Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarmaqvari meşələri
Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D. Sosn.) — Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı — Pinus sosnowskyi. Boyu 20–35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800–1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.
Qarmaqvarı şam
Qarmaqvarı şam — Təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində yayılmış, hündürlüyü 25 m olan, bir gövdəli ağac. Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır.
Barmaqvari finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Barmaqvari heterodermiya
Heterodermia dactyliza (Nyl.) Swinsc. et Krog (Physcia speciosa var. dactyliza Nyl. Anaptychia dactyliza (Nyl.) Zahlbr.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"– CR 2b(ii, iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Tallom kül-boz rəngli, hündürlüyü 6 sm-ə çatan kol şəklindədir. Substrata ridzin və ya bütün alt səthilə yapışır. Üst qabıq səthi yaxşı inkişaf etmişdir. Uzunsov, bir –birinə paralel yerləşən hiflərdən ibarətdir. Tallom lövhəcikləri dartılmışdır, dixotomik budaqlanmışdır, eni 0,5-1,5 mm-dir.
Barmaqvari çayır
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Barmaqvarı finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Əl barmaqları sümükləri
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. Caynaq əl Prof.