Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan–Paraqvay münasibətləri
Azərbaycan–Paraqvay münasibətləri — Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 20-də qurulmuşdur. Elə həmin vaxt iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdır. == İdman sahəsində əməkdaşlıq == === 1985 FİFA Dünya Gənclər Çempionatı === 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Paraqvayın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin ilk iki oyununu Bakıda, sonuncu matçı isə Sumqayıtda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada İngiltərəylə 2:2 hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Meksikaya 0:2, Çinə də 1:2 hesabları ilə məğlub olaraq, qrup mərhələsini üçüncü pillədə başa vurub, mübarizəni dayandırmışlar.
Paraqonit
Paraqonit — mineral, muskovit qrupuna mənsub olan mika; Təbaşir Neogenlə tam əvəz oluna bilər. == Haqqında == Adətən 10-30 mol.% muskovit komponenti daşıyır. Təbaşir: Na nisbəti paraqonit əmələgəlmə temperaturundan asılıdır və buna görə geoloji termometr kimi istifadə oluna bilər. Xassələri muskovitə yaxındır. Kristallik şistlərdə stavrolit, kianit, turmalin, qranatla birlikdə; eklogitlərdə, gilli şistlərdə və fillitlərdə rast gəlinir. Növ müxtəlifliyi: hidroparaqonit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Paraqraf
Paraqraf - [yun. birləşdirirəm] 1)"§" işarəsi ilə göstərilən maddə, bənd (adətən, təzə sətirdən başlanır və müstəqil mənaya malik olur); 2) kitabın məqalə mətninin işarəsi və sıra nömrəsi ilə ayrılan müstəqil mahiyyətli hissəsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Paraquana yarımadası
Paraquana yarımadası — şimaldan və şərqdən Karib dənizi, qərbdən isə Venesuela körfəzi ilə əhatələnmişdir. Keçmiş ada materiklə 25 km uzunluğa, 4 km enə malik Medanos bərzəxi ilə birləşir. Bərzəxdə yarımadanın digər hissələri ilə birləşdirən şose vardır. Yarımadanın ümumi sahil uzunluğu 300 km-dir Yarımadanın ən yüksək nöqtəsi 830 m gəlir hündürlüyü olan Santa Ana dağıdır. 1972-ci ildə Santa Ana təbii abidə elan edilmişdir. == Tarixi == Paraquana yarımadası San Roman Gezgin Alonso de Ojeda tərəfindən 9 vqust 1499-cu ildə aşkarlanmışdır. edilmişdir. == İqlim == İllik yağıntının miqdarı 340.2 mm təşkil edir. Yağıntı ilin son aylarında gəlir. Noyabrda ayında 83,5 mm yağıntı düşür.
Paraqvay
Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir. == Etimologiyası == Quarani dilində "Paraqvay" "böyük çaydan" deməkdir. Burada, ehtimal ki, Parana çayı nəzərdə tutulur. Cənubi Amerikanın mərkəzində yerləşdiyinə görə Paraqvayı bəzən "Amerikanın ürəyi" də adlandırırlar. == Tarixi == La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı. Sonradan onlar materikin daxili hissələrinə, quarani hindularını yaşadığı Parana və Paraqvay çaylarının arasındakı vadiyə doğru irəlilədilər.
Paraqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado - qırmızı partiya) — Paraqvayda fəaliyyət göstərən siyasi partiyalardan biri. Partiyanın əsasını konservanlar və sosial-demokratlar təşkil edir. Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. == Tarixi == Partiya 1887-ci ildə qurulmuşdur. 1887-ci ildən 1946-cı ilə qədər iqtidarı əlində saxlamışdır. Stressner diktaturası dönəmində 1947-1962 ölkədə fəaliyyətinə icazə verilən tək partiya olmuşdur. Stressner diktaturasına qarşı partiya daxilində fraksiya meydana gəlmişdir. Bu "Xalq Hərəkatı Kolorado" idi. Bu hərəkat üzvləri Kolorado partiyasından olmasına baxmayaraq, onlar qovulur və sürgün olunurlar.
Paraqvay Respublikası
Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir. == Etimologiyası == Quarani dilində "Paraqvay" "böyük çaydan" deməkdir. Burada, ehtimal ki, Parana çayı nəzərdə tutulur. Cənubi Amerikanın mərkəzində yerləşdiyinə görə Paraqvayı bəzən "Amerikanın ürəyi" də adlandırırlar. == Tarixi == La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı. Sonradan onlar materikin daxili hissələrinə, quarani hindularını yaşadığı Parana və Paraqvay çaylarının arasındakı vadiyə doğru irəlilədilər.
