HALƏ

Yunan mənşəlidir, “halqa” (aura) deməkdir. Bizə ərəb dilindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HAL-HAZIR
HALİT
OBASTAN VİKİ
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
Əzmizadə Haləti
Əzmizadə Haləti — XVII əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır. 1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir.

Digər lüğətlərdə