Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
Quşçu
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən)Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd.Quşçu (Tovuz)Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. === Gürcüstan === Quşçu (Marneuli) — Gürcüstanın Marneuli rayonunda kənd.
Aşağı Quşçu
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir. Həm yayı, həm də qışı mülayim keçir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 539 nəfərdir.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Quşçu (Göygöl)
Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır. == Tarixi == Erməni-Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi. == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
Quşçu (Kəleybər)
Quşçu (fars. قوشچي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (22 ailə).
Quşçu (Laçın)
Quşçu — Azərbaycan Respublikasının Laçın rayonu Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (Marneuli)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Qəzvin)
Quşçu (Qəzvin) (fars. قوشچی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (162 ailə).
Quşçu monastırı
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Quşçu məbədi
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Quşçu qalası
Quşçu Qalası — Gürcüstan Respublikası Marneuli rayonu Quşçu kəndi yaxınlığında yerləşən qədim qala. Qalanın tarixi çox qədimlərə gedib çıxır.Qalanın Tərəkəmə xanlarından biri tərəfindən tikildiyi güman edilir.Qala sonuncu dəfə Ağa Məhəmməd Şah Qacarın yürüşü zamanı dağıdılmışdır.Qalanın yaxınlığındakı Quşçu kəndi bölgədəki ən qədim kəndlərdən biridir. Bəzi mənbələrdə Ağcaqala (Quşçu qalası) kimi göstərilir. Qeyd edilir ki, Quşçu kəndi yaxınlığında, Dəbəd / Borçalı çayının aşağı axarı boyunda yerləşən qalanı (Ağcaqala) 1488-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun tapşırığıyla Xəlil bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalayı özünə iqamətgah, dayaq nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə nəzarət etmişdi. Digər mənbədə isə Quşçu kəndi yaxınındakı Ağçaqalnın əvvəlki Qurdbasar qalasının yerində 1488-ci ildə Ağqoyunlu sərkərdəsi Xəlil bəyin tikdirdiyi, sonra Səfəvi hakimi Şah İsmayılın şenləndirdiyi Ağcaqala böyük dairəvi bürcləri, ikimərtəbəli qüllələrilə, daş, saxsı qırıntılarından bəzək laylarıyla maraqlı olması göstərilir. “Tiflisskiye vedomosti”nin 1830-cu il saylarında “Zaqafqaziya diyarı ilə səyahət” rubrikasında rus publisisti D. Y. Zubaryovun Borçalı tarixi abidələrindən Sınıq körpüyə həsr olunmuş “Qırmızı körpü” (Krasnıy Most) və Ağcaqalaya həsr olunmuş “Bozqala” (Serıy Zamok) məqalələri dərc edilmişdir (Tiflisskiye vedomosti, 1830: № 71; Tiflisskiye vedomosti, 1830: № 87]. «Bozqala» məqaləsində müəllif Borçalının Quşçu kəndi yaxınlığındakı Ağcaqalanın əsasının XV əsrin sonlarında Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən qoyulduğunu, Borçalı Osmanlı tabeliyinə keçəndə Ağcaqalada Musa Paşa’nın, Kartli-Qaxet çarlığının tərkibində olanda Borçalı idarəçilərinin, XVIII əsrin axırlarında şahzadə Georgi’nin (sonralar Kartli-Qaxet hökmdarı oldu) yaşadığını, bu məqalənin çap olunduğu dövrdə isə qalanın Borçalı baş pristavlarının qış malikanəsi olduğunu yazır və onun ruslar tərəfindən Bozqala adlanmasının inşa edildiyi daşların rəngi ilə əlaqəli olduğunu ehtimal edirdi.
Quşçu tayfası
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Qutucuq
Kompüter texnologiyalarında qutucuq (ingiliscə - checkbox, tickbox və ya tick box) istifadəçi interfeysinin elə bir elementidir ki, istifadəçilərə müxtəlif seçimlər içərisindən bir neçəsini seçməyə imkan verir. Adətən onlar ekranda balaca kvadrat qutu şəklində görünür, ağ boşluq formasında (işarələnməmiş halda) və ya X (işarələnmiş halda) ilə fərqləndirilir. Bir çox hallarda X işarəsinin yerinə kiçik quş işarəsi də qoyulur.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Quyruq
Quyruq — heyvanların bədənlərinin arxa hissəsində yerləşən, bədəndən müstəqil hərəkət edə bilən, elastik orqandır. Quyruqlar xordalı canlılar üçün xarakterikdir və quyruq dedikdə ilk növbədə bu canlıların quyruğu nəzərdə tutulur. Lakin bəzi onurğasız canlıların bədənlərinin arxa hissəsindəki uzantıları və ya çıxıntıları, məsələn, əqrəblərin opistosomasını quyruq adlandırırlar. Halbuki, bu bədənin uzantısıdır və daxilində orqanlar yerləşir.
Quyucuq
Quyucuq (Əbhər)
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Sərab)
Quşçu (fars. قوشچي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (191 ailə).
Quşçu (Tovuz)
Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (Urmiya)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur. Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir. Kənddə daimi su problemi var. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (dəqiqləşdirmə)
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən)Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd.Quşçu (Tovuz)Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. === Gürcüstan === Quşçu (Marneuli) — Gürcüstanın Marneuli rayonunda kənd.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. == Toponimikası == Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Ural-Altay dillərinin türk dili qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Sucuq
Sucuq - içərisinə fındıq, qoz, şabalıd və s.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. == Quruluşu == Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) - cil cinsinə aid bitki növü.
Qumluq dağçətiri
Qumluq dağçətiri (lat. Peucedanum arenarium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Qumluq dikyarpağı
Qumluq dikyarpağı (lat. Agriophyllum arenarium) – pəncərkimilər fəsiləsinin dikyarpaq cinsinə aid bitki növü.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə. Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Qurcaq (Miyanə)
Qurcaq (fars. قورجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Quyucuq (Heris)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (7 ailə).
Quyucuq (Həştrud)
Quyucuq (fars. قويوجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə).
Quyucuq (Miyanə)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (62 ailə).
Quyucuq (Sayınqala)
Quyucuq (fars. قويجق‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (20 ailə).
Quşçulu
Quşçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir. Toponim qədim türk tayfası olan quşçu etnonimi əsasında əmələ gəlmişdir. -lu mənsubluq bildirən şəkilçidir. "Quşçu tayfasına mənsub kənd" deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904 - cü ildə 400 nəfər, 1914 - cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Quşçuluq
Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımı səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.
Ruscus
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.