Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarayev
Qarayev — soyad. Göyüş Qarayev — Gülməmməd Qarayev — Qalib Qarayev — Sabir Qarayev — riyaziyyat-fizika müəllimi, hakim və II dərəcəli hüquqşünas.
Abdulla Qarayev
Abdulla İsmayıl oğlu Qarayev (14 yanvar 1910, Bakı – 8 dekabr 1968, Bakı) — BDU-nun rektoru (1944-1950), tibb elmləri doktoru (1940), professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1943), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1949). == Həyatı == Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin Pedaqoji Texnikumunu bitirib. Birinci ali təhsilini Bakı Dövlət Universitetində alan Qarayev 1930-cu ildə universitetin Pedaqoji fakültəsinin Təbiət bölməsini bitirib. Daha sonra 1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. == Əmək fəaliyyəti == Abdulla Qarayev əmək fəaliyyətinə 1927-ci ildə başlayıb. O, 1930-cu ildə Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra istedadlı tələbə kimi universitetin İnsan və heyvan fiziologiyası kafedrasında işlə təmin edilib. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında ikinci professor, Bakı Dövlət Universitetində isə İnsan və heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrinə seçilib (1940-1942) və fiziologiya sahəsində ilk milli professor olub. Alim 1942-1944-cü illərdə Bakı Dövlət Univer­si­tetinin elmi hissə üzrə prorektoru, 1944-cü ilin sentyabrından 1950-ci ilin oktyabrına qədər isə rektoru vəzifələrini icra edib.1941-1942-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı olan Abdulla Qarayevə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahələri, o cümlədən insan və heyvan fiziologiyası üzrə dissertasiyaları müdafiəyə qəbul etmək hüququ verilib.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Qarayev
Anar Qarayev (16 iyun 1998, Almalı, Qax rayonu – 4 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və təhsili == Anar Qarayev 1998-ci il iyun ayının 16-si Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Anar 2016-cı ildə UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib. O, unversitetdə oxuduğu müddətdə heç bir müəllim yanına getmədən ərəb, alman, ingilis və rus dillərini təmiz öyrənib. == Hərbi xidməti == Anar 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirib.Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.Döyüşçü yoldaşı, Turan Quşiyevin Anar Qarayev haqqında xatirələri: Anar Qarayev 4 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub. Qaxın Almalı kəndində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Cahangir Qarayev
Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq. == Həyat və yaradıcılığı == Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir.Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır. Cahangir Qarayev öz proqramlarına geniş diapazona malik əsərlərini daxil edərək fəal konsert fəaliyyəti göstərmişdir. 1973-cü ildə Almatıda keçirilən "Asiya və Afrika ölkələrinin musiqi tribunası", 1975-ci ildə Tbilisidə keçirilən "Zaqafqaziya baharı" festivallarında iştirak etmişdir.
Cavid Qarayev
Cavid Əmirxan oğlu Qarayev (5 sentyabr 1984, Kərimbəyli, Füzuli rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Qarayev 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Cavid Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Qarayev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR – 3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Eldar Qarayev
Eldar Abdulla oğlu Qarayev (21 noyabr 1964, Bakı) — əczaçılıq üzrə elmlər doktoru, profesor, Ümumi və toksikoloji kimya kafedrası müdiri. == Həyat və fəaliyyəti == Eldar Abdulla oğlu Qarayev 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Tibb İnstitunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaılıq elmləri namizədi elmi adına layiq görülmüşdür. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında əvvəl baş laborant, assistent, sonra ümumi və toksikoloji kimya kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsində çalışır. 180-dan artıq elmi işin, o cümlədən 8 patentin (ixtira), 2 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir. Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi və konfrans sədri qismində iştirak etşmişdir.Bəzi elmi işləri xarici ölkələrdə (ABŞ, Türkiyə, Yunanıstan, Rusiya, Özbəkistan, Belarus, Çin, Gürcüstan və s.) impakt faktorlu jurnallarda çap olunmuşdur. “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının və “Toksikologiya” Elmi-Praktik jurnalının redaksiya heyətinin üzvüdür.
