Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayabaşı
Kəndlər Qayabaşı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qayabaşı (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Qayabaşı (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Daşqayabaşı (Kəleybər) — İranın Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Qayabaşı bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Qorçubaşı
Qorçubaşı və ya Qorçibaşı – "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları «üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi. Qorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F.Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı. Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir. Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir. Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının - şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir. 1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib.
Qoçbaşı
Qoçbaşı - ümumilikdə bir neçə insan tərəfindən daşınan; vuraraq qapı qırmağa, aralamağa ya da divar dağıtmaq üçün istifadə edilən silah.. Keçmişdə düşmən atəşindən qorunmaq üçün daxmaya oxşayan taxta sığınacaqların içərisində daşınabilən versiyaları da mövcud olmuş qurğudur. Hal-hazırda əksəriyyəti metaldan düzəldilmiş qoçbaşları mühafizə və yanğınsöndürmə xidmətləri tərəfindən aktiv şəkildə istifadə edilir. Keçmişdə qoçbaşları ağac gövdələrindən düzəldilirdi və hədəfə vurulan ucları ümumilikdə qoç başları şəklində düzəldilirdi. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb alətidir. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Qalabaşı (Əhər)
Qalabaşı (fars. قلعه باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (15 ailə).
Qayabaşı (Göyçə)
Qayabaşı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd. "Qayanın başı", "Qayanın üstü" mənasındandır. Kənd rayon mərkəzi Basarkeçərdən 1 km məsafədə yerləşir. Qayabaşı adı 19 aprel 1991-ci ildən Geğamabak qoyulmuşdur. Qayabaşı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 6–7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи Кариб) formasında da qeyd edilir . Toponim "qaya" oroterminindən və "dağın yuxarısı, zirvəsi" mənasında işlənən baş sözündən əmələ gəlmişdir.
Qayabaşı (Xocalı)
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Qayabaşı (Şəki)
Qayabaşı — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 1428 nəfər təşkil edir ki, onun da 704 nəfəri kişi, 724 nəfəri isə qadındır.
Qayabaşı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarabaş dağı
Qarabaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km çənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Qarabaş qağayı
Qarabaş rinxokalamus
Qara rinxokalamus (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins. Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır. Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır. Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Qolağası
Qolağası (Baş kapitan), Osmanlı ordusunda kapitan ilə mayor arasındakı rütbə. 1826-cı ildə ləğv edilmiş Yeniçəri Ocağının yerində qurulan Asakiri Mənsurəyi Məhəmmədiyyə ordusunda, bir alay 8 sağ, 8 sol olmaqla 16 qola bölündü. Qol komandirlərinə (sağ və sol) qolağası rütbəsi verildi. 1828-ci ildəki ikinci tənzimləmədə alaylar üç bölüyə və üç batalyona ayrılanda, qolağası da batalyon komandirinin — mayorun müavini oldu. Qolağası dərəcə nişanı uniformanın qollarına tikilmiş üç zolaq olaraq təyin olundu. Sol qolağasının zolaqlarının altdakı ikisi sarı, yuxarıdakı ağ; Sağ qolağasının nişanı isə iki sarı arasında bir ağ zolaq təyin olundu. Sağ qolağası sol qolağasından daha yüksək bir rütbə sayılırdı. Buna görə, o, kapitan rütbəsindən sonra sol qolağalığına, sonra isə sağ qolağalığına keçirdilirdi. 1862-ci ildə orduda rütbələr yenidən müəyyən edilərkən, qolağası rütbəsinin də kapitan və mayor arasındakı yeganə rütbə olması nəzərdə tutuldu. Türkiyə Respublikası dövründə bu rütbənin adı birinci kapitan oldu.
Azərbaycan Qarabağı batalyonu
Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi (kiril qraf. Азәрбајҹан Гарабағы көнүллү мүдафиә дәстәси) və yaxud qısaca Qarabağ batalyonu — Qarabağ müharibəsində könüllülərdən təşkil olunmuş müdafiə dəstəsi. Şuşa şəhərinin müdafiəsində iştirak edib. Azərbaycan Müdafiə Nazirliyinin 1 fevral 1992-ci il tarixli 12014 nömrəli əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi qeydə alınıb.
Qarabağı gözəl gördüm (mahnı)
Qayabaşı-i Büzürg (Kəleybər)
Qayabaşı-i Büzürg (fars. قيه باشي بزرگ‎) və ya Böyük Qayabaşı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,746 nəfər yaşayır (363 ailə).
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərərgah Rəisi, general. Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir.
Fəzləlixan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Məhəmməd Qarabaği
Məhəmməd Qarabaği – filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, "hənəfi" adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib. Qarabağinin fəlsəfəyə dair "Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat"ı və digər şərhləri 1963-cü ildən Qahirənin "Xədiviyyə" kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair "İmamların başlanğıcı" əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
İsfəndiyar Qarabaği
Doktor İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni. 1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir. O, İtaliyada musiqi sahəsində təhsil alıb. O, Traktor Sazi futbol klubunun rəsmi mahnısının müğənnisidir.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
Azərbaycan şorbası
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir. Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012)