Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıvraq
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. == Tarixi == Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Qovaq
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Qıvraq (Sisyan)
Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur == Toponimi == XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdur. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Qıvraq (dəqiqləşdirmə)
Qıvraq — Naxçıvanın Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Qıvraq (Sisyan) — Sisyanda kənd.
Qıvraq bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıvraq nekropolu
Qıvraq nekropolu — Kəngərli rayonunda, Qıvraq qəsəbəsindən cənubda, Qıvraq yaylasından Asnı çayına enən düzənlik ərazidə Tunc dövrünə aid arxeoloji abidə. Sah. 2 ha-dır. Burada diametri 3-5 m-ə çatan yonulmamış iri daşlardan qurulmuş kromlexlərə təsadüf olunmuşdur. Qəbiristanda üzərində müxtəlif məişət əşyaları və heyvan təsvirləri həkk edilmiş qoç və sənduqə formalı qəbir daşları vardır. Təsərrüfat işləri zamanı bir neçə daş qutu tipli qəbir abidəsi dağıdılmışdır. Əldə olunmuş materiallar (əsasən, monoxrom boyalı küpə və kasa tipli qablar) Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.
Qıvraq qəsəbəsi
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. == Tarixi == Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Qıvraq rayonu
Qıvraq rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qıvraq kəndi olmuşdur. Qıvraq rayonuna 19 kənd daxil idi == Tarixi == 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Qıvraq kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Ağ qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Ağyarpaq qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Deltaşəkilli qovaq
Dəfnəyarpaq qovaq
Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır.
Nazik qovaq
Ovraq (Miyanə)
Ovraq (fars. اورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (20 ailə).
Qara qovaq
Qaraqovaq (lat. Populus nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. == Bioloji xüsusiyyətləri == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır. Zоğlаrı çılpаq və pаrlаqdır, silindir şəkildə, sаrı və yа sаrımtıl-bоzdur. Tumurcuqlаrı çılpаq və qоnurdur. Üzərində qatrаnlı, pаrlаq örtük vаrdır, bir qədər yаnа əyilmişdir. Yаrpаqlаrının uzunluğu 5-12 sm, еni 4-15 sm-dir.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Qovaq şibyəyeyəni
Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır. == Yayılması == Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Sosnovski qovaq
Titrək qovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Ətirli qovaq
Ətirli qovaq (lat. Populus suaveolens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir.
Qovaq (dəqiqləşdirmə)
Qovaq — Söyüd fəsiləsindən bitki cinsi.
Qıvraq su anbarı
Qıvraq su anbarı — Kəngərli rayonu ərazisində Qıvraq qəsəbəsinin şimal-şərqində çay yatağından kənar yaradılmış su anbarı. == Ümumi məlumat == 921 metr hündürlükdədir. Arpaçaydan çəkilmiş Yuxarı Sovxoz kanalı, bulaqları və müvəqqəti axarlı çayların suyu ilə qidalanır. Fəsli tənzimləməyə malikdir. Suvarmada istifadə edilir.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. == Xarici quruluşu == Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.
Qovaq-i Süfla (Mahnişan)
Qovaq-i Süfla (fars. قواق سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (119 ailə).
İti qovan kimi qovuruq
"İti qovan kimi qovuruq" — 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan ifadə. İfadə Qarabağ döyüşlərində Ermənistan Silahlı Qüvvələrinə qarşı reaksiya üzərində əsaslanıb. == Zəmin == Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası, Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Bunun ardınca, avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Birbaşa hərbi təxribatlarla yanaşı, situasiya 2020-ci ilin avqust ayında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə daha da gərginləşdi. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Qorşaq
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Allahverdiyev Hüseyn bu şəhərin tanınmış ziyalılarındandır. == Tarixi == Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. === Tarixi abidələri === Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir == Coğrafiyası və iqlimi == Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. == Əhalisi == === Şəhidləri === Həsənov Xətai Xaliq oğlu (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Qavram
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Göydağ
Göydağ (Naxçıvan)
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. == Tövratın yəhudi Müqəddəs Yazılarında yeri == Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.