Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qlikoliz
Qlükozanın piruvata çevrilməsilə eyni zamanda ATP-nin əmələ gəlməsinə gətirib çıxaran reaksiyalar ardıcıllığıdır. Aerob orqanizmlərdə qlikoliz trikarbon turşuları tsikli və elektronların ötürülməsi zəncirindən əvvəl baş verir. Aerob şəraitdə piruvat mitoxondrilərə daxil olur və orada CO2 və H2O-ya qədər oksidləşir. Oksigenin çatışmazlığından piruvat laktata çevrilir. Maya kimi bəzi anaerob orqanizmlərdə piruvat laktaka yox, etanola çevrilir. Qlükozadan etanolun və laktakın əmələ gəlməsi qıcqırmaya misaldır. Qlikoliz yolu ilə gedən reaksiyalar hüceyrənin sitozolunda baş verir. Birinci mərhələ hazırlıq və ya toplamadır. Bu mərhələdə müxtəlif heksozalar qlikolizə cəlb olunurlar. Qlikoliz reaksiyalarında başlıca olaraq qlükozanın oksiləşməsinə baxmayaraq, onunla yanaşı bu prosesə digər müxtəlif heksozalar qoşula bilər.
Qlikolipidlər
Qlikolipid – molekullarının tərkibində karbohidrat qalıqları (çox vaxt D-qalaktozalar) olan, onlarda fosfat turşusu olmayan birləşmələr. Bioloji membranların fəaliyyətində onlar əhəmiyyətli rol oynayırlar. Əsasən beyin toxumalarında olurlar, lakin həm də qanın hüceyrələrində və digər toxumalardad da vardır. Heyvan hüceyrələrinin qlikolipidləri də sfinqomielin kimi sfinqozinin törəməlidir. Sfinqozinin amin qrupu sfinqomielində olduğu kimi yağ turşusu ilə asilləşmişdir. Qlikolipidlərin sfinqomielindən fərqi sfinqozin skeletinin birli hidroksilinə birləşmiş komponentin təbiətindəndir. Qlikolipidlərdə bu vəziyyətdə buir və ya bir neçə şəkər qalıqları. Sadə qlikolipid - yalnız bir şəkər qalığına (qlükoza və ya qalaktoza) malik serebroziddirş Bu cür qlikolipidlər böyük miqdarda əsəb hüceyrələrinin membranlarında vardır. Nisbətən mürəkkəb qlikolipidlərdə, məs., qanqliozidlərdə, bir neçə şəkər qalığından ibarət şaxələnmiş zəncir vardır (hətta yeddiyə qədər). S.F. Qarayev, P.Ş. Məmmədova, A.Q. Həbibova.
Qlikoluril
Qlikoluril —Qlikoluril eyni iki karbonlu zəncirlə birləşən iki tsiklik karbamid qrupundan ibarət üzvi kimyəvi maddədir. Suyun təmizlənməsində, boya və örtüklərdə, bəzən isə yavaş sovrulan gübrə kimi istifadə edilən ağ tozdur. Qlikoluril iki ekvivalent sidik cövhəri ilə qlioksal reaksiyasına girərək sintez edilə bilər. Eynilə, digər karbonil (və ya karbonil hidrat) reagentlərinin istifadəsi karbon zəncirində hidrogen atomları əvəzinə müxtəlif funksional qruplara malik törəmələr verir. Qlikolurilin dörd amidəbənzər və buna görə də turşulu hidrogenləri halogen atomları ilə əvəzlənmə və ya formaldehidlə reaksiya kimi müxtəlif kimyəvi reaksiyalara səbəb olur. Qlikoluril suyun təmizlənməsində, üzgüçülük hovuzunun dezinfeksiyasında biosidlər kimi və kağız istehsalında lil əleyhinə vasitə kimi istifadə edilən tetraxloromoqlikoluril və tetrabromoqlikoluril üçün başlanğıc material kimi istifadə olunur. Qlikolurilin uzadılmış azot gübrəsi kimi istifadəsi müzakirə edilmişdir , lakin yüksək qiymətə görə geniş şəkildə qəbul edilməmişdir. Qlikoluril artıq metanal ilə tetrametilol qlikolurilə çevrilə bilər ki, bu da metanalı gecikdirərək buraxır və buna görə də su əsaslı boyalarda, maye yuyucu vasitələrdə, qulluq və təmizləyici vasitələrdə (0,1% konsentrasiyada) biosid kimi istifadə olunur. O, həmçinin hidroksil tərkibli polimerlər üçün çarpaz birləşdirici agent, sənaye funqisidi və sementlərdə sürətləndirici kimi istifadə olunur. Tetraasetilqlikoluril qlikolurildən sirkə anhidridlə reaksiya yolu ilə hazırlana bilər.
