Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puster vadisi
Puster vadisi— İtaliyada Cənubi Tirolda Brixen yaxınlığında Mülbaç və Avstriya və Şərqi Tirolda Lixtenşteyn arasında Alp dağlarında şərq-qərb istiqamətində uzanan bir dərə. Puster vadisinin Cənubi Tirol bələdiyyələri Puster vadisi rayonunu yaradır.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Erigeron pulcher
Erigeron pulcher (lat. Erigeron pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
IAI Nesher
IAI Nesher (İv: נשר, "Quzğun") IAI tərəfindən buraxılmış Dassault Mirage V-in İsrail istehsalı bir modeli döyüş təyyarəsidir. Təyyarələrin əksəriyyəti sonradan Argentina Hava Qüvvələrinə "Daggers" adı ilə satıldı və "Fingers" adı altında modernləşdirildi.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Nikola Pussen
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594, Le-Andeli[d], Fransa krallığı – 19 noyabr 1665[…], Roma, Papa dövləti) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi. Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658).
Punisher (albom)
Punisher — amerikalı müğənni-bəstəkar Fibi Bricersin ikinci studiya albomu, 18 iyun 2020-ci ildə Dead Oceans tərəfindən buraxılıb. Bu, onun 2017-ci ildə buraxılmış debüt albomu Stranger in the Alps-ın davamıdır. Kaliforniyalı müğənni ikinci albomu buraxmazdan əvvəl boygenius və Better Oblivion Community Center qruplarını yaradıb. Punisher, Los-Ancelesdəki Sound City Studios-da bir il yarımdan çox müddətdə yazıldı və Bricersin prodüserləri Tony Berg və Ethan Gruska onunla yenidən bir araya gəldi. Səsyazma prosesi birgə edildi və layner notlarında Cülyen Beyker, Lüsi Dakus, Christian Lee Hutson, Jim Keltner, Blake Mills və Conor Oberst də daxil olmaqla iyirmidən çox görkəmli musiqiçinin adı qeyd edildi. Punisher beş sinql "Garden Song", "Kyoto", "ICU", "I Know the End" və "Savior Complex" ilə dəstəkləndi. Albom buraxıldıqdan sonra musiqi tənqidçiləri tərəfindən tənqidi bəyənmə aldı. Amerikalı müğənni-bəstəkar Fibi Bricers 2010-cu illərin sonunda indi-rok pərəstişkarları arasında tez bir zamanda əhəmiyyətli bir şöhrət qazandı. Bricers mahnı yazaraq və gitara çalaraq böyüyüb; Los-Ancelesdən olan o, "County High School for the Arts"da təhsil alıb. 2017-ci ildə o, İndianada yerləşən indi səsyazma şirkəti Dead Oceans ilə Stranger in the Alps adlı debüt albomunu buraxıb.
Senecio pulcher
Senecio pulcher (lat. Senecio pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Villi Puxner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Villi Puçner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Andrea Şuster
Passer domesticus
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Rumex pulcher
Rumex pulcher (lat. Rumex pulcher) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Rumex pulcher subsp. anodontus (Hausskn.) Rech.f. Rumex pulcher subsp. cassius (Boiss.) Rech.f. Rumex pulcher subsp. raulinii (Boiss.) Rech.f. Rumex pulcher subsp. woodsii (De Not.) Arcang.
