Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plaçido Dominqo
Plaçido Dominqo (21 yanvar 1941[…], Madrid) – Dünya şöhrətli ispan tenoru, opera müğənnisi.
Yosef Plaçi
Yosef Plaçi (1 aprel 1971) — Çexiyanı təmsil edən stolüstü tennisçi. Yosef Plaçi Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Yosef Plaçi Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Placus
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Plaqin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər. Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Plazmid
Plazmid, öz özünü kopyalaya bilən, xomosomdan ayrı bir DNT hissəsidir. Tipik olaraq dairəvi və cüt sarmallıdır. Ümumiyyətlə bakteriyalarda, bəzən eukariotlarda da tapılır. Bir hüceyrədə böyük bir plazmidin bir surəti, daha kiçik boy plazmidlərin isə yüzlərlə kopyası ola bilər. Hətta, yüksək kopya sayına sahib olması məqsədilə seçməyə məruz qalmış bəzi süni plazmidlərin minlərlə nüsxəsinə rast gəlmək olur. Çoxu plazmid içində olduqları bakteriyaya selektif üstünlük təmin edən, bakteriyanı bir antibiotikə müqavimətli etmək kimi xüsusiyyətlər təmin edən genlər və ya gen qrupları daşıyırlar. Hər plazmid xromosomdan müstəqil olaraq kopyalanmasını təmin edən, bir DNT qovluğuna malikdir. Plazmid termini Amerikalı molekulyar bioloq Coşua Lederberq tərəfindən 1952-ci ildə ilk dəfə istifadə edilmişdir.
Plagin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Plancia
Külbaba (lat. Leontodon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dens-leonis Ség.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Acanthaster planci
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır. == Xüsusiyyətləri == Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır. Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.
Eucalyptus placita
Eucalyptus paniculata (lat. Eucalyptus paniculata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus nanglei R.T.Baker Eucalyptus paniculata var. conferta Benth. Eucalyptus paniculata subsp.
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
Plazia pinnifolia
Gypothamnium (lat. Gypothamnium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Gypothamnium pinifolium Phil. Sinonim Plazia pinnifolia (Phil.) O.Hoffm.
Maksim Planud
Maksim Planud (yun. Μάξιμος Πλανούδης; təq. 1260 və ya 1260, Nikomediya, Yalova ili – təq. 1305, Konstantinopol) — Bizans qrammatiki, riyaziyyatçısı, VIII Mixail Paleoloq və II Andronik Paleoloq dövründə yaşayıb-yaratmış ilahiyyatçı. == Həyatı == Maksim Planud Vifiniyanın Nikomediya şəhərində anadan olmuş, lakin həyatının çox hissəsini Konstantinopolda keçirmişdir. 1287-ci ildə siyasi səhnəni tərk edərək rahib olmuş, özünü elmə və tədrisə həsr etmişdir. Təyin edildikdən sonra o, Manuil adını Maksim olaraq dəyişdirmişdir. Planud Konstantinopolda imperator kitabxanasında zadəgan ailələrindən olan uşaqların təhsil almağa başladığı bir məktəb açmışdır. Məktəb humanitar elmləri dərindən öyrəndiyinə görə yaxşı reputasiya qazanmışdır. O zaman İtaliya Bizans imperiyası ilə kəskin rəqabət aparırdı.
Planud antologiyası
Planud antologiyası (lat. Anthologia Planudea; q.yun. Ἀνθολογία διαφόρων ἐπιγραμμάτων, «Müxtəlif epiqramların antologiyası») — Bizans teoloqu və qrammatiki Maksim Planud tərəfindən orta yunan dilində 2,400 epiqramdan ibarət toplu (antologiya). Antologiya bu gün "Yunan antologiyası" kimi tanınan mətnlər korpusunun bir hissəsidir. "Palatin antologiyası"nda tapılmayan 397 epiqram (həmçinin, 395 və çox vaxt 388 kimi qeyd olunur) adətən "Yunan antologiyası"na "Planud əlavəsi" kimi daxil edilir.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Əl-Vaacid
Əl-Vaacid (ər. ٱلْوَاجِدُ) — Allahın adlarından biri.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
Əl-Vacid
Əl-Vaacid (ər. ٱلْوَاجِدُ) — Allahın adlarından biri.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər. Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
Palıd
Palıd (lat. Quercus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır. Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Palçıq sopkası
Palçıq sopkası (rus. сопка грязевая, ing. mud bald mountain) — kiçik ölçülü palçıq vulkanı. Palşıq sopkası forması püskürülən palçığın qatılığından asılı olur. Sopka palçığının duru olduğu hallarda konus əmələ gəlməyə də bilər.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir. Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.