Qlikon
Qlikon (q.yun. Γλυκών) — təbabət tanrısı Asklepinin insan başlı ilan və ya at yallı şir şəklində təcəssümü. Qlikon kultu II əsrdə yalançı peyğəmbər Abonotixli Aleksandr tərəfindən təqdim edilmişdir. Arxeoloji tapıntılara əsasən, Antonin Piy və Mark Avrelinin hakimiyyəti illərində Roma imperiyasında Qlikon təsviri olan sikkələr geniş yayılmışdır. Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Ceki Qlison
Ceki Qlison (ing.
Qriqol Abaşidze
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Qriqol Baqrationi
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Qriqol Robakidze
Qriqol Titoviç Robakidze (gürc. გრიგოლ ტიტეს ძე რობაქიძე; 28 oktyabr 1882 – 19 noyabr 1962, Cenevrə) — gürcü yazıçısı, publisist və ictimai xadimi; gürcü simvolistlərinin "Mavi buynuzlar" ədəbi qrupunun üzvü. Qriqol Titoviç Robakidze 1880-ci il oktyabrın 28-də Rusiya imperiyasının eyniadlı quberniyasının Kutaisi qəzasının Svir kəndində anadan olub. Altı yaşından Kutaisi İlahiyyat Məktəbində, 1895-1901-ci illərdə Kutaisi İlahiyyat Seminariyasında təhsil alıb. Mənəvi təhsil aldıqdan sonra 1901-ci ilin avqustunda Yuryevsk (indiki Tartu) Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Lakin həmin ilin dekabrında təhsil haqqını ödəyə bilmədiyinə görə xaric edilib. Almaniyaya getmiş və 1902-1906-cı illərdə Leypsiq Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1908-ci ildə Rusiya imperiyasına qayıdan Qriqol Robakidze Kutaisi və Tiflisdə gürcü və xarici ədəbiyyatdan kütləvi mühazirələr oxuyur. O, Rusiyanın paytaxtında olub, burada rus şair və yazıçıları ilə tanış olur. Onların arasında Andrey Belıy, Zinaida Gippius, Valeri Bryusov və başqaları var idi.
Qriqol Vaşadze
Qriqol Vaşadze (gürc. გრიგოლ ვაშაძე;' d. 19 iyul 1958, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan diplomatı və siyasətçisi, Gürcüstan Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012). Qriqol Vaşadze Tbilisdə Nodar Vaşadze və Elene Bakradzenin ailəsində doğuldu. 1975-ci ildə Tbilisi 61 saylı orta məktəbi bitirdi. 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirdi. 1981-1988-ci illərdə Sovet İttifaqının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərdi. 1988-1990-cı illər arası Diplomatik akademiyanın aspirantı idi. 1990-cı ildən 2008-ci ilə qədər Vaşadze şəxsi bizneslə məşğul idi və qurduğu "Georgia Arts Management" və "Gregory Vashadze and BR" şirkətlərini idarə edirdi. 2008-ci ildən dövlət xidmətinə qayıdaraq fevralın 6-sı Gürcüstan Xarici İşlər nazirinin müavini təyin edildi.
Nikol Abe
Nikol Abe (安部 ニコル, Abe Nikoru, 22 dekabr 1993, Filippin) – Yaponiya qyaru dəbi modeli. "Ranzuki" (2008-2011) və "Happie Nuts" (2011-2016) kimi qyaru dəbi jurnalları üçün modellik etmişdir. Bir müddət "Ranzuki" jurnalına töhfələr verirdi. Abe 22 dekabr 1993-cü ildə Filippində doğulmuşdur. Anası filippinli, atası yapondur. Atası yapon olduğu üçün Yaponiya vətəndaşlığı əldə etmişdir. Beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Yaponiyaya gəlməzdən öncə yaponca bilmirdi. Yapon dilini öyrənərkən ingilis və taqal dillərinin əsaslarını unutmuşdur. Abe Niiqata prefekturasında yerləşən bağçaya getmiş, daha sonra Qunma prefekturasında yerləşən ibtidai məktəbdə 2 il oxumuşdur.