Puer
Puer (çin. 普洱茶; pǔ'ěrchá, yəni Puerdən çay) — mənşəyi Çinin Yunnan bölgəsindən gələn fermentləşmiş çay. Puer yaxud da pu – er kimi də adlandırılır. Bu çay növü vəhşi təbiətdə bitən ağacların yarpaqlarından əldə olunur. Puer çay növü sarımtıl, yaşıl rəngdə olan tiplərdəndir. Müalicəvi və dadlı tərkibə malik olan çay özünün saxlama müddətindən asılı olaraq keyfiyyəti və dəyəri qalxır. Krallar üçün nəzərdə tutulmuş ən yaxşı çay növü olan puer hətta 100 il müddətinə də saxlanıla bilinir. Çinlilərin ənənəvi təbabət aləmində puer çayı insana güc verən və onun orqanizmini alkoqol içkilərdən təmizləyən ünsür kimi tanınır. Bununla yanaşı insan orqanizminə təsir edən zəhərlənmə hadisələrinə və baş vermiş bütün xəstəliklərin bir çoxuna dərmandır. Puer yaddaşın daha da inkişaf etməsinə kömək edir, zehni gücləndirir və qida təminatınızı qaydaya salır.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Buşehr
Buşehr — İranın Buşehr ostanında yerləşən şəhər, Buşehr şəhristanının mərkəzi. Fars körfəzi sahilindəki şəhər, paytaxt Tehranın 1281 km. uzaqlıqındadır. İndiki vaxtda beynəlxalq böhrana səbəb olan Buşehr atom elektrik stansiyası bu şəhərin yaxınlığındadır. Buşehr əhalisinin əksəriyyəti farslaşmış lurlar, qara dərililər, ərəblər, qaşqaylardan ibarətdir ki, buşehr dialektində danışırlar. Bununla belə az da olsa hələ də bu şəhərdə lurca, ərəbcə və qaşqayca danışanlar var. İranın ən əhəmiyyətli ixracat limanı olan Buşehrdə mədənçilik, konserv və balıq məhsulları sənayesi, — bütün İranda olduğu kimi-kilimcilik və enerji əhəmiyyətli sənaye qollarıdır. Şəhər İranın ən əhəmiyyətli balıqçılıq mərkəzidir. Şəhərdə İran Dəniz Qüvvələrinin əhəmiyyətli təsisləri də mövcuddur. Şəhərdə əhəmiyyətli olan limanın xaricində, beynəlxalq bir hava limanı mövcuddur.
Məşhər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Oqaki Poster Muzeyi
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir. 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır. 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir. Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir. Muzeydə 10.000-dən çox poster saxlanılır.
Klas Yanson Visher
Klas Yanson Visher (nid. Claes Janszoon Visscher; 1587[…], 1586 və ya ən tezi 1586 və ən geci 1587, Amsterdam, Hollandiya qraflığı – 19 iyun 1652[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, kartoqraf və qravüra naşiri, Piscator nəşriyyatının yaradıcısı. Klas Yanson Visher gəmi dülgəri Jan Klas Visherin (Fisher) oğlu idi. Təxminən 1608-ci ildə Op de Kolkun evinə yaşamaq üçün köçmüşdür. Onun incəsənət müəllimləri məlum deyil, lakin stilistik analogiyalara əsasən onun David Vinkbunsun tələbəsi ola biləcəyi güman edilir. 1611-ci ildə o, Amsterdamdakı Kalverstraatda ev alıb ora köçdü.. Ustadın ləqəbi söz oyununa əsaslanır: (nid. visser — balıqçı) deməkdir. Visher-Piskator tipik holland mənzərələri və döyüş səhnələri ilə "tarixi qravüra" adlanan əsəri ilə məşhurlaşıb. O, həmçinin bir neçə coğrafi atlas və iki yüzə yaxın fərdi xəritə nəşr etdirmişdir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
İjon-Piser Sullyet
İjon-Piser Sullyet (9 dekabr 1956, Puatye) — Fransız yazıçı və jurnalist. Əsasən Parisdə yaşayan çoxsaylı kitabların müəllifidir və Avropa Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının (CEDI) milli liderlərindən biridir. Hallier, tout feu tout flamme, Neva Editions, 2023.ISBN 978-2-35055-309-2 Hallier en roue libre, Neva Editions, 2022.ISBN 978-2-35055-305-4 Hallier, L'Edernel retour, Neva Editions, 2021.ISBN 978-2-35055-295-8 Hallier, L'Homme debout, Neva Editions, 2020.ISBN 978-2-35055-285-9 Hallier Edernellement vôtre, Neva Editions, 2019. ISBN 978-2-35055-273-6 Hallier ou l'Edernité en marche, Neva Editions, 2018. ISBN 978 2 35055 247–7 Improvisation so piano, Neva Editions, 2017. ISBN 978 2 35055 228 6 Hallier, l'Edernel jeune homme, Neva Editions, 2016. ISBN 978 2 35055 217 0 88 notes pour piano solo, Neva Editions, 2015. ISBN 978-2-3505-5192-0 Piano ma non solo, Anagramme Ed., 2012. ISBN 978 2 35035 333–3 Bodream ou rêve de Bodrum, Anagramme Ed., 2010. ISBN 978 2 35035 279 4 Carré d'Art: Barbey d'Aurevilly, Corc Bayron, Salvador Dali, Jean-Edern Hallier, Anagramme Ed., 2008.
