Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padişah Xatun
Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (1256 – 1295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. Mənbələrə görə o, atası sərhəd savaşlarında iştirak edərkən dünyay gəlmişdi. Qardaşları arasında böyüdülən Padişah Xatun təhlükəsizliyinin qorunması məqsədilə hətta yüksək təbəqədən belə gizli tutulmuşdu. Deyilənə görə onun qız olmasını belə çox az adam bilirmiş. 1265-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatuna Sircan bəyliyi verilir. 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yəsunəçinin yanına göndərilmişdi. Yəsunəçinin ölümündən sonra isə onun ordusunun başına keçmişdi. Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.
Padşah
Padşah — Orta əsr şərqində feodal dövlətlərin başında duran monarx. Sözün mənşəyi fars dilinə söykənir. Osmanlı hökmdarları üçün istifadə edilsə də, XIV - XV əsrlərdə onlar İslamın təsiri ilə sultan və ənənəvi olaraq bəy, xan titullarını da seçirdilər. İlk dövrlərdə "Böyük Hökmdar" mənasına gələn "Hudavəndigar" titulu istifadə edilsə də sonradan, yəni II Muraddan etibarən padşah titulu qəbul edildi. Osmanlıda padşahların hökmdarlıq səlahiyyətləri ilkin türk dövlətlərinin və yaxın-şərqdəki tarixi imperiyaların ənənələrinə bağlı idi. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə milli iradəni təmsil edən hökumət Osmanlı İmperiyasının və padşahlıq sisteminin yerinə gəldi. İranda hakimiyyətdə olmuş türk və fars mənşəli hökmdarlar şahənşah (şehinşah) ünvanı ilə tanınırdılar. 1979-cu ildə İranda şah rejimi devrildi və ölkədə dini dövlət quruldu.
Padşah məscidi
Padşah məscidi (urdu بادشاہی مسجد) — Pakistanın Pəncab bölgəsinin Lahor şəhərində yerləşən tarixi məscid. Məscid 1671-ci ildə Sultan Övrəngzebin maliyyələşdirməsi ilə inşa olunmağa başlayıb, 1673-cü ildə inşaat başa çatdırılmışdır. Məscid dünyada böyüklüyünə görə beşinci, Pakistan və Cənubi Asiyada ikinci yeri tutub. Monqol dövrünün əzəmətini, gücünü özündə əks etdirən bu memarlıq abidəsi Pakistana xeyli sayda turist cəlb edir. Məscidin əsas ibadət zalında 5 min nəfər ibadət edə bilər. həyətdə isə eyni anda 95 min nəfərin ibadət etməsi mümkündür. Bura 1673-cü ildən 1986-cı ilədək (313 il boyunca) dünyanın ən böyük məscidi olmuşdur. Padşah məscidinin 13.9 m hündürlükdə inşa edilmiş 4 minarəsi var. 1993-cü ildə Pakistan hökuməti Padişah məscidini YUNESKO-nun mədəni iris siyahısına salmağı təklif edir. Padşah məscidinin memarlıq üslubu və dizaynı Hindistanda, Dehli şəhərində yerləşən Cama məscidinə bənzəyir.
Padşah oyunu
Qarabağda “Padşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, Ordubadda “Xan bəzəmə” adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində, Ordubad rayonunda isə martın 21-22-si keçirilir. Bəzi yerlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayonunun Dəmirçilər kənddə bu oyunu keçirmək üçün vaxtilə pul yığılıb heyvan alınmış, həmin heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilmişdi. Beyləqan rayonunu Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmış, həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdi. Padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsə qoyular, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb seçilən adamların arasından seçilirdi. 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu.
Xuy (padşah)
Xuy — erkən birinci aralıq dövrdə hakimiyyətdə olmuş Qədim Misir padşahı. Yürgen fon Bekerat təklif etmişdir ki, Xuy Misirin səkkizinci sülaləsinə mənsub idi, lakin başqalarına görə, Xuy özünü padşah elan etmiş bir nomarx idi. Xuy tarixi mənbələrdən məlum deyil. Onun varlığının yeganə dəqiq sübutu daş blokda onun kartuşunu göstərən fraqmentli relyefdir. Bu relyef 1912-ci ildə misirşünas Əhməd bəy Kamal tərəfindən nəşr edilmiş və daha sonra Reymond Veyl tərəfindən yenidən nəşr edilmişdir. Blok Manfalut yaxınlığındakı Dara nekropolunun mastabasından qazılmışdır. Bu nekropolda Xuya aid edilən və Xuy piramidası adlanan nəhəng dəfn strukturu üstünlük təşkil edir. Jürgen von Beckerath, Chronologie des pharaonischen Ägypten, Zabern Verlag Mainz, 1994, p. 151. ISBN 3-8053-2310-7.
