Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Pixar
Pixar Animasiya Studiyaları — Walt Disney şirkətinə məxsus animasiya istehsalı şirkətidir. Şirkət bu günə kimi 16 Oskar, 7 Qızıl qlobus, 11 Qremmi mükafatı qazanmışdır. Pixar əvvəl Star Wars filminin yaradıcısı Corc Lukasın 1979 da qurduğu Lucasfilmin kompüter qrafikası qrupunda idi. Bu qrup başqa filmlərin vizual effektlərini hazırlayırdı və animasiya mövzusunda mütəxəssis idi. 1986-cı ildə Corc Lukas Kompüter qrafikası bölümünü satışa çıxarır . Stiv Cobs şirkəti almaq üçün təklif göndərsə də ilk öncə təklifi rədd edilir. Daha sonra heç bir şirkət istənilən məbləği ödəmədiyi üçün 1986-cı ildə 10 milyon dollara (nəzərdə tutulan məbləğin üçdə biri) Stiv Cobsa satılır və Pixar adı altında fəaliyyətə başlayır. == Pixar kompüterləri == Stiv Cobs şirkəti ilk aldıqda şirkət işçilərinin fikrində dünyanın ilk animasiya filmini hazırlamaq vardı amma həm Stiv Cobs həm də işçilər bu işin mümkün olmadığının fərqində idilər. Buna görə də Pixarın etdiyi ilk iş böyük və super güclü bir kompüter hazırlamaq oldu. Kompüterin qiyməti 135.000 $ idi və kompüteri qurmaq üçün də əlavə 35.000 $ lazım olurdu.
Mixal Jimerski
Mixal Jimerski (pol. Michał Żymierski [ˈmixaw ˈrɔla ʐɨˈmjɛrskʲi]; 4 sentyabr 1890[…], Krakov, Sisleytaniya – 15 oktyabr 1989[…], Varşava) — Polşanın yüksək vəzifəli Kommunist Partiyasının lideri, kommunist hərbi komandiri və NKVD-nin gizli agenti idi. İosif Stalin tərəfindən Polşanın Marşalı təyin edilmişdir və 1945-ci ildən vəfat edənə qədər bu vəzifədə xidmət etmişdir. 1981-ci ildə Polşada Döyüş Qanununun tətbiq edilməsini dəstəkləmişdir. == Həyatı == Rola-iersymierski, Avstriya dövlətinin nəzarəti altında Krakovda anadan olub. 20 yaşında, 1910-cu ildə Jagiellonian Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin bir il sonra ali məktəbi tərk edib. Qardaşı Krakovda geniş yayılmış bir soyğunçular tərəfindən qətlə yetirildikdən sonra etdikdən Żymierski adlandırmağa başlamışdır. 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayanda Polşa Legionlarına qoşulub və Avstriya-Macarıstan Şərq Cəbhəsinin bir çox vacib döyüş bölgəsində vuruşub. 1917-ci il Avstriya-Macarıstan ordusunu tərk edərək, Krakova gedib.
Mixal Kadleç
Mixal Kadleç(13 dekabr 1984, Çexiya) — çex futbolçu. Hal-hazırda çex klubu 1. FC Slovácko-da oynayır. Bir vaxtlar Fənərbaxça PFK-nın formasını geyinib.
Mixal Şpak
Mixal Şpak (pol. Michał Szpak; d. 26 noyabr 1990, Yaslo, Polşa) — Polşa müğənnisi və bəstəkarı. O, Polşanın X Factor musiqi yarışmasında iştirakından sonra şöhrət qazanmışdır. Mixal Şpak Polşanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Mixal Şpak 26 noyabr 1990-cı ildə Polşanın Yaslo şəhərində anadan olmuşdur. Onun iki bacısı və bir qardaşı var. İfaçının söylədiyinə görə onu musiqiyə ilhamlandıran Queen, Muse, Devid Boui və Maykl Cekson olmuşdur. Şpak məktəb vaxtlarında dostu Kamil Çapla ilə birlikdə Whiplash adlı hard rok qrupunun tərkibində çıxış etmişdir. O, hal-hazırda Varşavada yaşayır və universitetdə psixologiya üzrə təhsil alır.
Pixel Art
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. == Tarixi == Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Mixal Boqun
Peter Mixal Boqun (slovak. Peter Michal Bohúň) — Slovak rəssamı, portret ustası. O, həmçinin mənzərə və qurbangah çəkməsi ilə tanınır. == Bioqrafiya == Lüteran keşişinin ailəsində anadan olub. Peter öz kəndindəki dövlət məktəblərinə gedir, sonra Qemerska Qorkadakı gimnaziyada oxuyur. 1836-cı ildə Levoçadakı yevangelist seminariyasına daxil olur. Məhz orada o, ilk dəfə Slovakiyanın müstəqilliyi ideyası ilə qarşılaşır, bu ideyanı həvəslə qəbul edir və özünə Slavomil ləqəbini qazanır. Siyasi iğtişaşlar səbəbindən Macarıstan hökuməti 1841-ci ildə seminariyanı bağlayır, ona görə də Kejmarok şəhərinə köçür və burada hüquq təhsili alır. Boş vaxtlarında rəsm çəkməyə başlayır. 1843-cü ildə rəssam olmaq qərarına gəlir və Praqadakı İncəsənət Akademiyasına daxil olur.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. == Bioqrafiya == Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Şuvayev — Türkmənistanlı ağır atlet. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. == Əsas növləri == Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Bernar Pikar
Bernadr Pikar (doğum 11 iyun 1673-cü il, Paris, Fransa – ölüm 8 may 1733-cü il, Amsterdam, Niderland) – fransız oymaçı, oymaçı Etiyenne Pikartın oğlu. == Həyatı == Bernadr Pikar 11 iyun 1673-cü ildə Parisdə anadan olmuşdur. 1696-cı ildə Antverpə köçmüşdür. 1698-ci ilin sonunda Fransaya qayıtmazdan əvvəl Amsterdamda bir il keçirmişdir. 1708-ci ildə həyat yoldaşının ölümündən sonra o, 1711-ci ildə Amsterdama köçmüşdür. Burada o, protestant olmuş və yenidən evlənmişdir. == Yaradıcılığı == Onun əsərlərinin çoxu Bibliya və Ovid daxil olmaqla kitab illustrasiyalardır. Onun ən məşhur əsəri 1723-cü ildən hazırlamağa başladığı və 1743-cü ildə tamamladığı Cérémonies et coutumes religieuses de tous les peuples du monde əsəridir. Conatan I. İsrail Cérémonies-i “mümkün qədər həqiqi və obyektiv bütün müxtəlifliklərdə dünyanın inamlarını və dini ayinləri qeyd etmək üçün nəhəng cəhd” adlandırır. Pikarın heç vaxt Avropanı tərk etməməsinə baxmayaraq o, Hind heykəltəraşlıq kolleksiyasına girmiş və malik olduğu hesablara güvənirdi.