Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Princess Mononoke
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır. Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır. Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
Princess mühafizə proqramı
Şahzadə mühafizə proqramı — 2009-cu ildə çəkilən orijinal Disney Channel filmidir. Baş rollarda — Demi Lovato və Selena Qomezdir.
The Rise and Fall of a Midwest Princess
The Rise and Fall of a Midwest Princess — ABŞ müğənnisi Çapel Ronun(en) debüt studiya albomu. 22 sentyabr 2023-cü ildə Island Records tərəfindən buraxılıb.
Accipiter princeps
Accipiter princeps (lat. Accipiter princeps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Artemisia princeps
Artemisia princeps (lat. Artemisia princeps) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cucumis princeps
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Leucopternis princeps
Morphnarchus princeps (lat. Morphnarchus princeps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin morphnarchus cinsinə aid heyvan növü.
Morphnarchus princeps
Morphnarchus princeps (lat. Morphnarchus princeps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin morphnarchus cinsinə aid heyvan növü.
Lobelia princeps
Lobelia cardinalis (lat. Lobelia cardinalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna cardinalis (L.) Kuntze Lobelia coccinea (Moench) Stokes Rapuntium cardinale (L.) Mill.
Artemisia princeps var. orientalis
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Cyperus esculentus f. princeps
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cyperus aureus subsp.
Prinseps
Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır. Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı. Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.
Prinsessa Çelsi
Prinsessa Çelsi (ing. Princess Chelsea, əls adı – ing. Chelsea Nikkel; d. 4 sentyabr, 1992) — Yeni Zellandiyanın Oklend şəhərindən olan sinti-pop ifaçısı, bəstəkar müğənnidir. Əvvəllər The Brunettes və Teenwolf kimi tvi-pop qruplarının üzvü olmuşdur. Lil' Chief Records şirkətinin leyblı ilə birlikdə çalışır. Həmçinin The Cosbys və Disciples of Macca qruplarının üzvüdür. Hal-hazırda Oklenddə bəstəkar kimi fəaliyyət göstərir. Müğənninin klasssik musiqi təhsilinə malik olması, onun əsrarəngiz musiqini stilinin sirri hesab edilir. Ən məşhur mahnılarından biri "The Cigarette Duet" hesab edilir.
Senecio princei
Senecio princei (lat. Senecio princei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Prince of Persia
Prince of Persia (azərb. Fars şahzadəsi‎) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır. "Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Şahzadə (Prince of Persia)
Şahzadə (ing. Prince) – Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Personaj ilk dəfə Cordan Mexner tərəfindən yaradılmışdır. Oyunlarda onun adı bir dəfə də olsun çəkilmir. Filmdə isə onun adı "Dastan" kimi səslənir. İlk üç seriyada orijinal personaj olur. Lakin 2003-cü ildən etibarən personajın xarakteri və görünüşü dəyişir.
Prince of Persia: Epilogue
Prince of Persia: The Sands of Time - "Ubisoft" videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun "Yüklənə bilən məzmun" davamıdır.
Prince of Persia 3D
Prince of Persia 3D və ya Prince of Persia 3D Arabian Nights (azərb. Fars Şahzadəsi 3D: Ərəb gecələri‎) - "The Learning Company" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur. Əvvəlki seriya oyunlarından fərqli olaraq videooyunun görünüşü 3D qrafikasındadır. Fars Sultanı xarici ölkələrə döyüşmək üçün ölkəni tərk edir. Bu zaman qəddar vəzir Cəfər zamanı dəyişərək, Şahzadəni tutur və qəhrəmanı zindana həbs etdirir. Lakin xoşbəxtlikdən zindanda dəlik bir yer var idi. Qəhrəman bundan istifadə edərək, müxtəlif kolidorlardan keçir. Keçdikdən sonra məsləhətçi ilə rastlaşır. Məsləhətçi qəhrəmana deyir ki, ona mütləq xəncər lazımdır. Bunun üçün qəhrəman yeraltı çaydan akrobat hərəkətləri ilə keçməyə başlayır.
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı — Sakit okeanda, Filippin adalarında yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı 8,2 km-lik uzunluğu ilə mağaranın içlərinə doğru uzan və qayıqların gedə bildiyi yeraltı çay olan Puerto-Prinsesa çayı ilə məşhurdur. Çayın diqqətə çarpan xüsusiyyəti Cənubi Çin dənizinə birbaşa axmazdan əvvəl mağaradan keçməsidir. Mağarada bir çox möhtəşəm quruluş var. Çayın alt hissəsi isə briz təsiri altındadır. Bu yeraltı çay dünyanın ən uzun yeraltı çayı olması ilə məşhurdur. Bu milli park biomüxtəlifliyin qorunması üçün əhəmiyyətli bir bölgədir. Ərazinin tam bir hissəsi dağ-çay ekosisteminə daxildir və Asiyadakı ən əhəmiyyətli meşələrdən bəzilərinə malikdir. 2012-ci ildə aparılan səsvermədən sonra milli parkdakı Puerto-Prinsesa yeraltı çayı Dünyanın Yeni Yeddi Təbii Möcüzəsindən biri seçilmişdir.
Prince of Persia: Harem Adventures
Prince of Persia: Harem Adventures - "Gameloft" mobil oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: Harem Adventures" mobil oyunu "Gameloft" şirkətinin ilk oyunudur.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Prince of Persia personajlarının siyahısı
Prince of Persia personajlarının siyahısı - Prince of Persia videooyunundakı personajları ehtiva edir. Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır.
Prince of Persia (videooyun, 1989)
Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir. Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir.
Prince of Persia (videooyun, 2008)
Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2008-cü ildə yaradılan macəra oyunudur. Oyunun platformalar üçün müxtəlif adları vardır. Videooyun hazırlanmamışdan əvvəl "Prince of Persia 4" və "Prince of Persia (Next-Gen)" adları ilə tanınırdı. Həmçinin, rəsmi olmayan "Prince of Persia: Ghost of the Past" (ing. Fars Şahzadəsi: Keçmişin kabusu) və "Prince of Persia: Prodigy" (ing. Fars Şahzadəsi: Möcüzə) adları ilə saytlarda nəşr edilmişdir. Bundan başqa 2008-ci ildə "Game Informer" saytı "Prince of Persia: Heir Apparent" (ing. Fars Şahzadəsi: Birbaşa varis) adı altında məqalə nəşr etdirmişdir. Bir müddətdən sonra "Ubisoft" firması "Heir Apparent" adının videooyuna deyil, məqaləyə aid olduğunu bildirmişdi. Səhrada qasırğa nəticəsində eşşəyi Farunu itirmiş Şahzadə yolunu itirir və gözəl bağın üzərində yerləşən ağac hündürlüyündə olan məbədi görür.