Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quliyev
Quliyev — soyad. Teymur Quliyev — Azərbaycan-sovet dövlət xadimi. Vasif Quliyev (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. Namiq Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliqulu Quliyev Vahid Quliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Yuliya
Yuliya — ad. Yuliya Lipnitskaya — Rusiyalı fiqurçu. Yuliya Lobjenidze Yuliya Timoşenko Yuliya Samoylova Yuliya Ratkeviç — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Piriseva — Qazaxıstanı təmsil edən su poloçusu.
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Eldəniz Quliyev
Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq. == Həyatı == Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981). "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub.
Elgün Quliyev
Elman Quliyev
Elman Hilal oğlu Quliyev (1958, Kələxan, Lerik rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor. == Həyatı == Quliyev Elman 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. 1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Xüsusi Dövlət təşəkkürünə (2012) layiq görülmüşdür. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəridir.
Elnur Quliyev
Eltac Quliyev
Eltay Quliyev
Elton Quliyev
Elton Quliyev (28 fevral 1956, Ağdam – 16 dekabr 2015, Bakı) — Azərbaycanlı vəkil. == Həyatı == Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub. Atası Rasim Quliyev Şuşada papaqçı ailəsindən, anası Kübra xanım isə Şuşa bəylərinin nəslindən gəlirdi. Rasim Quliyev İkinci Dünya müharibəsində iştirak etmiş və müharibədən sonra Ağdamda işləməyə başlamışdı. Elton Quliyev də bu şəhərdə dünyaya gəldi. O, 1962–63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963–1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb. 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil oldu. Burada sonrakı həyatında yaxın dostuna çevrilən İsaxan Aşurovla tanış oldu. 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülmüşdür. 1977–1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
Elvin Quliyev
Elxan Quliyev
Quliyev Elxan Əlibala oğlu (02.11.1952) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == Elxan Quliyev 2noyabr 1952-ci ildə anadan olub. 1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır. 3-cü qardaş ("Yatmış gözəl və yeddi qardaş" Aleksandr Puşkin), Döyüşçü ("Qılınc və qələm" Məmməd Səid Ordubadi), Zəncirvuran ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Laldinməz polis ("Səhra yuxuları" Anar), Kaytens ("Maqbet" Vilyam Şekspir), Ata ("Anamın kitabı" C.Məmmədquluzadə), Kinto ("Xanuma" A.Saqareli), Alman oğlu ("İnsan" Səməd Vurğun), Sərkərdə Teymur ("Vaqif" S. Vurğun), Kəramət ("Fəryad" Bəxtiyar Vahabzadə), Jurnalist ("Şeyx Xiyabani" İsmayıl Əfəndiyev), Ağa Bəşir ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qarğış ("Qızıl teşt" Seyran Səxavət), Osvald ("Kral Lir" V.Şekspir), Erkin ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yarqıtay ("Dar ağacı" B.Vahabzadə), Pedro ("Kəllə" Nazim Hikmət), Mirzə Cəlil Məmmədquluzadə ("Hərənin öz payı" Xeyrəddin Qoca), Əkbər ("Rəqabət" B.Vahabzadə), Polis qonşu ("Qatil" Elçin), Zindanbaşı və Enobarb ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), İvan Kuzmiç Şpekin ("Müfəttiş", Nikolay Qoqol), vəzir ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), sədr ("Yaşar", Cəfər Cabbarlı). Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Şərqin səhəri" (Bayram), "Sarıköynək və Valehin nağılı" (Rövşən), "6-cı palata" (Vanya), "Şöhrət və unudulan adam" (Fotoqraf), "Hacı Qara" (Səfər bəy) və s. teletamaşalarda, "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sevinc buxtası" (Elxan), "Ani dönüş" (Oqtay), "Pəncərə" (Sahə müvəkkili), "İstintaq" (Milis mayoru) filmlərində çəkilib. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Absurdistan (film, 2008) (tammetrajlı bədii film) Adam (film, 2010) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Şahin Altı nömrəli palata (film, 1994) Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Oqtay Astana (film, 1986) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bəyin oğurlanması (film, 1985) Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Günahsız Abdulla (film, 1984) Günəşim ol (teleserial, 2016)-rol: Süleyman Həkimlər (teleserial) Həmyerli (film, 1989) İstanbul reysi (film, 2010) İstintaq (film, 1979) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qaydasız döyüş (film, 2009) Qeybdən gələn səs (film, 2002) Nə gözəldir bu dünya...
Elçin Quliyev
Elçin Quliyev (hərbçi) — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik. Elçin Quliyev (siyasətçi) — Azərbaycan Milli Məclisin V çağırış deputatı.
Eşqin Quliyev
Eşqin Quliyev (tam adı: Eşqin Novruz oğlu Quliyev; 1986) — aktyor. == Həyatı == Eşqin Quliyev 1986-cı ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhəri M.Müşviq adına 34 nömrəli orta məktəbi bitirmişdir. Səid Rüstəmov adına Musiqi Texnikomunda təhsil alıb. 2005-ci ildən Bakı Kamera Teatrında Musiqi rejissoru və aktyor vəzifəsində çalışıb. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsini bitirib. == Əsas rolları == 1. Bayram – (“Hekayəti- xırs quldurbasan”, M.F.Axundzadə) 2. Füsnkar – («Yatmış gözəl» B.Marvin) 3.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Fəhmin Quliyev
Fərman Quliyev
Fərman Ağadədə oğlu Quliyev (19 may 1937, Sütəmurdov, Lənkəran rayonu – 7 noyabr 2023, Sütəmurdov, Lənkəran rayonu) — kənd təsərrüfatı elmləri doktoru, professor; Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru. Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İB-nin prezidenti və Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İB-nin Lənkəran Cənub Regional departamentinin sədridir. == Həyatı == Fərman Ağadədə oğlu Quliyev 19 may 1937-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur. 1943-cü ildə Lənkəran rayonunun Sütəmurdov kəndinin yeddillik məktəbinə daxil olmuş və 1950-ci ildə həmin məktəbi bitirmişdir. 1950–1954-cü illərdə Lənkəran şəhərinin Subtropik Bitkilər Texnikumunda təhsil almış, 1954-cü ildə oranı əla qiymətlərlə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş və 1959-cu ildə yuxarıda adı çəkilən İnstitutu bitirmişdir. O, 7 noyabr 2023-cü ildə vəfat edib. Noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində yerləşən "Sütəmurdov Kənd Qəbirstanlığı"-da dəfn olunmuşdur. == Elmi fəalliyəti == 1959–1961-ci illər ərzində Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəsifəsində işləmişdir. 1961–1962-ci illərdə sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututunda (ÜİÇ və SBETI) kiçik elmi işçi vəzifəsində işləmişdir.
Fərid Quliyev
Fərid Ruslan oğlu Quliyev ( ) — Azərbaycan futbolçusu. Fərid Quliyev gənc olsa da, artıq müəyyən özünəməxsus göstəricilər qazanıb. Çempionlar Liqasında qol vuran ən gənc azərbaycanlı futbolçudur. "Bakı" 2006-ci ildə Çempionlar Liqasının birinci mərhələsində mübarizəyə qoşularkən, o da bu komandanın üzvlərindən biriydi. Gürcüstanda "Sioni"yə uduzulan matçda (0:2) forma geyinməsə də, cavab görüşündə 45 dəqiqə meydanda oldu. Fasilədə Georgi Meqreladzeni əvəzləyən Fərid sona 15 dəqiqə qalmış adını tabloya yazdırdı. Başla vurduğu qol UEFA-nın rəsmi saytında da öz yerini tapdı. O, ilk mərhələnin ən gözəl qollarından birinə imza atmışdı. Gəncin təkbaşına fədakarlığı "Bakı"nın "Sioni" səddini keçməsinə çatmasa da, hər halda klub ÇL-də ilk qələbəsini qazandı. Oyunu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn azarkeşlərdən biri Rəşad Kərimov isə 18 min dollar uddu.
Fərəc Quliyev
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Hüseyn Quliyev
Hüseyn Quliyev (diplomat) Hüseyn Quliyev (diplomat, 1939) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev (diplomat, 1946) — Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri.
Ibrahim Quliyev
İbrahim Quliyev (şərqşünas) — Şərqşünaslıq İnstitutunun elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İbrahim Quliyev (dövlət xadimi) — Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İbrahim Quliyev (musiqiçi) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. İbrahim Quliyev (geoloq) — akademik.
Kamran Quliyev
Kamran Məmmədqulu oğlu Quliyev (9 sentyabr 1958, Zeynəddin, Naxçıvan rayonu) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyatı == 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub 1986-cı ildə institutu bitirib. K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətdə H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynamışdır. Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş vermişdir. 1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Qılıç Quliyev
Qılıç Məmmədoviç Quliyev (14 aprel 1913, aul I Gökçə, indiki Marı vilayəti, Türkmənistan — 1990) — sovet - türkmən dövlət xadimi, diplomat, yazıçı, tarixçi. Türkmənistan SSR-nin xalq yazıçısı (1984), səfir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Türkmənistan Pedoqoji İnstitutunu bitirmişdi (1948) və Sİ MK yanında ictimai elmlər akademiyasını tamamlamışdı (1952). 1943—1948 illər. — SSRİ-nin İrandakı Qorqan şəhərindəki konsulluğun əməkdaşı. 1953—1956 illər. — Türkmənistan SSR-nin mədəniyyət naziri. 1956—1957 illər. — SSRİ Nazirlər soveti yanında Türkmənistan SSR-nin nümayəndəsi.
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Vulidç
Vulviç (ing. Woolwich) — London şəhərinin rayonu. Temza çayının cənubunda yerləşməsinə baxmayaraq, bir hissəsi çayın şimalındadır (bu yer Nyuhem mahalının bir hissəsidir). 1889-cu ilə qədər Kent vilayətinin bir parçası olmuş, London vilayətinin yaradılması ilə bura birləşmişdir. Bu bölgə, London Planında Böyük Londonun 35 böyük mərkəzindən biri kimi qeyd edilir.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Uqliç
Uqliç — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir