Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parsumaş
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Porsuq
Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. Avropa və Asiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.
Qorumaq öhdəliyi
Qorumaq öhdəliyi (ing. The responsibility to protect (RtoP or R2P) — soyqırım, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması ilə bağlı dörd əsas narahatlığı həll etmək üçün 2005-ci il Ümumdünya Sammitində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş qlobal siyasi öhdəlik. Doktrina son iki onillikdə yekdil və əsaslı beynəlxalq norma kimi qəbul edilir. Qorumaq öhdəliyi prinsipi suverenliyin bütün əhalini kütləvi vəhşilik cinayətlərindən və insan hüquqlarının pozulmasından qorumaq məsuliyyətini daşıdığı əsas müddəaya əsaslanır. Prinsip beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də suverenlik, sülh və təhlükəsizlik, insan hüquqları və silahlı münaqişə ilə bağlı hüququn əsas prinsiplərinə hörmətə əsaslanır. R2P-nin üç sütunu var: Sütun I: Dövlətin müdafiə öhdəlikləri – "Hər bir dövlət öz əhalisini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumağa borcludur" Sütun II: Beynəlxalq yardım və potensialın gücləndirilməsi – Dövlətlər bir-birinə müdafiə öhdəliklərində köməklik göstərəcəklərini öhdələrinə götürürlər. Sütun III: Vaxtında və qətiyyətli kollektiv reaksiya - Əgər hər hansı bir dövlət öz müdafiə öhdəliklərində "açıq-aşkar uğursuzluğa düçar olarsa", o zaman dövlətlər əhalini qorumaq üçün kollektiv tədbirlər görməlidir. Dövlətlər arasında Qorumaq öhdəliyi ilə bağlı razılaşma olsa da, üçüncü sütunun praktikada tətbiqi ilə bağlı davamlı mübahisələr var. Qorumqa öhdəliyi vəhşi cinayətlərin qarşısını almaq və mülki şəxsləri onların baş verməsindən qorumaq üçün artıq mövcud olan tədbirlərin (məs, vasitəçilik, erkən xəbərdarlıq mexanizmləri, iqtisadi sanksiyalar və VII fəsil səlahiyyətləri) tətbiqi üçün çərçivə təmin edir. Qorumaq öhdəliyi çərçivəsində gücdən istifadə etmək səlahiyyəti yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına aiddir və son həll yolu hesab olunur.
Porsuq bəy
Porsuq bəy (?-?)— Səlcuqlular dövlətinə xidmət etmiş türk sərkərdəsi. Anadolu fatehlərindən Məlik Mənsur mərkəzdən boyun qaçırınca Sultan Məlikşah tərəfindən üzərinə Porsuq bəy göndərildi. Porsuq bəy Məlik Mənsuru öldürüb onun hakimiyətindəki Kütahya məntəqəsinə yerləşdi (1090).
Porsuq çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
Böyük və Kiçik Porsuq
Böyük Porsuq (qaz. Үлкен Борсық (Ülken Borsıq)) və Kiçik Porsuq (qaz. Кіші Борсық (Kişi Borsıq)) — Mərkəzi Asiyada, Aral dənizindən şimalda, böyük qismi Qazaxıstanın Aqtöbe vilayəti ərazisində yerləşən səhra. Şimaldan cənubda iki uzun zolaq şəkildə uzanır. Birinin uzunluğu 200 km (Böyük Porsuq), digərinin isə 100 km (Kiçik Porsuq) təşkil edir. Səhranın böyük qismi qumlardan ibarətdir. Ancaq Böyük Porsuq səhrasının şimalı allyuvial çöküntülərlə zəngindir. Səhrada güclü küləklərin təsiri ilə barxanlar yaranır. Burada kserofit kollardan ayrıqotu, yovşan kimi bitkilərə rast gəlinir. Üstəlik burada cuzqun, qum akasiyası, gəvən, çingil, tozağacı, iydə və əsməqovaq kimi bitkilər bitir.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.