Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir. 1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib.
Qarabaş dağı
Qarabaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km çənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Qarabaş qağayı
Qarabaş rinxokalamus
Qara rinxokalamus (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins. Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır. Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır. Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Cişabad (Zəncan)
Cişabad — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Şırdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Şırdan qəsəbəsindən 38 km şimal-qərbdədir.
Qitanas Nauseda
Qitanas Nauseda (lit. Gitanas Nausėda; 19 may 1964, Klaypeda) — Litva siyasətçisi, iqtisadçısı və bankiri. O, 2019-cu ildən Litvanın 9-cu prezidentidir. Nauseda 12 may 2024-cü ildə keçirilən Litva prezident seçkilərində 1-ci tur üçün lazım olan 50% səsi toplaya bilməmiş, nəticədə seçkilər 2-ci tura qalmışdır. O, 26 mayda keçirilən ikinci turda ümumi səslərin 75.58%-ini alaraq yenidən növbəti 5 il üçün Litva prezidenti seçilmişdir. Bir ay vəzifədə qaldığı müddətdə Litva Milli Radio və Televiziyasının(en) keçirdiyi sorğulara görə, o, Litvanın ən etibarlı siyasətçisi hesab edilirdi.
Nişbaş çayı
Nişbaş (özb. Nishboshsoy, Нишбошсой) — Özbəkistanın Daşkənd vilayətində dağ çayı. Çay Ahanqaran rayonu ərazisinə daxildir və Ahanqaran çayının sol qoludur. Çay yuxarı axarlarında Qaşqaçay adlanır (özb. Qashqasoy/Қашқасой), orta axarlarında isə — Layak adlanır (özb. Loyaksoy). Çayın uzunluğu 30 km, su toplayıcı hövzənin sahəsi isə — 180 km²-dir. Çay əsasən qar və yağış suları ilə qidalanır. Çayın orta illik su sərfi 2,55 m³/s-dir. Mart ayından iyuna kimi su həcmi 3,52 m³/s-dən 8,66 m³/s-dək artır.
İsayas Afeverki
İsayas Afeverki (ərəb. أسياس أفورقي‎; ing. Isaias Afwerki; tiqr. ኢሳይያስ ኣፈወርቂ; 2 fevral 1946, Əsməra) — 1993-cü ildə Eritreya İstiqlal Müharibəsindən etibarən Eritreya Prezidenti olan eritreyalı diktator. İsayas Eritreyanın yeganə qanuni siyasi partiyası olan Demokratiya və Ədalət uğrunda Xalq Cəbhəsinin sədridir. O, totalitarizm ittihamları ilə üzləşib və Birləşmiş Millətlər Təşkilatı və Amnesty İnternational tərəfindən insan haqları pozuntularında günahlandırılır. 2021-ci ildə "Sərhədsiz reportyorlar" İsayas hökuməti rəhbərliyində Eritreyanı Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında ən son sıraya qoydu. İsayas Afeverki Eritreyanın Əsməra şəhərinin Aba-Şiaul rayonunda anadan olub. İsayas Şahzadə Makonnen Liseyində oxudu. 1960-cı illərin əvvəllərində milliyətçi Eritreya tələbə hərəkatına qatıldı.
Qisas Gecəsi
Xocalı soyqırımının ildönümü ərəfəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" kitabının təqdimatı olmuşdur. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bir daha diqqətə çatdırmışdır. F. Quliyeva Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Cəhənnəmdən gələn səs" əsəri ilə oxucuların rəğbətini qazanmış yazıçı Elxan Elatlını iştirakçılara təqdim etmişdir. Bildirilmişdir ki, bu gün təqdimatına yığışdığımız "Qisas gecəsi" kitabı E. Elatlının sayca 13-cü əsəridir. Müəllif bu əsərdə Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur.
