plümaj
plüral
OBASTAN VİKİ
Dini plüralizm
Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri. Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır. == Dini plüralizm nədir? == Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyillilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyillilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meyilliliyin rəsmi tanınması mənasıdır.
Plüralist demokratiya
Plüralist demokratiya (nisbi demokratiya) əksəriyyətin mütləq suverenliyini rədd edən demokratiya anlayışıdır, azlığın siyasi və mədəni hüquqlarının qəbul edilməli olduğunu və azlığın da bir gün çoxluq ola bilməsi hüququnun verilməsini müdafiə edir. Demokratiyanın inkişafı prosesində çoxluğun dövlət idarəçiliyindəki qərarlarının mütləq olması və azlıqların hüquqlarını məhdudlaşdıra biləcəkləri narahatlığı plüralist demokratiyanı ortaya çıxarmışdır. Azlıqda olanların və ya müxalifətdə olanların qorunması və fikirlərini heç bir təzyiq olmadan, sərbəst şəkildə ifadə etməsi plüralist demokratiya üçün vacib olan şərtdir. Plüralist nəzəriyyədə, hakimiyyətin bölüşdürülməsi dövlətin tələsik və düşünmədən qərarlar qəbul edərək hərəkət etməsinə mane olur və eyni zamanda da əhəmiyyətli və böyük güc mərkəzlərinin razılığı olmadan hər hansı bir tədbir görülməsinin qarşısını alır. İcra hakimiyyətinin güclü və geniş partiya koalisiyası tərəfindən həyata keçirilməsi Qüvvələrin bölünməsi prinsipi Hakimiyyətin bölüşdürülməsi Çoxpartiyalı sistem Yarı nümayəndəlik sistemi Yazılı konstitusiya ilə hökumət səlahiyyətlərinin dəqiq məhdudlaşdırılması.
Plüralizm
Plüralizm — bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsi. Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.
Plüralizm (dəqiqləşdirmə)

Plüralizm (fəlsəfə)
Plüralizm - materialist monizmə zidd olaraq, kainatın və onun hadisələrinin əsasını bir çox müstəqil mənəvi əsaslar təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyanı.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.