MIRY

adj 1. palçıqlı; 2. bataqlı; ~ roads palçıqlı / bataqlı yol

MIRROR
MIS-SAID
OBASTAN VİKİ
Mir Cabbar Miryəhyayev
Mir Cabbar Miryəhyayev - yazıçı == Yaradıcılığı == “Yeni yol”,qazetinda 1928.
Miryam Overdam
Miryam Overdam (d. 18 fevral 1973) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Miryam Overdam, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Miryam Vayselbraun
Miryam Vayselbraun (alm. Mirjam Weichselbraun‎ d. 27 sentyabr 1981, İnsbruk) — Avstriya televiziya aparıcısı və aktrisası. 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində ev sahibi olaraq Avstriyada keçirilən yarışmanın aparıcısı olmuşdur. Bu da ona Avstriyadan kənarda da tanınmasına vəsilə olmuşdur. == Bioqrafiyası == 27 sentyabr 1981-ci ildə İnsbrukda anadan olub. Media sənayesinə 1998-ci ildə Avstriya regional radio stansiyası olan Antenne Tirolda redaktorluq ilə işləməyə başlamışdır. O, ilk dəfə "BRAVO" jurnalı tərəfindən Girl 2000 seçilməsi ilə şöhrət qazanır. Sonradan Tirol TV regional televiziya şirkətində işlədikdən və Das Magazin mədəni proqramında qısamüddətli işdən sonra 2001-ci ildə yeni yaradılan VIVA Plus televiziya stansiyasına keçir. Burada səkkiz ay "Cologne Day" proqramında iştirak edir.
Miryaqub Dulatov
Miryaqub Dulatoğlu (qaz. Міржақып Дулатұлы; 25 noyabr 1885 -1935) — qazax şairi, yazıçısı, ictimai xadimi. == Həyatı == Miryaqub Dulatoğlunun adını qazaxlar Mırjakıp, soyadını isə Dulatoğlu və ya Dulatov kimi yazırlar. O, 1885-ci il noyabrın 25-də Qostanay vilayətinin Sarıkopo kəndində anadan olub. Qazaxların Orta cüzünə daxil olan Arğın tayfasının zədagan ailəsində doğulan Miryaqub iki yaşında anasını, 12 yaşında isə atasını itirir. 1893-cü ildə kənd mollası yanına oxumağa gedən Miryaqub orada “Quran” oxumağı, şəriəti, fars və türk dillərini öyrənir. 12 yaşında olanda onu Torqaydakı ikisinifli rus-tuzem məktəbinə gönərirlər. Əslində Rusya hökuməti üçün kiçik məmur kadr və tərcüməçilər hazırlamaq üçün açılmış bu məktəbləri bitirənlərin böyük əksəriyyəti sonralar rus dili vasitəsilə Rusiyadakı millətçilik şüuru ilə tanış olmuş və beləcə vətənlərini Rusiya əsarəti altından qurtarmaq istəyən vətənsevərlərə çevrilmişlər. Miryaqub Dulatov da belə bir yol keçib. 1906-cı ildə Ufa şəhərindəki Qaliya mədrəsəsinə qəbul olunan Miryaqub Dulatov burada Alimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri və b.
Miryaqub Mirmehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini. == Həyatı == Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib. === Fəaliyyəti === Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.
Miryasin Seyidov
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Miryusif Mirnəsiroğlu
Miryusif Mirnəsiroğlu (5 mart 1938, Hacıqabul rayonu – 29 yanvar 2012) — Azərbaycan yazıçısı və şairi. == Həyatı == Miryusif Mirnəsiroğlu 1938-ci il mart ayının 5-də Sabirabad rayonu (indiki Hacıqabul rayonu) Qarasu kəndində məşhur dindar, islamın təbliği yolunda əzab-əziyyətlərlə üzləşmiş Mirnəsirullah Ağanın ailəsində dünyaya gəlmişdir. Miryusif Mirnəsiroğlunun ilk eşitdiyi La-İlahə-İlləallah kəlməsi olmuşdur. O, ibtidai sinfi Qarasuda, səkkiz illiyi Hacıqabulda, orta təhsilini isə Bakının 132 saylı orta məktəbində başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii qiraətçi kimi Azərbaycan Gənclərinin ilk festivalinın laureatı adını almışdır. Teatr sənətinin tilsiminə düşmüş Miryusif Mirnəsiroğlu poeziya ailəmindən ayrılmadan Sankt-Peterburq Ali Həmkarlar Akademiyasının Mədəni-maarif fakütəsinə daxil olur. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, bir müddət Quba Dövlət Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyib. Sonra Hacıqabul rayonu Qarasu orta məktəbində müəllim, direktor, Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, Musiqi məktəbinin direktoru, Pedaqoji məktəbinin dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. == Ailəsi == M. Mirnəsiroğlunun 6 övladı, 16 nəvəsi, 8 nəticəsi var.