Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. İğdırdan 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Parik ağacı
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
Partik Tisl FK
Partik Tisl FK (ing. Partick Thistle F.C.) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu.
Parni iz Baku
Parni iz Baku bu mənaları ifadə edə bilər:
Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir. Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
Planet Parni iz Baku
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya. Baş direktoru Tahir İmanovdur. AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib. Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər. 2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb. Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006–5 il axtarışda 2006 — Axtaran tapar 2007–100 kağız P. P. B. 2007–6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011–10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol? 2019 — Nataşa mı prişla! 2021–30 illik konsert. Maskalı Yubiley 2022 — Gülüşün buster dozası 2023 — Bizim Gülüş Müəllim 2024–1 Saylı Yumor Məktəbi Parni iz Baku planetparniizbaku.az — Planet Parni iz Bakunun rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
Parni iz Baku (dəqiqləşdirmə)
Parni iz Baku bu mənaları ifadə edə bilər:
"Planet Parni iz Baku" Studiya
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya. Baş direktoru Tahir İmanovdur. == Tarixi == AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib. Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər. 2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb. == Filmoqrafiya == Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) == Konsertlər == 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006–5 il axtarışda 2006 — Axtaran tapar 2007–100 kağız P. P. B. 2007–6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011–10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol? 2019 — Nataşa mı prişla! 2021–30 illik konsert. Maskalı Yubiley 2022 — Gülüşün buster dozası 2023 — Bizim Gülüş Müəllim 2024–1 Saylı Yumor Məktəbi == Həmçinin bax == Parni iz Baku == İstinadlar == == Xarici keçidlər == planetparniizbaku.az — Rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
"Planet Parni iz Baku" studiyası

Parni iz Baku (1967-1971)
Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları. 1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur. 1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır: Qusmanın komandasının "Parni iz Baku" adını, kapitanı Anar Məmmədxanov olan, artıq dirçəlmiş KVN komandası götürdü.
Parni iz Baku (1967–1971)

Parni iz Baku (1988-2001)
Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1988–2001-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1992-ci il mövsümünün çempionu, 1993-cü il mövsümünün vitse-çempionu, 1995-ci il yay kubokunun qalibi və 2000-ci ildə Onnillik turnirinin (XX əsrin çempionu) qalibi olmuşdur. "Parni iz Baku" komandası 1988-ci ildə Anar Məmmədxanov tərəfindən yaranıb. Komandanın ilk üzvləri Anar Məmmədxanov, Ənvər Mansurov, Samir Abdullayev, Rauf Əsgərov, Aleksandr Blank, Fariz Cəsimov və direktoru Leonid Robinoviç idi. 2011-ci ildə Anar Məmmədxanov Azərbaycan KİV-lərinə verdiyi müsahibədən: 1991-ci il mövsümündə Böyük Liqaya daxil olmaq üçün dörd iddiaçı dörddəbir final oyunlarında təmsil olundu, onlardan biri 1992-ci ildə KVN-nin əsas liqasına daxil olan Azərbaycan komandası idi. Komandanı həmin illərdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu dəstəkləyirdi. İlk oyununda bakılılar hazırkı vitse-çempion olan "Eskandron Qusar"-ın heyətini məğlub edərək yarımfinala yüksəldilər. Daha sonra "Parni iz Baku" Simferopol Dövlət Universitetinin komandasını məğlub etdi və mövsümün finalına çıxdı.
Parni iz Baku (1988–2001)

Planet Parni iz Baku (studiya)
Planet Parni iz Baku — 2001-ci ildə təsis edilən studiya. Baş direktoru Tahir İmanovdur. AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun köməyi ilə 2001-ci ildə təsis edilib. Qurulduğu gündən həyata keçirdiyi layihələrin bəziləri: "Planet Parni iz Baku" (14 tv proqram), "Bu Şəhərdə" (8 tv proqram), "Tam məxfi" (ilk yumoristik Azərbaycan teleserialı), "Məhəllə", "Məhəllə 2", "Məhəllə 3", "Məşədi İbad 94", "Ögey ata", "Ölülər 21-ci əsr","Ağanatiq" ,"Ağanatiq 2" ,"Bəxt üzüyü 2" kinokomediyaları, sənədli, elmi-publisistik və tarixi filmlər, reklam rolikləri və kliplər, konsertlər. 2004-cü ildə Studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb. Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Tam məxfi (serial, 2004) Məşədi İbad-94 (film, 2005) Ögey ata (film, 2013) Ölülər XXI əsr (film, 2016) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019) Kilimandjara (film, 2018) Ağanatiq 2 (film, 2020) Şiraslan vəzifəyə gəlir (film, 2022) 2004 — Bu Şəhərin Məhəlləsi 2005 — Xalqlar Dostluğu 2006–5 il axtarışda 2006 — Axtaran tapar 2007–100 kağız P. P. B. 2007–6 günlük dünya 2007 — Bizim Moskovski Məhəlləmiz 2008 — Baharın 7 anı 2009 — Qaydasız Gülüş 2010 — Ağ-qara komediya 2011–10line Yubiley 2012 — EUROGULUSHİON 2013 — Hər Gün Sirk 2014 — Analoqu olmayan 2015 — Hamı avroppalara 2016– 25 illik İdeal milli yumor 2017 — TV-yə giriş qadağandır 2018 — Nataşa ti prişol? 2019 — Nataşa mı prişla! 2021–30 illik konsert. Maskalı Yubiley 2022 — Gülüşün buster dozası 2023 — Bizim Gülüş Müəllim 2024–1 Saylı Yumor Məktəbi Parni iz Baku planetparniizbaku.az — Planet Parni iz Bakunun rəsmi saytı Planet Parni iz Baku — Facebook səhifəsi Planet Parni iz Baku — Instagram səhifəsi Rəsmi YouTube kanalı "Planet Parni iz Baku": Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq — FOTO + VİDEO "Planet Parni iz Baku": Cənab prezident, bizi ədalətsizlikdən qoruyun!
Planet Parni iz Baku Studiya