Nikol Aniston
Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. Nikol Eniston 9 sentyabr 1987-ci ildə Kaliforniyada doğulub. 2009-cu ildə pornoqrafiya sektoruna qoşulmuş və o vaxtdan bəri 700-dən çox filmdə rol almışdır. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Eniston
Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. Nikol Eniston 9 sentyabr 1987-ci ildə Kaliforniyada doğulub. 2009-cu ildə pornoqrafiya sektoruna qoşulmuş və o vaxtdan bəri 700-dən çox filmdə rol almışdır. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Fucita
Nikol Fucita (藤田 ニコル, Fucita Nikoru, 20 fevral 1998, Yeni Zelandiya) – Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir. Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır.
Nikol Kidman
Nikol Meri Kidman (ing. Nicole Mary Kidman; 20 iyun 1967[…], Honolulu, Havay, ABŞ) — avstraliyalı kino aktrisası. Avstraliya və ABŞ vətəndaşıdır. O, 2003-cü ildə "Saatlar" (ing. The Hours) filmindəki ən yaxşı qadın roluna görə "Oskar" mükafatı qazanmışdır. 20 iyun 1967-ci ildə Havay Honolulu da doğulmuşdur, lakin uşaqlığının böyük qismi Avstraliyada keçmişdir. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar; anası Janel Kidman isə tibb bacısı, pedaqoq eyni zamanda yoldaşının kitablarına redaktorluq etməkdədir. Buşun milad bayramı (1983) / Bush Christmas Xəyali dünya (1985) / Wills & Burke Yəhərlənmiş külək (1986) / Windrider Kiçik hissə (1987) / The Bit Part Zümrüd şəhər (1988) / Emerald City Ölü sakitlik (1989) / Dead Calm İldırım günləri (1990) / Days of Thunder Eşqbazlıq (1991) / Flirting Billi Batqeyt (1991) / Billy Bathgate Uzaqdan uzaq (1992) / Far and Away Mənim həyatım (1993) / My Life Əbədi Betmen (1995) / Batman Forever Lider (1996) / The Leading Man Sülh yaradan (1997) / The Peacemaker Praktiki magiya (film, 1998) / Practical Magic Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut Mulen Ruj! (film, 2001) / Moulin Rouge! Başqaları (film, 2001) / The Others Saatlar (film, 2002) / The Hours Doqvill (film, 2003) / Dogville Soyuq dağ (film, 2003) / Cold Mountain Stepford qadınları (2004) / The Stepford Wives Doğuluş (2004) / Birth Tərcüməçi (2005) / The Interpreter Xəz (2006) / Fur İstila (2007) / The Invasion Avstraliya (2008) / Australia Doqquz (2009) / Nine Dovşan yuvası (2010) / Rabbit Hole Yalanı nə gizlədir?
