Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pony (albom)
Pony — İngiltərə müğənnisi Rex Orange County-nin üçüncü studiya albomu. 25 oktyabr 2019-cu ildə RCA Records tərəfindən buraxılıb.
Ponyo (anime)
«Sıldırım qaya üzərindəki Ponyo» (崖の上のポニョ, Gake no Ue no Ponyo, ing. Ponyo on the Cliff by the Sea) — Studio Ghibli-də Hayao Miyazakinin ssenarisi və rejissorluğu ilə 2008-ci ildə çəkilmiş tammetrajlı anime-film. Bu, onun Ghibli-də səkkizinci, ümumilikdə isə onuncu filmidir. Hekayə iki beşyaşlı uşaq, Soske adında oğlan və Ponyo balığı haqdadır. Soske və anası sıldırım qayanın üstəndə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Ponyo çoxsaylı bacıları ilə okeanın dibində dəniz cadugarının evində yaşayır. Bir gün Ponyo insanlara baxmaq üçün evdən gedir və şüşə bankaya düşür. Bu halda onu sahildə Soske tapır. Ponyo Soskeya vurulur və insan olmaq arzusuna gəlir.
JONY
Cahid Əfrayıl oğlu Hüseynli (29 fevral 1996, Bakı) — Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı. == Həyatı == Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə bir Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçdülər. Cahidin təxəllüsü olan JONY adı anası sayəsində yaranmışdır."Johnny Bravo" cizgi filmini izləməyi çox sevən Cahidə anası Jony deyə səslənirdi. Paytaxtda Cahid orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başladı. Ancaq atası oğlunun musiqi karyerasına qarşı çıxdı, amma anası Cahidin tərəfində olsa da, o Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başladı. Təhsil aldığı müddətdə Cahid musiqini unutmadı və İnstaqramında populyar mahnıların müxtəlif versiyasılarını səsləndirdi. Bunun sayəsində Elman Zeynalov (El'man) Cahidə RAAVA Music-də işləməyi təklif etdi. Sonra öz mahnıları üzərində işləməyə başladı. 2020-ci ildə Elman Zeynalovla birlikdə xeyriyyə aksiyası keçiriblər, qazanclarının bir hissəsini pandemiyadan əziyyət çəkən aztəminatlı ailələr və pensiyaçılar üçün məhsullara yönəldiblər.
Pong
Pong – ilk videooyunlardan biri. Pong 2D (ikiölçülü) qrafikə sahib stolüstü tennis oyunudur.Computer space kimi videooyunlarından daha sonra çıxmasına baxmayaraq Pong papulyarlıq qazanan ilk videooyunlarından biridir.Məqsəd masa tennisi oyununda daha yüksək xal qazanaraq rəqibi məğlub etməkdir. Birinci nəsil oyun konsolları üçün nəzərdə tutulmuş oyun, Atari firması tərəfindən 1972-ci ildə orjinal olaraq satışa çıxarılıb.Allan Alcorn tərəfindən Atari-nin həmtəsisçisi Nolan Bushnell tərəfindən ona verilən bir məşq olaraq yaradılan ilk arcade videooyunlarından biri idi. Bushnell, oyunun konsepsiyasını ilk ev videooyun konsolu olan Magnavox Odyssey-ə daxil olan elektron bir stolüstü tennis oyununu əsas götürdü. Buna cavab olaraq, Magnavox daha sonra Atari'yi patent pozuntusuna görə məhkəməyə verdi. Bushnell və Atari-nin həmtəsisçisi Ted Dabney, Alcorn-un işinin keyfiyyətinə təəccübləndilər və oyunu istehsal etməyə qərar verdilər.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. Budiansky, Stephen. The Nature of Horses.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar) 2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Alliqator-Pond
Alliqator-Pond (ing. Alligator Pond) — Yamaykanın Kornuoll qraflığında yerləşən balıqçı kəndi. == Ümumi məlumat == Kənd Yamaykanın cənubunda yerləşən eyni adlı buxtada yerləşir. Təxmini olaraq dəniz sahili boyunca 2 km məsafədə uzanır. Alliqator-Pond kəndinin əhalisi əsasən balıqçılardan ibarətdir: kişilər balıq ovu, qadınlar isə onu satmaqla məşğul olur. Burada açlq səma altında kafe, barlar fəaliyyət göstərir. Burada ən məşhur restoran Little Ochie 1989-cu ildən fəaliyyət göstərir. 2006-cı il məlumatına görə restoranda eyni anda 400 nəfər sərbəst şəkildə yerləşə bili. Kəndin adı ondan bir qədər aralıda görünən təpələrlə bağlıdır. Beləki bu təpələr alliqatorların belini xatırlatdığından irəli gəlir.