Paraqvay bayrağı
Paraqvay bayrağı — Paraqvayın dövlət bayrağı. Paraqvayın bayrağı ikiüzlüdür. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinədarlığın möhürü təsvir olunub.Paraqvayın dövlət bayrağı rəsmi şəkildə 1842-ci ilin dekabr ayının 25-də qəbul edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı qırmızı rəng vətənpərvərliyin, şücaətin, bərabərliyin, ədalətin; ağ rəng möhkəmliyin, birliyin, sülh və ideyaların paklığının; mavi rəng isə yaxşılığın, sevginin, real hissin və azadlığın rəmzidir. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinadarlığın möhürü təsvir olunub. Ölkənin milli şüarı isə "Sülh və ədalət"dir.
Paraqvay kaymanı
Paraqvay kaymanı (lat. Caiman yacare) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Əvvəllər gözlüklü kaymanların bir yarımnövü sayılırdı. Görünüş baxımından gözlüklü kaymanlara bənzəyir. Maksimum uzunluğu 2,5–3 m-ə çatır (ümumiyyətlə erkəklər dişilərdən daha böyükdür.). Təsdiqlənməmiş məlumatlara görə, bu növün bəzi fərdləri 4 metr uzunluğa çata bilir. Paraqvay kaymanı Şimali Argentina, Cənubi Braziliya, Boliviya və Paraqvayda yayılmışdır. Bu növünün arealı La Plata çayının axarı ilə cənuba qədər uzanır. Bataqlıqlarda və bataqlıqlaşmış ovalıqlarda yaşayır. Əsasən üzən adalara sığınır.
Paraqvay milli futbol komandası
== Tarixi == Paraqvay yığması iki dəfə Cənubi Amerika Kubokunun qalibi olub (1953, 1979). Dünya Çempionatının final turnirlərində yeddi dəfə iştirak edib, 1998-ci ildə 1/8 finalda mübarizəni dayandırıb.
Paraqvay müharibəsi
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-ci ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan – 1865-ci ildə, Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır.
Paraqvay pirkalı
Yerba mate və ya Paraqvay pirkalı(isp. yerba mate, port. erva-mate) —Pirkallar fəsiləsinə və Pirkal cinsinə aid bitki növü.Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır.Bu bitki,subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə Quaranilər və həmçinin cənubi Braziliyada bəzi Tupi icmalarının tərəfindən istifadə edilib və becərilibdir.
Paraqvay qadın milli voleybol komandası
Paraqvay qadın milli voleybol komandası — Paraqvayı qadın voleybolunda beynəlxalq arenada təmsil edən komanda. Komandanın tarixində Cənubi Amerika çempionatındakı ikincilik və üçüncülüklərdən başqa uğuru yoxdur. Regiondan kənardakı ən böyük uğuru isə 1982-ci il dünya çempionatına vəsiqə qazanmalarıdır. Həmin turnirdə on doqquzuncu yeri tutan Paraqvay millisi bir daha dünya çempionatlarına qatıla bilməmişdir. Milli komandaya nəzarət edən qurum Paraqvay Voleybol Federasiyasıdır. Federasiya Cənubi Amerika Voleybol Konfederasiyasının həqiqi üzvüdür. Bununla bərabər, komandanın uzun müddətdir ki, FIVB reytinq siyahısında xalı yoxdur.