Nikol Merizay
Nikol Merizay (7 avqust 1998) — Albaniyalı üzgüçü. Nikol Merizay Albaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikol Merizay birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.99 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikol Mikayılyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Paşinyan
Nikol Vovayi Paşinyan (erm. Նիկոլ Վովայի Փաշինյան; 1 iyun 1975, Karvansaray, SSRİ) — Ermənistan Respublikasının 16-cı Baş Naziri (8 may 2018–25 aprel 2021 ; 26 aprel 2021 – 1 avqust 2021 (s.i.) ; 2 avqust 2021 h. h.). İxtisasca jurnalist olan Paşinyan 1998-ci ildə öz qəzetini qursa da, bir il sonra bağlanmışdır. O, dövrün Milli Təhlükəsizlik naziri Serj Sarkisyana böhtan atmaqda təqsirlənərək bir il həbs cəzasına məhkum edilmişdir. 1999-cu ildən 2012-ci ilə qədər "Haykakan Jamanak" qəzetinin redaktoru olmuşdur. Ermənistan Respublikasının 1-ci Prezidenti Levon Ter-Petrosyana rəğbət bəsləyən Paşinyan ikinci prezident Robert Köçəryan, müdafiə naziri Serj Sarkisyan və onlara müttəfiq olan oliqarxları çox tənqid edirdi. 2007-ci il parlament seçkilərində kiçik bir müxalifət partiyasına rəhbərlik etmiş, nəticədə səslərin 1,3%-ni toplamışdır. Paşinyan Ter-Petrosyanın açıq tərəfdarı idi. O, 2008-ci il prezident seçkilərində siyasi geri dönüş etmiş, lakin geniş səs saxtakarlığı və zorakılıq şəraitində Serj Sarkisyana uduzmuşdur. Atəşli çıxışları ilə diqqət çəkən Paşinyan 1 mart 2008-ci ildə seçkilərdən sonrakı etiraz aksiyalarında əhəmiyyətli rol oynamışdır.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Nikol Poğosyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Rupreçt
Nikol Rupreçt (d. 2 oktyabr 1992, İnsbruk, Avstriya) — Avstriyanı təmsil edən bədii gimnast. Nikol Rupreçt 2016-cı ildə Avstriyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikol Rupreçt 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.698 xal topladı və 20-cı yeri tutaraq mübarizəni dayandırdı.
Nikol Şerzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Aliko Danqote
Aliko Danqote (ing. Aliko Dangote; 10 aprel 1957) — Nigeriya biznesmeni və sənayeçisi. O, daha çox Qərbi Afrikanın ən böyük sənaye konqlomeratı olan "Dangote Group"un qurucusu, sədri və baş direktoru kimi tanınır. "Bloomberg" Milyarderlər İndeksi 2024-cü ilin may ayında onun xalis sərvətini 15,3 milyard ABŞ dolları dəyərində qiymətləndirir və bu onu Afrikanın ən zəngin insanı, dünyanın ən zəngin qaradərili insanı və dünyanın 132-ci ən varlı insanı edir.
Gürcüstan şahzadəsi Qriqol
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Abaşidze Qriqol Qriqoryeviç
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. == Həyatı == Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Nikol Okala Bilai
Nikol Okala Bilai(26 may 1949, Kamerun) — 26 may 1949-cu ildə Kamerunun mərkəzi bölgəsi olan Dang şəhərində anadan olan Kamerunlu siyasətçi. Model, aktrisa, restoran sahibi və iş qadını kimi çalışdıqdan sonra 2013-cü ildə Mərkəzi Bölgədə Kamerun Xalq Demokratik Hərəkatında (CPDM) fəal, bələdiyyə sədri və senator oldu. Ailəlidir və dörd uşaq anasıdır. Onun atası Çarlz Okala 1947-1955-ci illərdə Kamerun parlamentarisi olub. == Təhsil və karyerası == O, uşaq əyləncə mərkəzini idarə etməyə imkan verən Bafa de Ludothécaire dərəcəsinə malikdir. Nikol Okala Bilai, həmçinin 1996-cı ildə Qərb Dilləri İnstitutunun diplomuna və 2004-cü ildə Parisdə IFOCOP-un diplomunu almışdır. 1976-1994-cü illərdə Parisdə şirkət direktoru, sonra isə kommersiya məsləhətçisi kimi fəaliyyət göstərib. 1980-ci ildə Urbain Nukumanın "La brûlure" və Daniel Kamvanın "Notre fille ne se mariera pas" filmlərində rol alıb. O, həmçinin Kamerunda bir qrup əczaçı üçün tibbi nümayəndə kimi çalışmışdır. O, həm də iki böyük Fransa laboratoriyasının nümayəndəsidir.
Klıkov adası
Klıkov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Ada Uzaq Şərqin araşdırmaçılarından olan Mixail Klıkovun şərəfinə adlandırılmışdır. Popov adasından 2,6 km cənub-şərqdə, Vladivostokdan 22 km cınub-qərbdə yerləşir. Enliyarpaq meşələrlə örtülmüşdür. Şimal-qərb və şimal sahillərində gilli və daşlı çimərliklər vardır. sahil xəttinin ümumi uzunluğu 2,46 km, bununsa 0,6 kilometri çimərliklərdir.
Eqermeyster (likör)
Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü. Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur. Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur. == Tarixçə == Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur.