Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Palçıqlı
Palçıqlı (Marağa)
Palçıqlı (Marağa)
Palçıqlı (fars. پالچقلو‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (121 ailə).
Palçıqlı (Çaroymaq)
Palçıqlı (fars. پالچقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 77 nəfər yaşayır (16 ailə).
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.
Vulkan palçığı axını
Vulkan palçığı axını (rus. вулканический грязевой поток, ing. volcanic mud stream) — kraterində buzlaq və ya göl olan vulk. püskürməsi nəticəsində su ilə doymuş yumşaq vulk. materiallarından təşkil olunmuş kütlənin yamac boyu axması. Güclü Vulkan palçıq axını Kamçatkada krateri buzla örtülmüş vulkanlarda tez –tez baş verir (Avaçi və Klyuçevsk sopkaları).
Balçılı
Balçılı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Balçılı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Balıqlı
Balıqlı (Amasiya)
Palıdlı
Palıdlı (Xaçmaz)
Qılçıqlı tərə
Paliçınlı Avraami
Paleostrovlu Avraami (rus. Авраа́мий Палеостро́вский; XVI əsr – 1626) — Rusiya kilsə xadimi, yazıçısı, siyasətçisi və publisisti. Troitse-Sergi lavrasının keları. 1608–1619-cu illərdə Troitse-Sergi lavrasının kelar. 1608–1610-cu illərdə lavranın mühasirəsi zamanı o, Moskvada idi. 1611-ci ildə Birinci Xalq Opolçeniyesini dəstəkləyən vətənpərvərlik məktublarının müəllifi olmuşdur 1612-ci ilin aprelindən İkinci Xalq Opolçeniyesinin zemstvo hökumətində. O, XII əsrin əvvəllərində Rusiyada Çətinliklər dövründən bəhs edən "Nağıl"ın (1619–1620) müəllifidir. "Авраамий Палицын. История в память предьидущим родом (извлечения)". Преодоление Смуты и укрепление российской государственности (электронный проект).
Qılçıqlı disfaniya
Qılçıqlı disfaniya (lat. Dysphania aristata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü.
Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir. == Tarixi == Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir. === Tarixi abidələri === Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır. == Coğrafiyası və iqlimi == Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.
Balçılı (Yevlax)
Balçılı — Azərbaycan Respublikasının Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd XIX əsrdə Gəncə (Yelizavetpol) qəzasında maldarlıqla məşğul olmuş balçılı nəslinin adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində yerləşir. == İqtisadiyyatı == Əhalisi əsasən heyvandarlıq və əkinçilik ilə məşğuldur.
Balçılı bələdiyyəsi
Balçılı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Balçılı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Balçılı kurqanları
Balçılı kurqanları — Şəmkir rayonunun Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr. Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdü. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdu. Qəbrin üstündə tonqal qalandığından alov ənn üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir. Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir və Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əski. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Palıdlı (Kəleybər)
Palıdlı (fars. پالتلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (17 ailə).
Palıdlı (Xaçmaz)
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır. Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur. Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər. 2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Palçıq sopkası
Palçıq sopkası (rus. сопка грязевая, ing. mud bald mountain) — kiçik ölçülü palçıq vulkanı. Palşıq sopkası forması püskürülən palçığın qatılığından asılı olur. Sopka palçığının duru olduğu hallarda konus əmələ gəlməyə də bilər.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Alçılı (Qars)
Alçılı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 248 nəfərdir (2022).
Başcıqlı qomfrena
Başcıqlı qomfrena (lat. Gomphrena globosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin qomfrena cinsinə aid bitki növü.
Başcıqlı tərə
Başcıqlı tərə (lat. Chenopodium capitatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü.
Başcıqlı çoğan
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır. == Ekologiyası == İyun-avqust aylarında çiçəkləyir.
Başcıqlı qaraçöhrə
Başcıqlı qaraçöhrə (lat. Cephalotaxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.
Başcıqlı qaraçöhrəkimilər
Başcıqlı qaraçöhrəkimilər (lat. Cephalotaxaceae) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Başcıqlı qaraçöhrə (Cephalotaxus Siebold & Zucc.