Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda İKT-nin İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. == Həyatı == Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. == Fəaliyyəti == O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər İttifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Qəhrəman Qəhrəmanzadə
Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
İlkin Qəhrəmanzadə
Qəhrəmanın qayıdışı (film, 2013)
Qəhrəmanın qayıdışı (ing. The Last Stand) — 2013-cü ildə Cənubi Koreya kinorejissoru Kim Jee-woon tərəfindən ABŞ-də rejissorluq debütündə çəkilmiş Amerika döyüş triller filmidir. Arnold Schwarzenegger, Conni Noksvil, Forest Whitaker, Jaimie Alexander, Peter Stormare, Eduardo Noriega, Genezis Rodriges və Rodrigo Santoronun rol aldığı filmin ssenarisini Andrew Knauer yazıb. Bu, Arnold Şvartseneggerin 2003-cü ildə "Terminator 3: Maşınların yüksəlişi" filmindən sonrakı ilk baş rolu idi. Film kiçik bir şəhərin sərt və çətin şerifinin və onun köməkçilərinin təhlükəli narkobaronun dəyişdirilmiş idman avtomobili ilə Meksikaya qaçmasının qarşısını almağa çalışmasından danışır. Çəkilişlər 2011-ci ilin sonunda Belen, Nyu-Meksiko və Nevada ştatlarında aparılıb. Filmin premyerası 14 yanvar 2013-cü ildə Qraumanın Çin Teatrında baş tutmuş və Lionsgate tərəfindən 18 yanvar 2013-cü ildə nümayiş olunmuş və tənqidçilər tərəfindən qarışıq tənqidi bəyənmələr əldə etmiş və 45 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 48,3 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdir.