Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlinden
İlinden- Makedonium kimi də tanınan (Macedonian: Споменик „Илинден“ or Македониум) — Makedoniyanın Kruşevo şəhərində yerləşən abidədir. == Tarixi == Rəsmi olaraq abidə Makedoniya Milli Azadlıq Anti-faşist Assambleyasının ikinci sessiyasının 30-cu ildönümü və İlinden qiyamının 71 illik yubileyi münasibətilə 2 avqust 1974-cü ildə istifadəyə verilmişdir. Abidənin memarları Yordan Qrabuloski və İskra Qrabuloskadır. İlinden abidəsi 1941-1944-cü il arasında Makedoniya Milli Qurtuluş mübarizəsindən iştirak edən bütün döyüşçülərə və 1903-cü ildə İlinden qiyamında iştirak edənlərə, eləcə də bütün əsgər-partizanlara həsr olunmuşdur. Abidə futurizm janrında hazırlanmışdır. Abidədə Yara Petara Mazeva mozaik işləri, məşhur sənətçi Borko lazevski isə keramika işləri ilə məşğul olmuşdur. == Təsviri == Ümümulikdə abidə 12 akr ərazini əhatə edir və oval pəncərələr dəyirmi günbəz formasında abidəyə yerləşdirilmişdir. Yuxarı oval pəncərələr vitrajdan hazırlanmışdır. Günbəzin daxilində Kruşevo Respublikasının Prezidenti Nikola Karev və makedoniyalı müğənni Toşe Proeskinin büstlərini görmək olar. Günbəzin daxilində yerləşən 4 pəncərə dünyanın İlinden ilə bağlı olan Sliva abidəsini, Ayı daşını və Pelaqoniyanı ifadə edir.Memorial kompleksin daxilinə Azadlıq Mübarizəsinin qələbə rəmzi olan "Zəncirləri qırmaq" adlı heykəltəraşlıq nümunələri də daxildir.
Gilindire mağarası
Gilindire mağarası (türk. Gilindire Mağarası) və ya Aynalıgöl mağarası ― Türkiyənin cənubunda, Mersin ilinin Aydıncık ilçəsində mağara. 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Gilindire 1965-ci ilə qədər Aydıncık şəhərinin keçmiş adı olmuşdur. == Yer == Gilindire mağarası Aydıncık ilçəsindəki Sancak nöqtəsi və Kurtini krikindən təxminən 7.5 kilometr (4.7 mil) cənub-şərqdə yerləşir. Mağaranın girişi Aralıq dənizinə baxır və mağaranın qarşısında kiçik bir kənd var. == Təsvir == Gilindire mağarasısının sahəsi 107 hektardır. Mağaranın girişi dəniz səviyyəsindən 46 metr (151 ft) yüksəkdə yerləşir. Mağaranın ümumi uzunluğu 555 metr (1,821 ft), genişliyi isə 22 metr (72 ft)-dir.Mağarada bir sıra stalaqmit və stallaktiklər var. Mağaranın arxa tərəfində 140 metr (460 ft) uzunluğunda, 18–30 metr (59–98 ft) genişliyində və 5–47 metr (16–154 ft) dərinliyində olan və sütunlarla əhatə olunmuş göl mövcuddur.
Gizlindən Qeydlər
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır. Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır. == Digər obrazlar == Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı.