SÜRƏYYA

is. [ ər. ] Yeddiqardaş ulduzlar, ülkər, pərvin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRƏYYA sürəyya bax ülkər

Etimologiya

  • SÜRƏYYA Ərəbcədir, əsli Sorəyya kimidir, həm qadın, həm də Ülkər ulduzunun ad­larından biridir. (Bəşir Əhmədov
SÜRƏTÖLÇƏN
SÜRFƏ
OBASTAN VİKİ
Ağadadaş Sürəyya
Ağadadaş Sürəyya (1850, Bakı – 1900, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Ağadadaş Sürəyya 1850-ci ildə Bakıda doğulmuşdur. Təhsilini molla məktəbində atmışdır. "Məcməüş-şüəra" ədəbi məclisinin katibi olmuşdur. Məclisin bütün sənədləri, şairlərin oxuduğu və müzakirə etdiyi şeirlər onun evində saxlanılırmış. Sonralar itmişdir. A. Sürəyya 1900-cü ildə Bakıda vəfat etmişdir. Onun əsərlərinin az bir qismi qalmışdır.
Sürəyya (1973)
Sürəyya (1987)
İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya Ayhan
Sürəyya Ayhan Kop — orta məsafədə yarışmış Türk atlet. Atasının həvəskar atlet olması və ona dəstək olması ilə 16–17 yaşında atletizmə başladı. 1992-də indiki həyat yoldaşı Yücəl Kop ilə tanış oldu. O gündən bu yana Kopun məşqçiliyində məsk edir. Məktəbi bitirdikdən sonra Qəhrəmanmaraş idman akademiyasına başlayaraq Kahramanmaraşa getdi. Universitetdə oxuduğu dövrdə idmana davam etmək və məşq etməkdə çətinliklər yaşadı. Bu dövrdə Ağsaray bələdiyyəsinin dəstəkləriylə işlərini davam etdirdi. Ağsaray bələdiyyə idman klubu xaricində MTA, Ankara və Fənərbaxça klubları adına qaçdı. 2000-ci ildə Sidneydə təşkil edilən olimpiadalarda yarım final qaçaraq Türkiyədə məşhur olmağa başladı. 2001-də dünya atletizm çempionatında 1.500 metr finalı qaçaraq Türkiyə qadın atletizmində bir ilki daha reallaşdırdı.
Sürəyya Ağaoğlu
Sürəyya Əhməd bəy qızı Ağaoğlu (1903, Şuşa – 29 dekabr 1989, İstanbul) — Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindəndir. O, 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Atası tanınmış mütəfəkkir, yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. Beş uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanımın pedaqoq və deputat Tezər Taşkıran, mühəndis və iş adamı Abdurrahman Ağaoğlu; O, siyasətçi, yazıçı və hüquqşünas Səməd Ağaoğlu ilə həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universiteti Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Sürəyya Ağayeva
Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent. Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Sürəyya Babayeva
Sürəyya Kərimova
Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı – 2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965). Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir. Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Sürəyya Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya Qasımova
Sürəyya Məcid qızı Qasımova (28 sentyabr 1934, Tiflis – 23 iyul 2005) — azərbaycanlı aktrisa. Sürəyya Qasımova 1934-cü ilin sentyabrında qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən idi. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır. Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi. Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış etmişdir. Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur. Onu butun azərkeşlər "tatar balası" deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olmuşdur.
Sürəyya Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Sürəyya İsfəndiyari
Sürəyya İsfəndiyari (fars. ثریا اسفندیاری‎; 22 iyun 1932[…] – 26 oktyabr 2001 və ya 25 oktyabr 2001, Paris) — Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşı olmuşdur.
Sürəyya Tatevyan
Sürəyya Kərim qızı Tatevyan (qızlıq soyadı: Kərimova; rus. Сурия Керимовна Татевян; 22 yanvar 1937, Bakı – 16 iyul 2015, Moskva) — rusiyalı geodeziyaçı-astronom alim, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru. Sürəyya 22 yanvar 1937-ci ildə Bakı şəhərində, sovet artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), həmçinin Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Kərimovun ailəsində dünyaya gəlmişdir. Anası Zara Kərimova sonralar Moskvada orta məktəblərin birində kimya müəlliməsi kimi çalışıb. Onun adını ata nənəsinin şərəfinə qoyublar. Qızı dünyaya gələndə Kərim Kərimov birinci kurs tələbəsi idi. Sürəyya orta təhsilini Moskva şəhərində alıb. Sonra Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) geodeziya fakültəsinə daxil olub. 1960-cı ildə astronomik-geodeziya ixtisası üzrə oranı bitirib. İnstitutu bitirdikdən sonra SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsində distribütor işləyib.
Sürəyya Əliyeva
Sürəyya Haşım qızı Əliyeva (12 fevral 1926, Qaradağlı, Şəki qəzası) – SSRİ dövründə yaşamış Azərbaycan tütünçüsü. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == Sürəyya Həşim qızı Əliyeva 1926-cı il fevralın 12-si Azərbaycan SSR-nin Nuxa rayonunun Qaradağlı kəndində (indiki Şəki rayonu) anadan olmuşdur. 1943-cü ildə Bağırov adına kalxozun üzvü, 1950-ci ildən Şəki rayonunun Azərbaycan kalxozunda tütünçü olmuşdur. 1949-cu ildə zavod 3,1 hektar sahədən 34,3 senter Trapezond tütünün məhsulu almışdır. Azərbaycanın ictimai həyatında fəal olmuşdur. 1954-cü ildən Sov. İKP üzvü və Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış deputatı kimi fəaliyyət gostərmişdir. == Mükafatlar == Sürəyya Əliyeva SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 avqust 1950-ci il tarixli fərmanı ilə yüksək tütün məhsulu əldə etdiyinə görə Əliyeva Sürəyya Həşim qızı Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına və "Oraq və Çəkic" qızıl medalına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 17 августа 1950 г.
Sürəyya (film, 1973)
Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ağdam rayonundakı Telman Adına Kolxozun manqabaşçısı, məşhur pambıq ustası Sürəyya Kərimovaya həsr edilmişdir. Filmdə onun fəaliyyəti hərtərəfli əks olunmuşdur: həm çoxuşaqlı anadır, həm də adlı-sanlı pambıqçı-qəhrəmandır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Sürəyya (film, 1987)
İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya xanım Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Sürəyyanın daşqalaq edilməsi (film, 2008)
Sürəyyanın daşqalaq edilməsi (ing. The Stoning of Soraya M.) — 2008-ci ildə çəkilmiş ABŞ filmi. Film bu sözlərlə başlayır:"Olmayın ikiüzlülük edənlərdən, bir tərəfdə yüksək səslə Quran oxuyarkən, digər tərəfdən əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən" (Hafiz Şirazi, İranlı şaır, 14-cü əsr). Əslində kinonun mövzusu da tam olaraq bundan ibarətdir ki, ikiüzlü mollalar İslam və şəriət adından istifadə edərək min hoqqadan çıxır. Sürəyyanın xalası Zəhra xanım Sürəyyaya siğə təklifi edən Molla Həsənə dediyi sözlərdən:"Heç olmazsa nəcis əllərinlə tutduğun Qurani-Kərimdən xəcalət çək." Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Sürəyyanın daşqalaq edilməsi" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-də kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daşqalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir. Həmçinin bu film "Oscar" ilə mükafatlandırılıb. Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan qismən əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır.

Digər lüğətlərdə