Paraqvay vətəndaş müharibəsi (1922-1923)
Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir. == Müharibədən öncəki vəziyyət == Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal (Partiyası) on iliyi kimi düşür.Avqust inqilabı dövründə (1904-1922 ci illər ərzində) ölkədə 15 prezident və 21 hökumət dəyişikliyi baş verir.Mübarizə əsasən <radicoles> və <sivicos> arasında gedirdi.Paraqvay silahlı qüvvələri də bu mübarizəyə qoşulurdu. == Parqvay ordusu və donanması == Paraqvay ordusu 5000 nəfərdən təşkil edilmişdi.Quru qoşunları 4batalyon ,kavalerlər və ayrı jandarm eskadronundan ibarət idi.Üstəlik iki artileriya batalyonu vardı.Donanma isə iki Kanoner qayığı və bir necə hərbi katerdən təşkil edilmişdi.Hərbi bölgü baxımında ölkədə dörd vilayət vardı:Enkanasone ,Paraquari,Vilyapine və Konsepone.Ordunun ən böyük rütbələri bir general və 5 pokovnik idi.Zabitlər əsasən Asunson hərbi ucilişində yetişdirilirdi.Orduya almanların təsiri hiss olunurdu. 1911-ci ildə Manuel Qondra artıq hakiniyyətdən getməki olur.Hərbi nazir olan Albino Xaray dönəmində dörd prezident dəyişikliyi baş verir.Eduardo Şerera prezident seçildikdən sonra Qondra hərbi nazir olur.Ancaq radikallar iki frakiyaya bölünür:Şereraçılar və Qondraçılar.1920-ci ildə Qondra yenədə prezident seçilir.Şereraçılar ona qarşı cıxır.29 oktyabr 1921-ci ildə hərbi nazir Adolfo Cirife quru qoşunlarının batalyonlarından istifadə edərək Qondranı istefa verrməyə vadar edirlər.Ancan vitse prezident Filiks Payva Cirifeni paytaxdan uzaq bölgəyə təyinat verir.Zabitlərin böyük əksəriyyəti Cirifeni dəstəkləyirlər.Cirifeni demək olarki bölgə ordu komandanlar:Mendosa və Bresuela dəstəkləyirdilər.Hərbi nazir Roxas və hərbi ucilişin rəhbəri Skenoni isə köküməti dəstəkləyirdi. == Tərəflərin gücləri == 1922-ci ilim mayında Şirife ordunu paytaxta istiqamətləndirilir.Üsyançılar özlərini "Konsitutsyaçılar,hökuməti və onun tərəfdarlarını "Loyalistlər" adlandırırlar.İlk əvvəl üstünlük üsyançıların əlində idi.Üsyançılar 2quru qoşunları batalyonu,iki kavalerlər eskadronu,arılmıs quru qoşun bolüyü və iki dağ silahları ilə təhciz olunmuş batareya ümumulikdə 1700 nəfərə malik idilər.Ancaq ordu səpələnmiş olaraq ölənin müxtəlif bölgələrində idi.Hökumət qüvvələri isə plomyot vzvodu ,2 kavalerlər eskadronu və quru qoşunları bateryasına sahib olaraq 600 nəfər təşkil edirdi.Qüvvələr əsasən Asunsonda cəmləşmişdi. == Müharibənin gedişi == İlk toqquşmalar 8 iyun 1922-ci ildə baş verir.Loyalıstlər kavalerlərin bütün gücündən istifadə edərək üsyançıları geri oturtmağa müvvəfəq olur.Həncinin şəhərin müdafisində həmkarlar ittifaqının təşkilatlığı ilə 1000 könüllünün köməyi də az rol oynamırdı.Bu toqquşmadan sonra üsyançılar ölkənin cənub-şərqinə sıxışdırılır (Yaquron və Paraquari şəhərləri).Şirife əlavə quru qoşunları batalyonun gəlməsini gözlədiyi halda Hökumət bunun qarşısını almaq üçün döyüşdə ilk dəfə olaraq aviasiyanı tətbiq edir.Onun 1 qırıçı SPAD Herbemont S.XX,2 kəşfiyyat təyyarəsi SMAL A:3,2 Qırıçı Bonbardımançı Alonso SVA 5 və Bonbardımançı Alonsa SVA 10 vardı ki,onları ingilis və italyan təyyarəçilər idarə edirirdi.Hökumət ordu quruçuluğuna başlayır.Quru,kavalerlər və artileriya hissələri yaradılır.31 iyul 1922-ci ildə Loyalistlər Vilyarika şəhərinə qoşun yeridir.Avqust ayında loyalistlərin ordusunda 190mm li topları ilə təhciz edilmiş zirehli vaqonlar peyda olur.Cirife tərəfində Argentinaya məxsus 3 təyyarə iki Ansoldo SVA 5,bir Ansaldo 10 vuruşurdu.Bu təyyarələrdə ikisi Loyalistlər tərəfindən ələ keçirilir.1923-ci ilin 18 mayında Cirişe ölür ,onu Mendosa əvəz edir.O isə Leolistlərin əlində olan şəhərləri dolanaraq Asunsona daxil olma planını irəli sürür.Bu plan 9 iyul 1923 -ci ildə gecə vaxtı həyata keçirilir.Şəhər ələ keçirilsədə bütün silah-sursat əvvəlcədən cıxarılır.Şəhər azad edilərək düşmən Argentina sərhədinə sıxışdırılır.Konstitutsiyaçılar silahı yerə qoyaraq təslim olurlar və bununlada müharibə bitir. == Nəticə == Vətəndaş müharibəsi nəticəsində iqtisadiyyata ağır zərbə vurulur.Ancaq qüclu ordu yaranır.Müharibə Parqvay ordusunda təcrübəli zabitlər yetişir.10-il sonra baş verən və güclü düşməni Boliviya ilə Chaco Müharibəsində Paraqvayın qalibiyyətinə təsir göstərir.
Paraqvay vətəndaş müharibəsi (1947)
Paraqvay vətəndaş müharibəsi (1947) isp. Guerra civil Paraguaya de 1947 və ya Quarrani ingilabı .Hərbi konfilikt siyasi-ictimayi qüvvələrin toqquşması nəticəsində 1947- ci illin mart və avqust ayları ərzində baş verir. == Konfiliktən öncəki vəziyyət == 1940-ci ildə Hurinyo Moriniqo hakimiyyətə gəlir.O konsitutsiyanın ləğvi və siyasi partiyalatın fəsliyyətinə qadağa qoyur.Prezidentın bu addımı ölkədə kütləvi tətillərə,itayətsizliklərə və tələbə cıxışlarına səbəb olur.Asunsonda 1944-cı ilin fevral və aprel aylarında kütləvi tətillər baş verir.1945-ci ildə Moriniqo həmkarlar ittifaqının üzərinə hər işçinin maaşinin 3% Dövlət sosial təminat fonduna verməsi haqqında fərman verir.Ölkə itayətsizliklər girdabına düşür.Ancaq cıxışlar qəddarlıqla yatırılır və cıxışçılar Cakoda yerləşən düşərgələrə göndərilir (700 nəfər).Bu cıxışlar Moriniqonu müəyyən geri addım atmağa məcbur olur.Belə ki bir çox partiyaların fəaliyyətinə icazə verilir.Leyboristlər və Febreristlər partiyasın fəaliyyəti leqallaşır.Həmcini dövlət orqanlarında işləyən və nasistlərə meyl edən şəxslər dövlət idarəçiliyindən uzaqlaşdırılır.Söz azadlığı bərpa edilir.Kolorado və Febreristlər müştərək ölkəni idarə edir.1946-ci ildə Moniriqo vədləri tam yerinə yetirmir.1946-ci ilin Moriniqo və Kolorado partiyası ilə "Qion Poxo"nun yardımı sayəsində dövlət cevrilişinə cədh göstərir.Febreristlər 11 fevralda hökumətdən getdiyini bildirirlər.Bundan sonra siyasi partiyalara qarşı təqib başlayır.Partiyalar qadağan edilir.Bu da öz növbəsində vətəndaş müharibəsinə gətirib cıxarır.Febreristlər ,Liberallar və Kamunistlər öz aralarında razılığa gələrək koalisiya yaradılır.Rafael Franko üsyana başçılıq edirdi.Üsyanın əvvəlində sakitliyini qoruyan ordu işə müdaxilə etməli olur.Kolorado istisna olmaqla bütün partiyalar bu üsyana dəstəkləyir.Bankirlər ,ordunun 11 diviziyasından dördü üsyançılara qoşulur.Hökumət Kolorado partiyası tərəfdarları,3 kavalerlər eskadronu ,Asunsonda yerləşən 3 diviziya və Paraquaridə artileriya diviziyasına malik idi. == Müharibə == 8 mart 1947-ci ildə Konsenson və Cakoda yerləşən qüvvələr müxalifətə dəstək verir. Müvvəqəti hökumət qurulur. Onun başçısı polkovnik Vilaqra seçilir. Üsyançılar demokratik təsisatlar və azad seçkilər tələb edirlər. Döyüş bölgəsinə hər iki tərəf öz arsenalında olan güvvələrini yeridir. Bu toqquşmalar 5 ay müddətində davam edir. Üsyançılar hökumət qüvvələrinə ağır zərbə vurur və paytaxta qədər gəlsədə sonda məğlub olurlar.