Olen (padşah)
Olen (yun. Ώλενος) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. O, şəhərin ilk padşahı olmuşdur. Olen Zevs və ya Poseidon ilə danaid Anaksitey oğlu idi. Onun varisi və ikinci kralı Krinak olmuşdur.
Həsən padşah Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. == Həyatı == 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: == Ağqoyunlu dövlətinin yaradılması == 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Padşah (film, 1999)
Padşah (Rom: Baadşah) — Abbas-Mustanın rejissorluğu ilə 1999-cu ildə çəkilmiş olan hind komediya filmidir. Filmdə baş rollarda Tvinkl Xanna ilə Şahrux Xan oynayır. 27 avqust 1999-cu ildə efirə buraxılmışdır. Bu filmlə Şahrux Xan Komik Rolda Ən Yaxşı Performans nominasiyası üzrə Filmfare Mükafatı nominasiyasını qazanmışdır. Şən və zarafatcıl oğlan olan Padşah ədalətsizliklə mübarizə aparan və insanlara kömək edən xüsusi detektivdir. Bir dəfə qaçırılan bir uşağı axtararkən baş naziri öldürməyi planlaşdıran terrorçularla qarşılaşır. Vəziyyət elə inkişaf edir ki, o, seçim qarşısında qalır: ya bu sui-qəsdin birbaşa icraçısına çevriləcək, ya da girov götürülən dostları öldürüləcək...
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Adilşah Sultan
Adilşah Sultan (v. 19 dekabr 1803, Konstantinopol, Osmanlı imperiyası) — 26-cı Osmanlı sultanı III Mustafanın xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mustafanın üçüncü xanımı olaraq saraya alındığı məlumdur. Bu səbəblə sultanın baş xanımı olan Aynülhəyat Sultanın vəfat etdiyi 1764-cü ildən sonra hərəmə alındığı anlaşılır. Qısa zamanda sultanın rəğbətini qazanan Adilşah Sultan 13 yanvar 1766-cı ildə ilk övladı Beyhan Sultanı, 14 iyun 1768-ci ildə isə Xədicə Sultanı dünyaya gətirdi. Ancaq uşaqları hələ körpə ikən 21 yanvar 1774-cü ildə həyat yoldaşı Sultan Mustafa anidən vəfat etdi və qardaşı I Əbdülhəmid taxta çıxdı. Adilşah Sultan və qızları isə sabiq sultanın digər hərəm üzvləriylə birlikdə Köhnə saraya göndərildi. Burada qızlarının təlim-tərbiyəsi ilə məşğul olan Adilşah Sultan əmiləri Sultan Əbdülhəmidə məktub yazaraq evlilik çağına gələn qızlarının münasib görülən dövlət adamlarından biriylə evləndirilməsini istədi. Ardından sədrəzəm Həmid Paşaya yazılan məktubla münasib bir bəy namizədi axtarmağa başlayan Sultan Əbdülhəmid öncə 1784-cü ildə Beyhan Sultanı, daha sonra 1787-ci ildə Xədicə Sultanı evləndirdi. Qızlarının evlənərək saraydan ayrılmasının ardından tez-tez onları öz saraylarında ziyarət edən Adilşah Sultan qalan ömrünü xeyriyyə işləriylə keçirdi.
Haniqalbat padşahı
Haniqalbat padşahı (akkad. šar Ḫanigalbat) və ya Haniqalbat ölkəsinin padşahı (šar māt Ḫanigalbat) — Orta Assuriya padşahı I Salmaneser tərəfindən fəth edildikdən sonra Haniqalbat kimi tanınan Mitanni dövlətinin ərazisində Assuriya vassal hökmdar titulu. Haniqalbat padşahları Assuriya hökmdar ailəsinin üzvləri idilər və həmçinin baş vəzir (sukallu rabi'u) tituluna sahib idilər.