Elnar Qarayev
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elnar Qarayev 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur. == Əsas rolları == === Bakı Bələdiyyə Teatrı === Dönüş (Cəfər Cabbarlı) — Bayram Oğul (A. Babayev) — killer Məlikməmməd nağılı — Qara div Ölülər (Cəlil Məmmədquluzadə) — kəndli Domoklun qılıncı (Nazim Hikmət) — həkim Xəyanətin müsibəti (İ. Kərimov) — qapıçı Dəli Domrul (Altay Məmmədov) — sərkərdə Türk sancağı (A. Qurbani) — Xanəli === Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı === Dirilən adam (Mir Cəlal) — kəndli, məhbus Ölüləri qəbristanlıqda basdırın (İsmayıl Şıxlı) — aşıq Mesenat (Əli Əmirli) — tələbə Tıq-tıq xanım (Abdulla Şaiq) — sehrbaz pişik İkinci səs (Bəxtiyar Vahabzadə) — katib Bizim qışın sərgüzəşti (X. Həsənova) — Sakit İmzanın hökmü (T. Kazımov) — Cəlil Gəl Novruzum (S. Cavadlı) — 1-ci ozan Kvazimodo (Viktor Hüqo) — Culian Qoşer (dövlət naziri) Varlı qadın (Əli Əmirli) — mühafizəçi Dəlilər və ağıllılar (İlyas Əfəndiyev) — jurnalist Bu dünyanın adamları (Hidayət) — xidmətçi Hamlet (Uilyam Şekspir) — Marsel Qatil (Elçin) — süpürgəçi Boy çiçəyi (İlyas Əfəndiyev) — Bədəl Mənim günahım (İlyas Əfəndiyev) — Xansu Keçmişdən zəng (Anatoli Krım) — Kişi Yaşar (Cəfər Cabbarlı) — Yaşar == Mükafatları == 2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) — rol: ərəb mühafizəçisi Biz qayıdacağıq (film, 2007) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: əməliyyatçı Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ünvansız eşq (2011) Xoca (film, 2012) Üç görüş Muradına çatan Günəş Dərvişin qeydləri (film, 2013) Fədakar (film, 2015) Günəşim ol (teleserial, 2016) — rol: Fərhad Ölülər. 21-ci əsr.
Elnur Qarayev
Elnur Qalib oğlu Qarayev (13 noyabr 1996, Əli-Bayramlı – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvanda anadan olmuşdur. Orta təhsilini S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Evli olub, övladlı idi. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il noyabrın 13-də qəhrəmancasına şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Elyaz Qarayev
Elyaz Vəli oğlu Qarayev (20 oktyabr 1998, Dəymədağlı, Bərdə, Azərbaycan — 28 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyaz Qarayev 20 oktyabr 1998-ci ildə Bərdə rayon Dəymədağlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar… Atası Elyaz 13 yaşında olarkən vəfat etmişdir. 2005–2016 illərdə orta məktəbdə oxuyub. 2016–2018-ci illlərdə hərbi xidmətini çəkmisdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elçin Qarayev
Elçin Qarayev (hərbçi)
Elşən Qarayev
Elşən Qarayev - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı. == Həyatı == Elşən Qarayev 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib. == Döyüş yolu == 3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib.
Faiq Qarayev
Faiq Əli oğlu Qarayev (d. 11 yanvar 1959, Ağstafa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan voleybol oyunçusu və məşqçisi. == Həyatı == === Erkən illəri === Voleybolla Bakı şəhəri 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkov olub. === Məşqçi fəaliyyəti === 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş "Neftçi") SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib.1991-ci ildə Türkiyədə olsa da, vətən üçün darıxan Qarayev 1992-ci ildə Bakıya qayıtdı. 1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Onun məşqçiliyi altında Azərreyl QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb. 2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub.
Fərəc Qarayev
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Bəstəkar Qara Qarayevin oğludur. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.1994-1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.
Göyüş Qarayev
Göyüş Adil oğlu Qarayev — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilən döyüşçü. == Həyatı == Göyüş Qarayev 15 dekabr 1970-ci ildə anadan olub. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub. Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoyub. 1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlayıb. 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi. Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilib. Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilib, yaşadığı binaya isə onun barelyefi vurulub.
Gülməmməd Qarayev
Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın – 27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi. == Həyatı == Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. === Təhsili === 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. == Həbsi və vəfatı == Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.
Mahir Qarayev
Mahir Niyazi oğlu Qarayev (17 iyul 1958, Göyçay) — Azərbaycan şairi, publisisti, tərcüməçisi. O, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[mənbə göstərin] == Həyatı == 17 iyul 1958-ci ildə doğulub. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini; 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini; 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1976–1978-ci illərdə hərbi xidmətdə olub. 1979–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, "Türkologiya" elmi-kütləvi dərgisində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" və "Tarix" qəzetlərində; Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində; həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb. 1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 1996–1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1999–2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir.
Musa Qarayev
Musa Qarayev (başq. Муса Ғaйса улы Гәрәев; 9 iyun 1922, İləkşide[d], Ufa quberniyası – 17 sentyabr 1987, Ufa) — Sovet hərbi pilotu, polkovnik, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsinin iştirakçısı. == Bioqrafiyası == Musa Qarayev 9 iyul 1922-ci ildə Başqırdıstan MSSR-nın Belebeev qəzasının İləkşide kəndində (indiki Başqırdıstanın İleş rayonu) kəndli ailəsində anadan olmuşdur. Milliyyətçə başqırddır. Atası Qays Əhmədmedeyev İləkşide kəndindən, anası Gülnafisin İmyanlikulevo kəndindəndir. 1929-cu ildə Qarayevlər ailəsi Taşçeşma kəndinə köçür. 1937-ci ildə Bişkuray kəndindəki məktəbdə təhsil alır. 1940-cı ildə Xalq Dəmir Yolları Komissarlığının Ufa Dəmiryol Texnikumunu bitirir. Elə həmin il texniki məktəbdə təhsilini yarımçıq qoymadan Ufa aeroklubundan məzun olur. 15 dekabr 1940-cı ildə Başqırd MSSR-nın Ufa şəhərinin Jdanov rayon hərbi qeydiyyat və komissarı tərəfindən orduya çağırılmışdır.
