Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi.
Peyna buzlağı
Peyna buzlağı (bolq. ледник Пейна, ‘Lednik Peyna’ \'led-nik 'pey-na\) — 11.4 km uzunluğu, 3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Blaqun buzlağından cənub-qərbdə, Mörfi buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir.Buzlaq şimali Bolqarıstanda yerləşən Peyna şəhərinin adını daşıyır. == Yerləşməsi == Peyna buzlağı 66°53′45″ c. e. 66°09′25″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory.
Simax Şeyda
Simax Şeyda —Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı == Həyatı == Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Əl-Geyda
Əl-Geyda — Yəməndə şəhər. Əl-Məhra mühafəzəsinin inzibati mərkəzi.
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur. Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".
Soy-Peda
Soy-Peda (çeç. Цӏайн-пхьеда rus. Цой-Педе ) - Çeçenistanın İtum-Kali rayonunun Soy-Peda kəndi yaxınlığında, Çanti-Arqun və Meşihi çaylarının birləşməsində yerləşən Qafqazın ən qədim nekropollarından biri. == Coğrafiyası == İtum-Kali kəndinin 40 km cənub-qərbində yerləşir. Burada Meşihi buzlaq çayının Çanti-Arquna töküldüyü yerdə şimaldan cənuba uzanan və Tsoy-Pedaya girişi 3 tərəfdən əhatələyən burun formalaşmışdır. Abidəyə çatmaq üçün qalan tək yolda Kyorelam təpəliyinin ayaq tərəfindəki sıldırım qayalı yollardır. Abidə təbii istehkamlarla əhatələnmişdir. == Tarixi == XV-XVIII əsrə aid olduğu düşünülən abidənin qəhrəman döyüşçülərin öldükdən sonra dəfn edildiyi qəbiristanlıq ya da epidemiya zamanı ölənlərin cəsədlərini uzaqlaşdırmaq üçün istifadə edildiyi iddiaları ortaya atılsa da, buranın dəqiq tikilmə səbəbi sirr olaraq qalmaqdadır. == Abidələri == Kənddə ölülər şəhərinin girişini qoruyan iki qurbangah sütunu, üzərində qoruyucu svastikalar, xaçlar və günəşvari spirallar olan divarlar var. Dəvam etdikdə çoxusunun üzərində üçkünc damı olan, dərin oyuqlu 42 qəbir (çeç.
Comaqlı Şeyda (Qürvə)
Comaqlı Şeyda (fars. چمقلوشيدا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Fazil xan Şeyda
Fazil xan Şeyda (1783, Təbriz – 1852, Təbriz) — şair, diplomat, pedaqoq. == Həyatı == Fazil xan 1783-cü ildə Təbrizdə mühəndis ailəsində doğulmuşdur. Əsl adı Molla Fətulladır, Təbrizdə mükəmməl ruhani təhsili almışdır. O əvvəlcə öz atası Məhəmmədhüseynin, sonra Təbrizin məşhur müctəhidi Mirzə Əhmədin yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmiş Fazil xan poeziyaya daha çox həvəs göstərmişdir.1827-ci ildə Təbrizin rus qoşunları tərəfindən işğalı ilə bağlı bir sıra ruhanilərin və İran əyanlarının çoxunun Abbas mirzəyə xəyanət etmələri Fazil xanı qəzəbləndirmişdi. O, belələrinə həcv yazmışdır. Fazil xanın professor M. Mustafayevin qeyd etdiyimiz kitabına daxil edilmiş satirik şeirində riyakar ruhanilərin əmmaməsini "şeytan yuvasına", əbasını "riyakarlıq donuna", xınalı saqqalını "nəcasətə bulanmış ayaqyolu süpürgəsinə" oxşadan şair belələrini "qoca zinakar, nəfsin qulu və şərarət törəməsi" adlandırır və deyir ki, "bu həcvlərlə təbrizlilərin fəxr etmələri təəccüblü deyil. Ona görə ki, Təbrizdə sakin olan haramzadələri həcv etmək Təbriz əhalisi üçün fəxarət və nəcabət işi sayılır. Onun həcvləri xalq arasında çox böyük uğur qazanmışsa da, müəllifinə qarşı düşmənlərinin hücumlarına səbəb olmuşdur. Buna görə də Fazil xan Təbrizdən qaçaraq Deh-Kirqana getmişdir.
Mirzə Lütfulla Şeyda
[mənbə göstərin] Mirzə Lütfulla Şeyda — XIX əsr Azərbaycan şairlərindən biri.
Nəcəfqulu bəy Şeyda
Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa – 1936, Bakı) — azərbaycanlı şair. == Həyatı == Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gеcə kursunda təhsilini davam etdirib. Qubеrniya idarəsində iyirmi bеş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində nеft quyuları almışdı.Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur. Nəcəfqulu bəy şair idi. Şеyda təxəllüsü ilə şеir yazırdı. Nəcəfqulu bəy Şеyda haqqında yazılı mənbə o qədər də çox dеyil.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. == Həyatı == Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur.Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.
