QARAYEL

is. Hər şeyi qurudub xarab edən şiddətli isti və quru külək.
Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qarayel çəltiyə, bostanə, nə borcum? M.Ə.Sabir.
Burada xoşa gəlməyən qarayeldir, doludur. S.Rüstəm.

// məc. Fəlakət, müsibət, afət, bəla mənasında.
De, başından çoxmu əsdi tufan, qarayel? S.Vurğun.

Antonimlər (əks mənalı sözlər)

  • QARAYEL QARAYEL – AĞYEL Əsdi qarayel çəltiyə, bostana nə borcum? (M.Ə.Sabir); Ağyel əsdikcə taxıllar tel-tel olur

Etimologiya

  • QARAYEL Rusca buna шторм deyirlər. “Pis yel” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QARAYATALAQ
QARAYƏHƏR

Digər lüğətlərdə