Mustafa Qarayev
Mustafa Qarayev — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 20 sentyabr 1936-cı ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1945-ci ildə 1-ci sinifə getmiş, 1955-ci ildə Minkənd kənd orta məktəbini bitirmişdir. 1956-cı ildə S.M.Kirov adına ADU-nun fizika-riyaziyyat fakultəsinə daxil olub. 1961-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika elmi tədqiqat institutunda elmi işçi vəzifəsində işləyib. Bu müddətdə keçmiş SSRİ-nin respublikalarında uzun müddətli elmi ezamiyyətlərdə olmuşdur. 1966-cı ildə D.Bünyadzadə adına XTİ-nun Riyaziyyat fakultəsində müəllim kimi çalışan M.Qarayev sonrakı illərdə həmin kafedrada baş müəllim, dosent, professor olmuş və hal hazırda həmin kafedraya rəhbərlik edir.Müxtəlif illərdə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 45 elmi məqalə, 5 metodik göstəriş və 2 kitabın müəllifidir. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham əliyevin sərəncamı ilə M.Qarayevə Respublikanın Əməkdar müəllimi fəxri adı verilmişdir. 2006-cı ildə ATU-nun qərarı ilə "Qabaqcıl Təhsil işçisi" nişanı ilə təltif edilib.
Mürsəl Qarayev
Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası – 26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı. == Həyatı == Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, bir sıra orden, medal və başqa təltiflərə layiq görülmüşdür.M. Qarayev Vətən Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olmuşdur.
Məhəmməd Qarayev
Məhəmməd Qarayev (əsgər, 1973) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. Məhəmməd Qarayev (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 12 may 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədi istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.
Namiq Qarayev
Namiq Qarakişi oğlu Qarayev (21 aprel 1979, Qazıqumlaq, Ucar rayonu – 21 dekabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qarayev Namiq Qarakişi oğlu 21.04.1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. === Təhsili === 1985–1996-cı illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Nazim Qarayev
Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; 6 mart 1927, Bakı) — fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi. == Həyatı == Qarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950-1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N.Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956-1959-cu illərdə N.Qarayev öz müəllimləri – görkəmli alimlər İ.S.Berzon və İ.P.Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Martyel
Martyel (fr. Martiel, oks. Marcièl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-ruerq. INSEE kodu — 12140. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 903 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 570 nəfər (15-64 yaş) arasında 450 nəfər iqtisadi cəhətdən fəal, 120 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 69.8%).
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Qaragöl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qaraidel
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını. O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır. == Etimologiya == Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı. Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq.
Qarapul
Qarapul — İrəvanda qarapul adlanan mis pullar kəsilirdi. Dörd qarapul, yeddi rus mis qəpiyinə bərabər idi. == Mənbə == == Həmçinin bax == İrəvan xanlığı Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.
Qarayaz
Qarayaz (az.-əbcəd قارایاز‎) — Azərbaycan təqvim inanclarında yazın ilk qırx gününü əhatə edən dövr. == Müddəti == Yaz girdikdən sonra keçən 40 gün, yəni aprel ayının sonlarına kimi olan dövr Azərbaycan təqvim inanclarında "Qarayaz" adlandırılır. Qarayaz Boz aydan sonra gəlir və Tərçıx dövrünün başlaması ilə bitir. == Təsviri == Qarayaz zamanı o biri ildən qalmış ərzaqlar bitir və əkin işlərinə çətin başlanılır. Qarayazın əvvəli maldarlar üçün diqqət tələb edən dövrdür. Belə bir el məsəli var: "taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla". Havanın dəyişkən keçməsi, günəşsiz günlərin çoxluğu, boran, tutqun hava, isti yel bu dövrün çətinliklərinə daxildir. Kəndlilər, xüsüsilə yarımköçəri maldarlıqla məşğul olan əhali üçün bu dövr asan keçmir. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir. Soyuqların azalmaması, qışın geri qayıtması ehtimalı nəzərə alınaraq Qarayaz dövründə sobalar yığışdırılmır.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.
Qarayeri
Qarayeri — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == Əhalisi 5910 nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. === Tanınmış şəxsləri === Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Qaravəli
Qaravəli (Balakən)