User account
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Müqəddəs Xaç Kolleci (Vuster)
Müqəddəs Xaç Kolleci (ing. College of the Holy Cross) — Vuster, Massaçusets, ABŞ-də özəl liberal sənətlər Katolik Universiteti. 1843-cü ildə kişilər üçün yezuit kolleci olaraq quruldu. Yeni İngiltərədəki ən qədim Katolik universiteti və ABŞ-dəki ən qədim universitetdir. Yezuit Kollecləri və Universitetləri Birliyinin üzvü. Fillip Boros 2011-ci ildən hal-hazırda kollecin prezidentidir.
Bernar Kuşner
Bernar Jan Kuşner (1 noyabr 1939[…], Avinyon) — fransız həkim və humanitar xadimi, Sərhədsiz həkimlər təşkilatı və "Dünya həkimləri" təşkilatlarının həmtəsisçisi, 2007-ci ildən Fransa Respublikasının xarici işlər naziri.
Buşehr AES
Buşehr atom elektrik stansiyası, İranın Buşehr şəhərinin cənub-şərqinin 17 kilometrlığında (11 mil) Heleyle və Bəndərqah balıqçılıq kəndləri arasında Fars körfəzi boyunca yerləşir. Zavod üç tektonik plitələr qovşağında yerləşir. İranda və eyni zamanda Yaxın Şərqdə ilk Atom Elektrik Stansiyası olan Buşehrin inşaasına 1975-ci ildə Almaniyanın Siemens kompaniyasının Kraftwerk Union AG filialı tərəfindən başlayıb. Lakin 1979-cu ildə İranda İslam İnqilabı, daha sonra isə İraqla silahlı münaqişənin baş verməsi nəticəsində tikinti dayandırılır və müqavilə pozulur. 1995-cı ilin yanvarın 8-də Buşir AES-nin birinci enerji blokunun tikintisinin başa çatdırılması barədə Rusiya ilə müqavilə bağlanılır, 1998-ci ildə isə Atomstroyeksport dövlət şirkəti tərəfindən bütün obyektin tikintisinin açar təslimi barədə saziş imzalanır. Zavod 3 Sentyabr 2011 üzrə elektrik əlavə etməyi milli elektrik şəbəkəyə başlamış və rəsmi açılış 12 sentyabr keçirilmişdir. Rusiyanın dövlət nüvə enerji müəssisəsi ROSATOM illər uzunu təxirə salınan Buşir zavodununun tikintisini nəhayət bitirdikdən sonra iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçirlər. Onlar siniflərdə operator təlimləri keçirirlər. Bundan başqa onların bütün halları əhatə edən simulyatorları var. Bu simulyatorlar qərb standartlarına uyğun gəlir.
Buşehr ostanı
Buşehr (fars. استان بوشهر‎ – Ostane Buşehr) — İranın cənubunda ostan. Mərkəzi Buşehr şəhəridir. Ostanın ərazisi 23.191 km² -dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 886.267 nəfər əhali yaşayır.
Buşehr şəhristanı
Buşehr şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Buşehr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhristanın əhalisi 216087 nəfər və 53173 ailədən ibarət idi.
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
Pisdər mağarası
Pisdər mağarası — Şərur rayonunun Axura kəndindən şərqdəki Tana qalası yaxınlığında arxeoloji abidə. Yarım dairəvi formalıdır. Dərinliyi 10 m-dən artıqdır. Aşağı hissəsi torpaqla örtülmüşdür. Arxeoloji qazıntılar aparılmamışdır. Ehtimal ki, Pisdər mağarasından ibtidai insan məskəni kimi istifadə edilmişdir. Dərinliyi 10 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının şərq qanadında yarləşir..
Şarl Jan La Valle Pussen
Şarl Jan La Valle Pussen (Charles Jean de la Vallée Poussin; 14 avqust 1866[…], Leuven, Brabant əyaləti[d] – 2 mart 1962[…], Brüssel) — Belçika riyaziyyatçısıdır; Adamarla yanaşı olaraq sadə ədədlərin paylanma qanununu əsaslandırmışdır; ədədlər nəzəriyyəsi, funksiyalar nəzəriyyəsi, riyazi fizika üzrə əsərlərin müəllifidir.