İslamda qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Qisas (dəqiqləşdirmə)
Qisas
Qisas al
Qisas al (ing. Do Revenge) — 2022-ci ildə ekranlara çıxan yeniyetmələr üçün nəzərdə tutulmuş amerikan qara komediya filmi. Filmin rejissoru Cennifer Kaytin Robinson, eyni zamanda senarini Selest Ballard ilə birlikdə yazmışdır. Film qismən Alfred Hiçkokun "Qatardakı qəriblər" (1951) filmindən və Patrisiya Haysmitin eyniadlı kitabına əsaslanır. Premyerası 16 sentyabr 2022-ci ildə Netflix-də baş tutub və tənqidçilər tərəfindən müsbət qarşılanıb. Filmin rejissoru 1990-cı illərin məşhur orta məktəb filmlərindən, özəlliklə "Heathers" və "Yaramaz qızlar" kimi klassiklərdən ilhamlanıb. Yay düşərgəsində tanış olan və onlara qarşı pis rəftar edənlərdən qisas almaq üçün dostlaşan Drea və Eleanor adlı qızlardan bəhs edir. Camila Mendes — Drea Maya Houk — Eleanor Austin Abrams — Max Rish Shah — Russ Talia Ryder — Gabbi Ava Capri — Carissa Jonathan Daviss — Elliot Maia Reficco — Montana Paris Berelc — Meghan Alisha Boe — Tara Sophie Turner — Erica Sarah Michelle Gellar — the Headmaster Qisas al Netflix-də Qisas al — Internet Movie Database saytında.
Qisas (film, 1991)
Kino əsəri tamaşaçılara, xüsusilə gənc nəslə humanist hisslər aşılayır, insanların bir-birinə kömək əli uzatmalarının, yardım etmələrinin vacibliyindən danışır. Filmdəki hadisələri tamaşaçılar ucqar dağ kəndinin qoca ağsaqqalının gözü ilə görür. Xalıq kişinin (Ələddin Abbasov) özü və onun nisbətən cavan nəsildən olan yerliləri ilə tanış olurlar. Hadisələrin inkişafı prosesindən aydın olur ki, cəmiyyətin içində yaşamaq hələ bu cəmiyyətin üzvü olmaq demək deyil, bunu son öz əməlinlə, öz hərəkətlərinlə sübut etməlisən. Film Yusif Əlizadənin quruluşçu rejissor kimi kinoda ilk işidir. Film şair və dramaturq Bəxtiyar Vahabzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Quruluşçu rejissor: Yusif Əlizadə Ssenari müəllifi: Bəxtiyar Vahabzadə Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: İdris Zeynalov Səs operatoru: Teymur Abdullayev Ələddin Abbasov — Xalıq Tofiq Bayramov — Musaxan Əliqulu Səmədov — Əjdər Sofa Bəsirzadə — Tükəz qarı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Qisas (film, 2019)
Badla (Azərbaycanca tərcüməsi: Qisas) 2019-cu ildə Amitabh Baççan, Taapsee Pannu, Toni Luka və Amrita Sinqhin rol aldığı, rejissoru Sujoy Ghosh olmuş hindi dilli sirr-triller filmidir. Film Red Chillies Entertainment və Azure Entertainment tərəfindən istehsal olunmuş və 2016-cı ildə çəkilmiş "Görünməz qonaq" adlı ispan filminin remeykidir. Filmin hekayəsi bir vəkil və bir iş qadını arasındakı müsahibədən sonra, sonuncunun sevgilisinin qətlinə görə haqsız yerə ittiham olunduğu mövzusunda israr etməsi ətrafında cərəyan edir. Badla 8 Mart 2019-cu ildə buraxılmışdır. Kommersiya müvəffəqiyyəti kimi meydana çıxan film ₹370 milyon krorluq (4,6 milyon ABŞ dolları) istehsal büdcəsinə qarşı dünya üzrə ₹1,38 milyarddan (17 milyon ABŞ dolları) çox gəlir əldə etmişdir. 65-ci Filmfare Mükafatlarında Badla Ən Yaxşı Köməkçi Aktrisa (Singh) daxil olmaqla 4 nominasiya qazanmışdır.
Qisas (teleserial, 2014)
Qisas — Tahir Kazımovun eyni adlı romanı əsasında, rejissor Asif Abramovun çoxseriyalı teleserial. Bu serial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında' Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 2013-cü tarixi Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir.
Qisas əməliyyatı (2022)
Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat. 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb. Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb.
Qisas (film, 1994)
Qisas (hind dilində: अंजाम, Rom: Anjaam) — rejissor Rahul Ravail tərəfindən çəkilmiş və 22 aprel 1994-cü ildə ekranlara çıxmış olan Hindistan dram-triller filmidir. Əsas rolları Madhuri Dikşit və Şahrux Xan ifa etmişdirlər. Filmin musiqisi duet bəstəkarlar olan Anand-Milind tərəfindən bəstələnmiş, sözləri isə Sameer tərəfindən yazılmışdır. Film insanın bütün həyatını məhv edə biləcək ən kiçik bir səhvin nəticələrindən bəhs edir. Filmdə həmçinin Hindistan cəmiyyətində qadınlara münasibətə də diqqət yetirilir. Dikşit və Xanın birlikdə rol aldıqları ilk film olan bu film performansına görə də böyük təriflər almışdır. Dikşit, bu filmə görə Ən Yaxşı Qadın Aktyor nominasiyasında Filmfare Mükafatına namizəd olarkən eyni mükafatı oynadığı başqa bir film olan, "Mən sənin üçün kiməm?" filmi ilə əldə etmişdir. Xan bu filmdə mənfi qəhrəman rolunu oynamış və bu mənfi roluna görə Ən Yaxşı Mənfi Qəhrəman nominasiyası üzrə Filmfare mükafatını qazanmışdır.
