor elmi adı verlmişdir. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə P. Məmmədova Aşqarlar Kimyası İnstitutuna keçirilmişdir. O, 1975–2000-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi kimi çalışmışdır.
Cervinae
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Perninae
Arıyeyənlər (lat. Perninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Pervinca major
Böyük qıfotu (lat. Vinca major) - qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır.Təbiətdə növün arealı Cənubi Avropanı,Asiyanı və Şimali Afrikanı əhatə edir. == Sinonim == Pervinca major (L.) Garsault [Invalid] Vinca grandiflora Salisb. Vinca major subsp. major Vinca major var. variegata Loudon Vinca major f. variegata (Loudon) P.D.Sell Vinca ovatifolia Stokes == Növ müxtəlifliyi == == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur.Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür.Hündürlüyü 30-45 sm-ə çatır.Yarpaqları yumurtavari,ovalşəkilli,üstü tünd-yaşıl,altı isə açıq-yaşıl rənglidir,uzunluğu 4-8 sm,eni 2-5 sm,çılpaq,kənarları tükcüklüdür.Çiçəklərinin diametri 30-50 mm,parlaq göydür,düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir.Kasacıq hissəsinin uzunluğu 8-9 mm,tükcüklü,çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm,eni 10-18 mm,rombvari-yumurtavaridir.Mart-aprel aylarında çiçəkləyir.Nazik budaqları əyilərək,torpağın üzərinə düşür və həmin hissədən kök atır.Toxum,yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil,quraqlığa davamlıdır,lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır.Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kür-Araz ovalığında,Cənub bölgəsində,Naxçıvanda,Abşeronda rast gəlinir.
Pervinca rosea
Çəhrayı qıfotu (lat. Vinca rosea) — qıfotu cinsinə aid bitki növü. == Sinonim == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Carex nervina
Carex nervina (lat. Carex nervina) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Mentha cervina
Mentha cervina (lat. Mentha cervina) – dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.