Pont-Aven
Pont-Aven (fr. Pont-Aven) — Fransanın şəhər kommunası. Pont-Aven şəhəri Fransanın şimal-qərbində, Bretan regionun Finister departamentində yerləşir. Aven çayının Atlantik okeanına birləşməsi ilə, Kornual tarixi ərazisində yerləşir. Kommuna sahəsi — 28,63 km². Əhalisi təxminən 3000 nəfərdir (2007-ci ilin məlumatları).
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Pont (mifologiya)
Pont (yun. Πόντος - "dəniz") - qədim yunan mifologiyasında olimplərə qədərki (qapalı) dəniz tanrısı, Geya və Efirin oğlu. Hesiod teoqoniyasına görə Geya Pontu atasız, təkbaşına dünyaya gətirmişdir. Pont Geyadan olan Tevmant, Elektra, Forkiy, Kito, Evreviya, Nerey və Doridanın atasıdır. Bəzən yunanlar arasında onu daha hörmətlə andıqları dəniz titanı Okeanı ilə eyniləşdirirlər.
Pont acıçiçəyi
Pont dağları
Pont dağları və ya Pont Alpları (türk. Kuzey Anadolu Dağları) ― Türkiyədə, Anadolunun şimalında formalaşmış dağ silsiləsi. Dağlar yerli türk və pontik yunan dillərində Parhar dağları olaraq da tanınır. Parhar termini xet dilində "yüksək" və ya "zirvə" mənasını verir. Qədim yunan dilində dağlar Paryadres və ya Parihedri adlandırılırdı. Pont dağları Alp qırışıqlığı nəticəsində formalaşan Alp-Himalay qurşağının şimali Anadolu hissəsidir. Mezozoy dövründə Tetis okeanının dibi olan Anadolunun şimal və cəbunda akkumlyativ süxurlar toplanmışdır. Mezozoyun sonunda bu süxurlar yüksələrək su üzünə çıxmışdır. Oliqosenin sonunda Alp qırışıqlığı ən şiddətli halına gəlmiş, Anadolunun şimal və cənubundakı ərazilər şiddətlə qalxmağa başlamışdır. Qalxma əvvəlcə Qaradəniz dağlarında başlamış, sonra isə Tavr dağlarında davam etmişdir.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bugünkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.
Pont çarlığı
Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti. Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak.
Pont üsyanı
Pont üsyanı Türkiyə İstiqlaliyyət müharibəsi sırasında Şimali Anadoluda müstəqil Pontus Yunan Dövləti qurmaq məqsədilə başladılan qiyamdır (1920-1923). 1904-cü ildə qurulan Pontus Yunan Cəmiyyəti ilə Müqəddəs Anadolu Yunan Cəmiyyəti, Birinci Dünya Mühaibəsinin sonunda Batumidən İneboluya qədər uzanan Kastamonu, Çanqırı, Yozğad, Sivas, Tokat, Amasya, Çorum, Gümüşxanə, Ərzincanın bir qisim torpaqları üzərində Yunan dövləti qurmaq üçün fəaliyyətə başladılar. Pontusçular Birinci Dünya Mühaibəsi dövründə Şərqi Anadoluya girən və daha sonra geri çəkilən Rus ordularının buraxdığı silahlarla təchizatlanıb ingilislərdən və yunanlardan silah yardımı gördülər. Yunanıstandan gələn könüllülərində qatılmasından sonra Pontus dəstələrinin sayı 25.000-ə çatdı. Topal Osman və silah yoldaşlarının üsyançılarla toqquşmalarında 2500 tüfəng və 1.200.000 mərmi ələ keçirildi. Dəstənin 11.188 üzvü öldürüldü. 1923-cü ildə bölgədəki yunanlar Anadoludan çıxarılaraq, Pontus Dövləti qurmaq hazırlıqlarına davam etmələrinin qarşısı alındı. Beləliklə 1920-ci ilin dekabr ayında başlanan qiyamlar ,qəti qələbənin qazanılmasndan sonra 1923-cü ildə yatırıldı.
Sony Ericsson
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Sony Pictures
Sony Pictures Entertainment Inc. (qısaca Sony Pictures və yaSPE) film və televiziya proqramlarının istehsalını, ticarətini və distribütorluğunu edən Amerika mərkəzli əyləncə şirkətidir. Yaponiya texnologiyası və media şirkəti olan Sony-ə aid şirkətdi r. 2007-ci ildə dəyəri 8,58 milyard $ olaraq açıqlanmışdır.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Pont quşsüdü
Pont quşsüdü (lat. Ornithogalum ponticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdə]si düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır.
