QAQA

I
(Oğuz, Zaqatala)
qoza. – Ağacdan düşən qaqanı donuz yidi (Zaqatala); – Palıdın iri-iri qaqaları olur (Oğuz)
II
(Zəngibasar)
bax qaqqa I
QAKU
QAQAC
OBASTAN VİKİ
Qaqa
Qaqa (lat. Somateria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kiçik qaqa
Kiçik qaqa (lat. Polysticta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ledi Qaqa
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Qaqa adası
Qaqa adası (ərəb. نخلة الجميرة‎) — Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinə aid bir ada. Əbu-Dabinin qərbində, Əbu-Dabinin Əd-Dafra bələdiyyə bölgəsinin qərbində, Səudiyyə Ərəbistanı və Qətər ilə sərhədə yaxın ərazidə yerləşir. Kumayis burnunun (Əl-Xəzrə) şimal-qərbində, Əbu Kumayis burnunun cənub-şərqində, Duveyhin körfəzinin girişində yerləşir. Kumayis burnuna bir keçid yolu ilə bağlıdır. == Arxeologiya == Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinin arxeoloqları adada 8500 illik neolit ​​dövrünə aid yaşayış məskəni aşkar etmişlər. Divarları 1 m hündürlüyə qədər qorunmuş dairəvi daş tikililərin qalıqları, məharətlə işlənmiş ox ucları aşkar edilmişdir. 5000 illik dəfn abidəsi də tapılışdır. Aşkarlanan tapıntılar 2017-ci ildə Əbu-Dabi sahillərindəki Maravah adasında tapılan mirvaridən 500 il daha qədimdir və e.ə 5800-5600 ilə aiddir.
Qaqa (rəqs lüğəti)
Qaqa rəqs hərəkətləri dili və pedaqogikası Batsheva Dance Company direktoru və müəllimi Ohad Naharin tərəfindən hazırlanmışdır. Bu rəqs hərəkətləri texnikası bəzi İsrail müasir rəqslərində istifadə edilir, onun İsraildə və bir sıra digər ölkələrdə tədris olunan iki təhsil istiqaməti var: Qaqa/Rəqqaslar - Batşeva Rəqs Şirkətinin gündəlik təlimini əhatə edən təlim keçmiş rəqqaslar üçün nəzərdə tutulur. Qaqa/İnsanlar - heç bir rəqs təhsili tələb etməyən geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Bir çox rəqqaslar deyirlər ki, Qaqa dərsləri onların rəqsə olan ehtirasını yenidən alovlandırıb və öz azadlıqları və yaradıcılıqları ilə özlərini dərk etməklə hərəkətləri arasında əlaqə yaratmaq üçün bu yeni bir cərəyandır. Qaqa tələbələri somatik təcrübə və müəllimin təsvir etdiyi təsvirlər əsasında öz hərəkətlərini improvizasiya edir ki, bu da qeyri-ənənəvi hərəkəti təşviq edən çərçivə təmin edir. Görüntülərlə diqqəti xüsusi bədən bölgələrinə yönəltməklə ifaçıların hərəkət ifadəliliyinə istiqamət verilir. Güzgülərdən istifadə edilmir, hərəkəti görməkdən daha çox hiss etmək və təsəvvür etməklə rəqslər idarə olunur. == Haqqında == Qaqa hərəkət dili 1990-cı ildə rəqqas və Batsheva Dance Company - nin bədii rəhbəri Ohad Naharin tərəfindən yaradılmış və Naharinin rəqs və xoreoqrafiya sahəsindəki tədqiqatları ilə əlaqədar olaraq daha da inkişaf etdirilmişdir. Naharin Qaqanı aldığı bel zədəsinə reaksiya olaraq yaratmış oldu. Bu dil rəqqaslarla ünsiyyəti asanlaşdırmaq və onlara bədənlərinə qulluq etməkdə kömək etmək, eyni zamanda fiziki məhdudiyyətlərini yoxlamaq məqsədi daşıyır.
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağdimdik qaqar
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Braziliya qaqauzları
Braziliya qaqauzları — türk dilli qaqauzların diasporası. Braziliya qaqauzlarının böyük qismi San-Pauluda cəmləşmişdir. == Tarixi == Qaqauzların Argentina və Braziliyaya kütləvi axını 1922-ci ildə, Bessarabiyanın Rumıniya tərəfindən idarə edildiyi zaman başlayır. == Tanınmış şəxsiyyətləri == Dmitri Dyakov – Kiriyet-Lunqa kəndindəndir, San Xose dos Kamposun küçələrindən biri onun adını daşıyır. Afanasio Yazaci - jurnalist.
Bucaq (Qaqauziya)
Bucaq — Moldova Respublikasının tərkibinə daxil olan Qaqauziya Muxtar ərazisində kənd. == Haqqında == Moldova Respublikasının muxtar ərazisi olan Qaqauziyada yerləşən Bucaq kəndində əhalinin sayı 2004-cü ildə əhalinin siyahıya alınmasına dair statistik məlumata əsasən 1525 nəfərdir.. Onlardan 942 nəfəri qaqauz, 305 nəfəri moldovan, 115 nəfəri rus, 85 nəfəri ukraynalı, 56 nəfəri bolqar, 4 nəfəri isə qaraçıdır. Kənd dəniz səviyyəsindən 46 metr yüksəklikdə yerləşir. Kənddə Komrat dəmiryol stansiyası yerləşir. 31 may 1978-ci ildə Moldoviya SSR-nin Komrat rayonundakı "Bucaq" sovxoz-zavod yaşayış məntəqəsi əsasında Bucaq şəhər tipli qəsəbəsi təşkil olunmuşdur. Moldova müstəqillik əldə etdikdən sonra Bucaq şəhər tipli qəsəbədə əhalinin sayının azalması ilə əlaqədar o, kənd adlandırılmışdır.
Bəhramabad-i Qaqazan
Bəhramabad-i Qaqazan (fars. بهرام ابادقاقازان‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 640 nəfər yaşayır (128 ailə).
Labrador qaqası
Labrador qaqası (lat. Camptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. == Zəmin == 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. == Tarixi == Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. == Əhalisi == Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin abidəsi (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. == Təsviri == Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin heykəli (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. == Təsviri == Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı:Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. == Tarixi == “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib.
Qaqarkimilər
Qaqarkimilər (lat. Gaviiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Qaqauz
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. == Mənşəyi == Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur. Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir === Genetik mənşə === Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi .
Qaqauz dili
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qırmızıdöş qaqar
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.

Digər lüğətlərdə