Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Palmitin turşusu
Palmitin turşusu (heksadekan turşusu) CH3(CH2)14COOH — təbiətdə ən çox yayılmış birəsaslı karbon turşusudur (yağ turşusu). Palmitin turşunun duzlarına və efirlərinə palmitatlar deyilir. == Təbiətdə mövcudluğu == Palmitin turşusu, əksər heyvan və bitki yağlarının qliseridlərinin tərkibinə daxildir, məsələn: pequi toxumu yağı (48.4%), palma yağı (40-50%), süd yağı (22-39%), pequi meyvə pulpa yağı ( 41,2%), qara qəhvə yağı (34,5%), donuz yağı - 30%, baobab yağı (25,4%), ərik ləpəsi yağı (3-7%). Heyvan orqanizmlərində palmitin turşusu asetil-CoA-dan alınan yağ turşularının sintezinin son məhsuludur. == Alınması == Palmitin turşusu alına bilər: yağların sabunlaşması və ya parafinlərin oksidləşməsi nəticəsində əldə edilən yağ turşularının qarışığını rektifikasiya və ya fraksiyalı kristalizasiya etməklə setil spirtini soda kireçlə 270 ° -ə qədər qızdırdıqda (Dyuma və Stas)С16H33ОH + О2 = C15H31COOH + H2О olein (elaid) turşusu kalium hidroksid ilə əridildikdə (Warentrapp)СН3(СН2)7СН=СН(СН2)7СООН + Н2О + О = C15H31COOH + СН3COOH (sirkə turşusu) 2-oktodekanonun nitrat turşusu ilə oksidləşməsindən (Kraft)CH3(CH2)15-CO-CH3 + 3О = C15H31COOH + СН3COOH (sirkə turşusu) Paniks reaksiyasındanC15H31J + KCN = KJ + C15H31-CN; C15H31-CN + 2Н2О = C15H31COOH + NН3 == Tətbiqi == Palmitin turşusu stearin (stearin turşusu ilə qarışıq), yuyucu vasitələr və kosmetika, sürtkü yağları və plastifikatorların istehsalında istifadə olunur. == Mənbə == Merck Index, 12th Edition, 7128. Sigma-Aldrich Co., Palmitic acid. Retrieved on 2014-06-02. CID 985 from PubChem Palmitic acid at Inchem.org "Palmitic acid". Seidell, Atherton; Linke, William F. (1952).
Dalmatin
Dalmatin — it cinsi. == Təsviri == Səciyyəvi ləkəli rəng də olması onu fərqləndirir: ağ fon üzərində qara, yaxud qəhvə rəngli aydın görünən ləkələr bərabər paylanmışdır. Tükü qısa, sıx və parlaqdır. Cidov hündürlüyü 54–61 sm, kütləsi 24–32 kq-dır. Mənşəyi, ehtimala görə, Aralıq dənizi bölgələrindəndir. Qədim Misir barelyefləri üzərində belə itlərin təsviri tapılmışdır. Orta əsrlərdə Dalmatin zadəgan saraylarının bəzəyi, atlıların, at ekipajlarının müşayiətçisi və atların mühafizəçisi olmuşdur. Cins rəsmi standart kimi 1890-cı ildə Böyük Britaniyada qəbul edilmişdir. Dalmatin harmonik qamətli, əzələli, aktiv itdir.
Yüz bir dalmatin (cizgi filmi, 1961)
Yüz bir dalmatin (ing. One Hundred and One Dalmatians) — 1961-ci ildə istehsal olunmuş ABŞ cizgi filmidir. "Yüz bir dalmatin" cizgi filmi "Walt Disney Productions" studiyası tərəfindən istehsal edilmiş Disneyin 17-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Klayd Ceronimi, Hemilton Lusk, və Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Cizgi filminin 1996-cü ildə 101 dalmatin remeyk filmi, 2003-cü ildə davamı olan "101 dalmatin 2: Patchın London sərgüzəştləri" cizgi filmi çəkilmişdir. == Məzmun == == Xarici keçidlər == Rəsmi sayt Yüz bir dalmatin — Internet Movie Database saytında.
Qoca palıdın nağılı (film, 1984)
== Məzmun == Film meşəbəyinin (Həsən Məmmədov) başına gələn, qoca palıdın şahidi olduğu hadisələrdən bəhs edir. Burada göstərilir ki, xeyirxah işlər və əməllər fəal həyat mövqeyi olmadan görülə bilməz. Təbiətin vurğunu olan meşəbəyi qoca palıdın məhv edilməsinə qarşı çıxır. Nəticədə ədalət qalib gəlir. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya aid edilmişdir. Film İsi Məlikzadənin "Dədə palıd" povesti əsasında çəkilmişdir. Film rus dilində lentə alındığına görə, Azərbaycan Televiziyası tərəfindən dublyaj olunmuşdur. Dublyaj zamanı aktyor Həsən Turabovun ifa etdiyi Nurcabbar obrazı səhvən Nurcəfər kimi səsləndirilmişdir.