Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plyural mərkəz dil
Plyural mərkəz dil (həmçinin polimərkəz dili) — bir neçə müstəqil dövlətdə geniş yayılmış və hər biri öz norma və dil standartlarını müəyyənləşdirən təbii dil. Bu zaman dil variantları vahid dil çərçivəsində, ədəbi səviyyədə ümumi qaydalar işləyib hazırlamğa cəhd edirlər. Plyural mərkəs faktiki material əsasında de-fakto və nəzəri şəkildə de-yure olurlar. Alman dili. Almaniya, Avstriya və İsveçrə variantları vardır. İngilis dili. Öz variantlarına Böyük Britaniya və ABŞ malikdirlər; bununla belə bütün variantların yaxınlaşması hiss edilir. Kanda , bir qədər də Britaniya və Avstraliya variantları ABŞ varantına yaxınlaşırlar. İspan dili. Öz variantlarına İspaniya, Argentina, Meksika və digər ispandilli ölkələr malikdirlər.
Xloral
Xloral (CCl3CHO) — rəngsiz spesifik iyə malik olan mayedir. İlk dəfə alman alimi Yustos fon Libix tərəfindən 1832-ci ildə etanolun xlorlaşdırılması zaman alınmışdır. Xloral suda həll olmur.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Priural (Arxangel)
Priural (başq. Приуралье, rus. ГПриуралье) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Təyəkəs kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 7 km, kənd sovetliyindən (Təyəkəs): 3 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (47%), ruslar (37%) üstünlük təşkil edir.
Ageratina piurae
Ageratina piurae (lat. Ageratina piurae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Oktay Vural
Oktay Vural (9 fevral 1956, Diyarbəkir) — türk siyasətçi, hüquqşünas, bürokrat və elm insanı, millət vəkili, Türkiyə Respublikasının 2001–2002-ci illərdə nəqliyyat və infrastruktur naziri vəzifəsini icra edib. Oktay Vural 9 fevral 1956-cı ildə Diyarbəkirdə anadan olub. Orta təhsilini Diyarbakırda bitirib 1979-cu ildə İstanbul Universiteti hüquq fakültəsini bitirib. 1983-cü ildə Ege Universiteti iqtisadiyyat fakültəsinin İqtisadiyyat üzrə magistr dərəcəsini alıb. 1987-ci ildə Dokuz Eylül Universiteti Sosial Elmlər İnstitutundan iqtisad elmləri doktoru dərəcəsini alıb. 1988-ci ildə Dokuz Eylül Universiteti iqtisadiyyat və idarəetmə elmləri fakültəsinin dosenti olub. BOTAŞ boru kəmərləri və yanacaq nəqliyyatında A. Ş. idarə heyətinin müdiri olub. Prezident yanında Dövlət Nəzarət Agentliyinin idarə heyəti üzvü olub. Türkiyə Gübrə Sənaye A. Ş. İdarə Heyətinin və Baş Direktorluğunun, Demokratiyada Birliyin Üzvü, NATO Parlament Assambleyasının üzvü, XXI, XXIII, XXIV və XXV İzmir Millət vəkili, TBMM Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, İnformasiya və Texnologiya Komissiyası və Nəqliyyat Nazirliyi vəzifələrini icra edib. XXIII və XXIV dönəm Türkiyə Böyük Millət Məclisində MHP Qrup sədrinin müavini vəzifəsini rəhbərlik edib.
Piura Universiteti
Piura Universiteti (isp. Universidad de Lima) — Perunun Piura şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 7 aprel 1969-cu ildə qoyulmuşdur.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Rural Universiteti
Rural Universiteti (isp. Universidad Rural) — Qvatemalaın paytaxtı Qvatemala şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri. Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur. Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub. Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Tural Abbaszadə
Abbaszadə Tural İlqar oğlu (rus. Турал Ильгар оглы Аббасзаде; 26 oktyabr 1992, Bakı) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı. Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb. İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır.
Tural Abdullayev
Tural Abdullayev (baş çavuş) (26.02.1990) — baş çavuş, Vətən müharibəsi şəhidi. Tural Abdullayev (kiçik gizir) (09.02.1993) — gizir, Vətən müharibəsi şəhidi.
Tural Allahverdiyev
Tural Hikmət oğlu Allahverdiyev (29 iyul 2000, Nijni Novqorod) — Azərbaycanlı idmançı və milli atletdir Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur. Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
Tural Aslanov
Tural Axundov
Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır. 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir. 2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir. O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir.
Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi. Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür. Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s.
Tural Bayramlı
Tural Cuvarov
Tural Cəlilov
Tural Cəlilov (futbolçu)
Tural Dadaşov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Tural Dəmirçiyev
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.