Mirzə Yəhya bəy Şeyda
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim. == Həyatı == Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu.
Əyn-Bəyda
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əl-Gəyda
Əl-Geyda — Yəməndə şəhər. Əl-Məhra mühafəzəsinin inzibati mərkəzi.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Fayda
Fayda - İqtisadiyyatda (ing. Utility) nisbi məmnunluğun ölçüsüdür. Bu ölçü istehlakçının seçimini və ümumi rifah vəziyyətini izah etmək üçün istifadə olunur. [mənbə göstərin]Utilitarianizm doktrinası faydanın maksimallaşdırılmasını cəmiyyətin nizamedici mənəvi meyar kimi görür. Bu iqtisadi məktəbin Ceremi Bentham (Jeremy Bentham) (1748–1832) və Con Stüart Mil (John Stuart Mill) (1806–1876) tərəfdarlarının sözlərinə uyğun olaraq, cəmiyyət bütun şəxslərin ümumi faydasını maksimallaşdırmalıdır. Başqa sözlərlə, "ən yüksək səadət ən çoxlara". == Fayda funksiyası == İqtisadi təhlildə istehlakçının davranışı daha asan fayda funksiyası ilə ifadə oluna bilər: u : X → R {\displaystyle u:X\rightarrow {\textbf {R}}} , belə ki, x > y əgər u(x) > u(y). Əgər istehlakçının üstün tutmaları tamam, əks, tranzitiv, və arasıkəsilməyəndirsə, onda onlar "u" fayda funksiyası ilə ifadə oluna bilərlər.
Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir. Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. == Tarixi == Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər. İlk qadın geyşa Kasen olmuşdur.
Heyva
Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir. == Tarixi == Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi. Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi.
Jeyya
Jeyya (fr. Jayat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01196. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1049 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 639 nəfərin (15-64 yaş arasında) 516 nəfəri İqtisadi cəhətdən fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.8%, 1999-cu ildə 72.3%). 516 fəal sakindən 487 nəfər (263 kişi və 224 qadın), 29 nəfəri (11 kişi və 18 qadın) işlədi. Aktiv olmayan 123 nəfər arasında şagird və ya tələbə, 54 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Layda
Layda - (rus. лайда, ing. layda) yüksək qa­bar­malar zamanı su altında qalan Avrasiyanın şimal dənizlərinin ova­lıq sahilləri. Adətən bataqlaşmış, bəzən kəsəkli və ya təpəli olur: L. eni bir neçə kilometrə çatır.
Leyla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Neyva
Neyva (isp. Neiva) — Maqdalena çayının yuxarı hissəsində, Kolumbiyanın qərbində yerləşən şəhərdir. Uila departamentinin inzibati mərkəzi hesab olunur. == Haqqında == 1539-cu ildə əsası qoyulmuşdur. Hindlilər tərəfindən şəhər məhv edilmiş və 1612-ci ildə yenidən abadlaşdırılmışdır. Şəhərin bir dəmiryolu stansiyası və hava limanı vardır. Neyva şəhəri kakao, qəhvə, banan, düyü və paxla əkinçilik mərkəzləri və heyvan yetişdirilməsi daha yaxşı inkişaf etmişdir.
Paenda
Qabriela Horn (alm. Gabriela Horn‎; d. 25 yanvar 1988, Doyçlandsberq, Ştiriya, Avstriya) və ya səhnə adı ilə Paenda — Avstriya müğənnisi və bəstəkarı. O, "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Qabriela Horn 25 yanvar 1989-cu ildə Avstriyanın Ştiriya əyalətində yerləşən Doyçlandsberqdə anadan olmuşdur. O, hələ altında yaşında ikən xorda oxumağa başlamış və 14 yaşından etibarən mahnı yazmağa başlamışdır. Qabriela gitara və pianoda ifa etməyi öyrənmişdir. O 20 yaşında Vyanaya köçmüş və orada musiqi təhsili almışdır. Hal-hazırda ifaçı Ottakrinq şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. O, eyni zamanda musiqi müəlliməsi kimi fəaliyyət göstərir.
Panda
Böyük panda (bambuk ayısı) — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Kiçik panda — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü.
Payde
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Payna
Əyn-Bəyda (Uarqla)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şərqdə, vilayətdən təxminən 563 kilometr (350 mil) cənub-şərqdə yerləşir. ölkənin paytaxtı Əlcəzair . Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metr (453 ft)r yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 366 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Penza
Penza (rus. Пенза) — Rusiya Federasiyasında yerləşən şəhər, Penza vilayətinə daxildir.
Perca
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 1,020 metr yüksəklikdə yerləşir. == Əhali == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 118,662 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Hava limanı şəhərdən 7 kilometr şimal-qərbdə yerləşir.
Bəydağ
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. [[1]] [ölü keçid]] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.