Qisas mələyi (film, 1995)
Qisas mələyi (ing. The Avenging Angel) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rejissoru Kreyq R. Bekslidir. Film 1996-cı ildə "The Spur Award" mükafatını qazanmışdır. Mormonlar din davamçılarına qarşı birlik təşkil olunur. İnsanlar yeni həyata başlamaq istəyirlər. Bu səbəbdən onların başçılarını öldürməyə hazırlaşırlar. Lakin bir nəfər onun tərəfini saxlayır. Həmin insanın adı "Qisas mələyi" ləqəbli Maylz olur. "Qisas mələyi" ləqəbli insanlar Mormonların muzdlu qatillərinə deyilirdi.
Qisas yanğısı (film, 1988)
Qisas yanğısı (hind: खून भरी माँग, Rom: Khoon Bhari Maang, Az: Qanla boyanmış ayrılıq) — yeni ərinin əlində az qala ölən, daha sonra isə ondan qisas almaq qərarına gələn zəngin bir hind dul qadını haqqında olan 1988-ci il istehsalı olan Hindistan melodramıdır. Film Rozalind Leykerin romanı əsasında çəkilmiş Avstraliya mini-serialı olan Eden Revisited (1983) mini-serialının hind dilində çəkilmiş olan adaptasiyasıdır. 1990-cı ildə filmin Tamil dilində Thendral Sudum və 2014-cü ildə Marathi dilində Bharla Malwat Rakhtaana adlı remeyki buraxılmışdır. 1987-ci ildə oxşar süjetlə Teluqu filmi olan Qothami də çəkilmişdir.
Qisas və qanun (film, 1975)
Qisas və qanun (digər adı: Qığılcım) (hind. शोले ; ing. Sholay) — rejissor Rameş Sippinin 1975-ci ildə çəkdiyi film. Bir gün inspektor Thakur Sinqx (Sanciv Kumar) qatarla Viru (Dharmendra) və Cay (Amitabh Baççan) adlı 2 cinayətkarı apararkən Qabbar Sinqxin (Amcad Xan) quldur dəstəsi qatara hücum edir. Bu zaman Viru və Cay Thakura quldurları öldürməkdə kömək edirlər. Quldurların hamısı öldürülür. Lakin, quldurların atdığı güllələrdən biri Thakura dəyir və o yaralanır. Bu zaman Viru və Cay qaçmaq istəyirlər. Cay Viruya təklif edir ki, püşk atsınlar. Və onlar Thakkkuru xəstəxanaya aparırlar.
C.İ. Co: Qisas (film, 2013)
C.İ. Co: Qisas (ing. G.I. Joe: Retaliation) — Jon M. Çu tərəfindən 2013-cü ildə çəkilmiş döyüş filmidir. 2009-cu ildə çəkilmiş olan G.I. Joe: The Rise of Cobra filminin davamıdır. Film Şimali Amerikada 29 mart 2013-cü ildə buraxılmışdır. Filmin süjet xəttinin müəllifləri Zombilənd filminin süjet xəttinin yazılmasında da iştirak etmiş olan Rhett Reese və Paul Wernick olmuşdur. Filmdə ilk filmdəki aktyor heyətindən Çenninq Tatum, Arnold Vosloo, Rey Park, Conatan Prays və Li Byunq-hun, əlavə olaraq isə yeni rollarda Dueyn Conson və Brüs Uillis kimi məşhur simalar iştirak etmişdir. == Süjet xətti == Film Coların (Joe) düşməni olan Kobra komandasının hökuməti ələ keçirməsi və özlərini xüsusi təyinatlılar kimi təqdim etmələri ilə başlayır və elə bundan sonra, bir-birləri ilə əməkdaşlıq edən qəhrəmanlarımızın qollarını çırmalayıb oyuna müdaxiləsi ilə filmin əsas süjet xətti başlayır.