Elvin Amil oğlu Quliyev (24 aprel 1999, Əhmədli, Daşkəsən, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elvin Quliyev | |
---|---|
Elvin Amil oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əhmədli, Daşkəsən, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Daşkəsən |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Elvin Quliyev 1999-cu il aprelin 24-də Daşkəsən rayonu Əhmədli kəndində anadan olub.[2][3] Ailədə 3 oğlan, 2 qız olublar.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elvin Quliyev Füzulinin azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 1-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]