Planet Parni iz Baku Studiyası

Parni iz Baku (Yuli Qusmanın KVN komandası)
Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları. 1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur. 1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır: Qusmanın komandasının "Parni iz Baku" adını, kapitanı Anar Məmmədxanov olan, artıq dirçəlmiş KVN komandası götürdü.
Larnit
Larnit — mineral, β - Ca2[SiO4] == Haqqında == Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Paronim
Paronim (q.yun. παρα-, ὄνομα — "ad") — tərkibində bir hərfə görə fərqlənən sözlərə deyilir. Səslənməsinə görə bir-birinə oxşar olan sənəd – sənət, süfrə – sürfə, qəlb – qəlp, məhsul – məsul, mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Məhz belə sözlər omonim deyil, paronim adlanır.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Qarnir
Qarnir (fr. garnir — bəzəmək, doldurmaq, əlavə etmək) — əsas xörəyə (və ya içkiyə) əlavə. Boşqabın bəzədilməsi, yeməyə əlavə dad vermək üçün istifadə olunur. Sovet mətbəxində adətən ətdən hazırlanmış quru yeməklərə daxil edilən, əti müşayiət edən köməkçi yemək - kartof, makaron məmulatları və yarmadan hazırlanmış əlavə.
Turnik
Turnik bədii gimnastika sahəsində kişi gimnastları tərəfindən istifadə edilən bir aparatdır. Əsasən bədənin üst hissəsidəki əzələ qrupları üçün nəzərdə tutulur. Ənənəvi olaraq silindrik bir metal (adətən polad) ibarətdir ki, bu da möhkəm şəkildə yuxarıda tutulmuş və mərtəbələrə paralel bir kabellər sistemi və sərt şaquli dəstlərdir. Gimnastlar çıxış edərkən adətən dəmir dəri tutacaqlar olur. Hazırkı elit səviyyəsində rəqabət qadınların qeyri-bərabər və kişilərin paralel dəmir aparatında istifadə olunan relslərə bənzər daha elastik fiberglas əsas dəmirdən istifadə edilir. Horizontal çubuğunda yerinə yetirilən gimnastika elementləri bir Qaydalar Məcəlləsi ilə tənzimlənir. Üfüqi çubuq, gimnastika dövründə gimnastlar tərəfindən nümayiş etdirilən gərginliklər və möhtəşəm hava yayımları və səpilmələri zamanı tez-tez birdən çox sürüşmə və ya bükülməni və bəzi hallarda havada səyahət etmələri səbəbindən ən maraqlı gimnastika tədbirlərindən biri sayılır. Turnikdən ilk dəfə kim tərəfindən nə zaman və harada istifadə olunması məlum olmamaqla bərabər, Qədim Yunanıstanda və Qədim Romada gimnastların turnikdən istifadə etdikləri məlumdur. Əzələləri gücləndirir; Bədən yağlarınını yandırılmasına kömək edir; Boyu uzadır; Onurğa xəstəliklərinə müsbət təsir göstərir (sallanma). Turnik çəkilmənin növündən asılı olaraq biseps, triseps, sinə və kürək əzələlərini inkişaf etdirir.
Xirnik
Xirnik, kaki xurması (yap. 柿; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk. cennet hurması) - xurma cinsinə aid bitki növü. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Karnak siyahısı
Karnak hökmdar siyahısı ya Karnak siyahısı III Tutmosisin Heb-Sed mərasimi üçün Karnakda tikmiş olduğu Amon məbədində Misirin firon hökmdarlarının adları qeyd olunmuş kitabə. Burada III Tutmosis və onun 61 sələfinin adları həkk olunmuşdur. 1843 cü ildə fransız arxeoloqu Emil Priss d`Avenn gizlin olaraq bu siyahı barelyefi sökərək Fransaya aparmışdır. Karnak hökmdar siyahısı hal-hazırda Luvrda saxlanılmaqdadır. == Mənbələr == Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. = Münchner Ägyptologische Studien, Bd. 46. Philipp von Zabern, Mainz 1997.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Xurnik
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən, 700 növü olan cins. Onun bəzi növləri daha çox qiymətli, qara, ağır taxtasına görə tanınır. Bu ağaclar ebena adlanır. Bəzi növləri isə meyvələrinə görə tanınır və xurma ağacı adlanır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir.
Abnik
Barlık
Barlık — Abidələrin 4-ü də Barlık çayı sahilində D. A. Klements tərəfindən tapılıb və ilk dəfə V. V. Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Liza parsia
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.