Paraqvay çayı
Paraqvay çayı (isp. Río Paraguay, port. Rio Paraguai) — Parana çayının qollarından biri olaraq Cənubi Amerika materikinin cənub və mərkəzi hissəsində olan iri çaylardan biridir. Çay Braziliya ərazisindən başlayaraq Boliviya sərhəddinə yaxın axır, Paraqvayla Braziliya sərhədinin bir hissəsində keçir. Baiya-Neqra şəhəri yaxınlığında Parana çayına tökülür. Uzunluğu Braziluyanın Matu-Qrasu ştatı ərazisindən başlayaraq, Parana çayına birləşdiyi Argentinanın Korrentes şəhəri yaxınlığına qədər olan məsafədə 549 kilometrdir. Çay Paraqvay Respublikasını iki hissəyə bölür. Şimali Paraqvay, çayın qərb hissəsində yerləşərək Qran-Cako vilayətini ölkənin digər hissəsindən ayırır. Ölkənin bu hissəsi zəif məskunlaşılmışdır. Əksinə ölkənin cənubunda (çayın şərq hissəsində) əhalinin 98 % məskunlaşdır.
Paraqvayda hüquq sistemi
== Haqqında == Paraqvayın hüquq sistemi bütövlükdə roman-alman hüquq ailəsinə, onun xüsusiləşmiş Latın Amerikası qrupuna daxildir. Paraqvay hüququnun formalaşması üçün ilkin əsas kimi keçmiş metropoliya – İspaniyanın hüquq mədəniyyəti çıxış etmişdir. Konstitusiya hüququ çox cəhətdən ABŞ modelinə uyğundur, mülki hüquqa fransız və alman qanunvericiliyi mühüm təsir göstərir. Paraqvayda 1842-ci ildə köləlik ləğv edilmiş, 1848-ci ildə hinduların tam bərabərliyi bəyan edilmişdir. 1864–1870-ci illərdə qonşu dövlətlərlə müharibədə darmadağın olunandan sonra Paraqvay Latın Amerikasının ən kasıb və geridə qalmış dövlətlərindən birinə çevrildi, ölkəni 1940-cı ildən hərbi-polis diktaturası idarə etməyə başladı. Sonuncu diktator Stressnerin devrilməsindən sonra – 1989-cu ildə yeni hökumət bir çox siyasi partiyaları leqallaşdırdı, mətbuatdakı senzuranı azaltdı, ölkəyə yarı emiqrantların qayıtmasına icazə verdi. 1992-ci ildə əsasında ölkənin bütün hüquq sisteminin köklü dəyişiklikləri aparılan Konstitusiya qəbul edildi. Paraqvayda hüququn əsas mənbəyi qanunverici aktlardır. Onların əsasını Konstitusiya, Konqres tərəfindən bəyənilən və təsdiq olunan beynəlxalq müqavilələr, konvensiya və razılaşmalar, Konqresin verdiyi qanunlar, Prezident dekretləri və aşağı səviyyəli digər hüquqi aktlar təşkil edir. Hüququn əsas sahələri məcəllələşdirilib.
Paraqışlaq
Paraqışlaq (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Paraqışlaq-i Süfla (Biləsuvar)
Paraqışlaq-i Süfla (fars. پاراقشلاق سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 54 nəfər yaşayır (14 ailə).
Paraqışlaq-i Ülya (Biləsuvar)
Paraqışlaq-i Ülya və ya Yuxarı Paraqışlaq (fars. پاراقشلاق عليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (12 ailə).
Paraqışlaq (Pərsabad)
Paraqışlaq (fars. پاراقشلاق‎) — İranın Ərdəbil ostanının Parsabad şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd əhalisi azərbaycan türkcəsində danışır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 511 nəfər yaşayır (106 ailə).
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 219 nəfər təşkil edir.
Daraq
Maqazin, tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. == Haqqında == Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Maraq qrupu
Maraq qrupu (eyni zamanda təyziq qrupları, lobbi qrupları olaraq da adlandırılır) — zəif ya da möhkəm təşkil olunmuş, öz tərəflərindən yana hərəkət edən, seçkilərə girmədən ictimai siyasətini dəyişdirməyə ya da ictimai siyasətdə ediləcək dəyişikliklərin qarşısını almağa çalışan qruplardır.
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. == Konsepsiya == === Məqsəd === “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. === İştirakçılar və keçirilmə sxemi === İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. == Ekologiyası == Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. == Azərbaycanda yayılması == Rayonlarda park və bağlarda rast gəlinir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Parlaq kledoxeta
Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15-40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7-10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir.
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.