Sony Mobile
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sen-Pon
Sen-Pon (Alye)
10G-PON
10G-PON (həmçinin XG-PON və ya G.987 kimi tanınır) — 2010-cu ildə məlumat bağlantıları üçün buraxılmış kompüter şəbəkəsi standartı. Mövcud qaranlıq lif üzərində 10 Gbit/s-yə qədər paylaşılan internetə çıxış sürətini çatdırmaq qabiliyyətinə malikdir. Bu ITU-T-nin GPON və ya giqabit qabiliyyətli PON-dan sonrakı nəsil standartıdır. Fiber-optik FTTx kimi tanınan şəbəkədə bir çox abunəçi tərəfindən paylaşılır ki, telekommunikasiya avadanlığının əksəriyyətini mərkəzləşdirir, tez-tez binaları telefon mübadiləsi ilə birləşdirən mis telefon xətlərini əvəz edir. Passiv optik şəbəkə (PON) arxitekturası giriş şəbəkələrində, bəzən də "Fibre-to-the-desk" üçün böyük optik lokal şəbəkələrdə performans tələblərini ödəmək üçün sərfəli üsula çevrilmişdir. Passiv optik şəbəkələr hər bir mərkəzi ötürücünü bir çox abunəçiyə birləşdirən splitterlərlə "Fibre-to-the-home" və ya "Fibre-to-the-premises" son mil üçün istifadə olunur. 10 Gbit/s paylaşılan tutum eyni PON-a qoşulmuş bütün istifadəçilər üçün aşağı axın sürəti yayımıdır və 2.5 Gbit/s yuxarı axın sürəti verilənlər çərçivələrinin bir-birinə müdaxiləsinin qarşısını almaq üçün multipleksləşdirmə üsullarından istifadə edir. İstifadəçilərin optik siqnalları tikinti məftillərində istifadə olunan siqnallara çevirən şəbəkə cihazı var. Bunlara məsələn, Ethernet və simli analoq adi köhnə telefon xidməti aiddir. XGS-PON 10 Gbit/s-yə qədər yuxarı və aşağı axın (simmetrik) sürətləri təmin edə bilən əlaqəli texnologiyadır.
Pont-Aven məktəbi
Pont-Aven məktəbi (fr. École de Pont-Aven) — XIX əsrin ikinci yarısında Bretan regionun Pont-Aven şəhərində istifadə olunan rəssamların işinə istinad etmək üçün istifadə olunan kollektiv müddədir. Müddəti məktəbdən çıxmağından çox vaxt keçdi və 1850-ci illərdən bu yana Pont-Avendə olan bədii koloniyaya və 1880-ci illərin sonlarında və 1890-cı ilin əvvəllərində Pont-Avendə işləyən Pol Qoqen ətraf mühit rəssamlarına istinad edir. Rəssamlar 1850-ci illərdən etibarən Pont-Avenin ətrafında rəsm çəkməyə başladılar; Şəhər yay tətili üçün məşhur olmuşdur. 1880-ci illərdən bəri yalnız Fransızlar deyil, xarici sənətkarlar, xüsusilə də amerikalılar, İngilislər və Polşa, burada qalırdılar. Pont-Avendə sənət qalereyaları yaradılmış və rəsm düzəldilmişdir. Bələdiyyə səlahiyyətliləri, sənətçilərin axını təşviq etdi və xüsusilə 22 saat qədər içki satışına icazə verdi. Pol Qogen, 1886, 1888, 1889–1890 və 1894 Moris Deni Emil Bernar, 1888 və 1891–1893 Şarl Laval, 1888 Emil Şuffenekker Meyer de Xan Vladislav Slevinskiy Pol Serüzye, 1888, 1889–1890 Şarl Filije Arman Seqin Maksim Mofra Yan Verkade Moqens Ballin Anri More Qüstav Luazo Emil Jurdan Yens Ferdinand Villumsen Roderik O’Konor Küno Amye Ejen Kadel Cariou, André: Les Peintres de Pont-Aven, Éditions Ouest-France, Rennes 1994 ISBN 2-7373-1499-2 Jaworska, Wladyslawa: Gauguin et l'Ecole de Pont-Aven, Ides et Calendes, Neuchâtel 1971 (no ISBN); English edition: Gauguin and the Pont-Aven School, Thames and Hudson, London 1972 ISBN 0-500-23169-9; American edition: New York Graphic Society, Greenwich Connecticut 1972 ISBN 0-8212-0438-6 Bevan, Robert. Robert Bevan 1865–1925. A memoir by his son, Studio Vista, London 1965.