Azərbaycan–Paraqvay münasibətləri — Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Paraqvay münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 20-də qurulmuşdur[1]. Elə həmin vaxt iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdır[2].
1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Paraqvayın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin ilk iki oyununu Bakıda, sonuncu matçı isə Sumqayıtda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada İngiltərəylə 2:2[3] hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Meksikaya 0:2[4], Çinə də 1:2[5] hesabları ilə məğlub olaraq, qrup mərhələsini üçüncü pillədə başa vurub, mübarizəni dayandırmışlar[6].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |