QOVMAQ

f.
1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək.
Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə.
Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. N.Vəzirov.

// dan. Çıxarmaq, xaric etmək. İşdən qovmaq. İnstitutdan qovmaq.
2. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. İtləri qovmaq.
– Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. S.S.Axundov.
Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq.

3. məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar.
4. məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.
5. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar.
– Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Vəliyev.

6. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq.
7. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq.
– Günəş yaxın dağlar ucundan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq.
Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəfbu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOVMAQ QOVMAQ (müxtəlif mənalarda) Firuz bir neçə dəfə Həsəngilə gələrək Zəhranı savadlandırmaq istəmişdi. Həsən isə ona mane olmuş, qapısından qovmuşdu (M
  • QOVMAQ izləmək
  • QOVMAQ qaytarmaq
  • QOVMAQ çıxarmaq — uzaqlaşdırmaq
QOVMA
QOVOTU

Digər lüğətlərdə

...ступе́нчатый каблу́чный контрафаго́т метамери́я обтека́ние пересе́сть по-провока́торски преуны́лый сокова́р сооруже́ньице фиговый выню́хивать обозрева́ться отва́дить хаоти́чный шилога amour-propre annihilated drag-link jerkin Red Duster retention two-a-day вложение фразёр