Alişah (Bicar)
Alişah (fars. عليشاه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Qadişa vadisi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Aktor (Elida padşahı)
Aktor ( q.yun. Ἄκτωρ ) — qədim yunan mifologiyasında personaj, Forbantın və Elida padşahı Hirminanın oğlu (və ya Poseydonun oğlu). "İliada"da (II 621) qeyd edilmişdir. Qardaş Avgi idi və ya onun müttəfiqi olmuşdur.
Apis (Arqos padşahı)
Apis (q.yun. Ἄπις) — qədim yunan mifologiyasındakı personaj, Fonorey və Teledikanın oğlu, Arqosun üçüncü padşahı. Peloponnes Apiya onun adınadır. Apiya padşahı (və ya Sikion padşahı) olmuşdur. Arqos versiyasına görə, o, Telxion və Telxinin sui-qəsdinə məruz qalmışdır. Uşaqsız idi. O, tanrılar arasında sayıldı və Serapis adını almışdır. Başqa bir versiyaya görə, o, gəmilərlə Misirə getmiş və Serapis olmuşdur. Arkadiya versiyasına görə, o, təsadüfən Etol tərəfindən öldürülmüşdür. Sikion versiyasına görə, Apis Sikionun dördüncü padşahı, Telxinin oğlu və Telksonun atasıdır.
Forbant (Arqos padşahı)
Forbant ( q.yun. Φόρβας ) — qədim yunan mifologiyasında Arqos padşahı, Arqosun oğlu və Triopun atası. Başqa bir versiyada o, Krias və Arqosun altıncı kralı Melantomikanın oğludur.
Mini (Orxomen padşahı)
Mini (q.yun. Μινύας) — qədim yunan mifologiyasında Beotiyanın Orxomenos şəhərinin padşahı. Onun adı padşah Minosun adı ilə bağlıdır. Bundan əlavə, hələ yunanların gəlişindən əvvəl materik Yunanıstanın bir hissəsində məskunlaşan minililərin adı onun adı ilə bağlıdır. Onun əcdadı haqqında məlumatlar çox ziddiyyətlidir. Bir versiyaya görə, Poseydon və Evrianassanın oğludur. O, Klimenanın atasıdır. Rodoslu Apolloniyə görə, Eolun oğlu, Orxomenosun qurucusu və Klimenanın atasıdır.
Triop (Arqos padşahı)
Triop (q.yun. Τρίωψ) — qədim yunan mifologiyasındakı personaj, Arqosun padşahı. Forbantın oğludir, İas və Agenorun atasıdır. Diodorun yazılarına görə, ellinlərlə birlikdə gələrək Rodosda məskunlaşmışdır. Onunla gələn köçkünlər də Simada məskunlaşdılar.
Agenor (Arqos padşahı)
Agenor ( q.yun. Ἀγήνωρ) — qədim yunan mifologiyasında personaj, Arqos padşahı. Bir şəcərəyə görə, Ekbas ( Arqosun oğlu) və Evrisabın övladı idi. O, Arqos Panoptun atası idi. Başqa bir şəcərəyə görə, Agenor Triopun oğlu və Krotopun atasıdır.
Merop (Kos padşahı)
Merop və ya Merops (q.yun. Μέροψ ο Κώος ) — qədim yunan mifologiyasında personaj, Kos padşahı. Kos adını qızının və sakinləri meroplular qoydu. O, pəri Efimiya ilə evləndi, Artemida onu oxlarla deşdi və Persefona onu ölülər səltənətinə apardı. Onun yasını tutdu və qartala çevirdi, Qartal bürcü oldu. Bəzi məlumatlara görə, o, ilk dəfə tanrılara sitayiş etməyə başlamışdır.
İas (Arqos padşahı)
İas (q.yun. Ἰάσος) — qədim yunan mifologiyasında personaj, Arqosun səkkizinci padşahı, Arqos və Evadnenin oğlu. Başqa bir versiyaya görə, Tripun oğlu vəİonun atası idi. Onun adından sonra Arqos şəhəri "İaslı" adlanır.
Jefferson Parish
Jefferson County və ya Jefferson Parish (fransız: Paroisse de Jefferson, ispan: Parroquia de Jefferson) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında yerləşən bir mahaldır. 2010-cu il siyahıyaalınması məlumatlarına əsasən vilayətin əhalisi 440,781 nəfər təşkil etmişdir. Vilayətin idarə etmə mərkəzi Qretna şəhəridir.