Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirzaman
Pirzaman (fars. پيرزمان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (12 ailə).
Pirkaman (Sərab)
Pirkaman (fars. پيركمان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Piratman
Piratman — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Pircahan
Pircahan — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır. Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4–5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir. Sonradan Abdallar kəndinə köçürülmüşdür. Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir. Pircahan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür.
Pircamal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar. Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.
Pişgaman
Pişgaman (fars. پيشگمان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (11 ailə).
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
I Parazman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Pirzağa (Əbhər)
Pirzağa (fars. پيرزاغه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,850 nəfər yaşayır (470 ailə).
Axırzaman
Esxatologiya (yun. έσχατος – son) — ilahiyyat (din bölməsi) və fəlsəfənin bir sahəsidir. Bəşəriyyətin son taleyi, ya da dünya tarixinə son qoyan hadisələr, bir sözlə dünyanın sonu ilə daha qabarıq bir şəkildə maraqlanır. Bir çox dinlərdə, doktrinalarda və ya kultlarda dünyanın sonu müqəddəs mətndə, mifdə və ya folklorda gələcək bir hadisə kimi göstərilir. Geniş mənada esxatologiya, Məsih, Məsihin Çağlığı, Axirət və ruh kimi mövzuları da əhatə edə bilər. İnancları və düşüncələri fərqli olsa da, müəyyən oxşarlıqlara da rast gəlinə bilər. Xristian esxatologiyasında apokaliptik bir fəlakətdən sonra növbəti minillik rifah krallığına inam vardır.