Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quluncu
Quluncu — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 5.192 nəfər yaşayır (1,566 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və azərbaycanca danışırlar. == Din == Quluncu kəndinin əhalisi əsasən sünni hənəfi məzhəbində olan Kürəsünni türkləri qismən isə şiə cəfəri məzhəbində olan türklərdən ibarətdir. Quluncu bütün Cənubi Azərbaycanda sünni hənəfi etiqadlı türklərin kompakt yaşadığı ən böyük yaşayışı məntəqəsidir. Buna baxmayaraq burada şiə cəfəri inanclı türklərin sayı da çoxdur. === Məscidlər === Quluncuda ikisi sünnü biri şiə olmaqla birlikdə üç məscid fəaliyyət göstərir. Bunlardan Xatəm Əl Nəbiyin və Məhəmməd RəsulAllah məscidləri sünni; İmamzadə Məscidi isə şiə məzhəbinə məxsusdur.
Qululu (Germi)
Qululu (fars. قيلولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (38 ailə).
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Qovunlu
Kəndlər Qovunlu (Aralıq)- 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 70]. "Əhalisi Quzugüdənli Qarasu camaatındandır" (yenə orada). Qovunlu (Zarzəmin)- 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı [23, 123].
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). == Həyatı == Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Daha sonra 1912-ci ildə "Mədrəseyi-Ruhaniyyə"ni bitirib. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə müəllimlik İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Quğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Buludlu atlas (roman)
"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır. == Sujet == Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır. Adam Yuinqin sakit okean jurnalı. İlk hekayə Sakit okeanın arxipelaqlarından olan Çatem adasından başlanır. Kaliforniyada qızıl hərisliyi dövründə San-Fransiskolu notarius Ada'm Yuinq gəmisinin təmirə dayandığı vaxtda Henri Qus adlı həkimlə tanış olur. O adada sülhməramlı Moriori tayfasının döyüşkən Maori tayfası tərəfindən əsatirindən xəbər tutur.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.
Gümüşlü
Gümüşlü (Şərur) — Şərur rayonunda kənd. Gümüşlü (çay) — Quba rayonunda çay. Cimi çayının sağ qoludur. == Türkiyə == Gümüşlü (Besni) — Türkiyədə kənd. Gümüşlü (Korkuteli) — Türkiyədə kənd.
Külüllü
Külüllü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 205 nəfərdir ki onunda 89 nəfəri kişi, 116 nəfəri qadındır.
Ululu Kərim
Ululu Kərim (1780-ci illər) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Ululu Kərim indiki Ermənistanın Sisian rayonunda mövçud olmuş Ulu kəndində doğulub. Gənc yaşlarında köçüb Remeşin kəndinə gəlmiş, ömrünün sonunadək də burada yaşamışdır. Qəbri Aşağı Remeşindən bir az aralıda mövcud olmuş Şahbuz rayonunun Qızıl Qışlaq kəndinin qəbiristanlığındadır. Ululu Kərimin müəyyən dini təhsili olsa da, ailəsini dolandırmaq üçün dəlləklik edirmiş. Görünür, bu, el şairinin ata-baba peşəsi imiş. Çünki oğlu Heydər, nəvəsi Kərimqulu və onun oğlu Heydər də dəllək işləmişlər. == Yaradıcılığı == Yaradıcılığında qoşma və təcnislər başlıca yer tutur. Ustadnamələri məşhurdur. Şeirlərində ictimai bərabərsizlikdən, zəmanədən şikayət, dərd, qüssə-kədər motivləri ilə yanaşı, zülm və haqsızlığa qarşı etiraz da güclüdür.
Gülüzü
Gülüzü — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin əski adı Pekraşendir (erm. Փեքրաշեն). == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 69 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 27 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 779 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Zurzuna kənd cəmiyyətinin Pekraşen kəndində 360 nəfər əhali yaşayırdı, onların 351 nəfərini etnik qarapapaqlar, 9 nəfərini isə kürdlər təşkil edirdi.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Düyünlü qırxbuğum
Düyünlü qırxbuğum (lat. Polygonum nodosum) - qırxbuğum cinsinə aid bitki növü.
Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu.
Gümüşlü (Şərur)
Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır. Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (Su Elektrik Stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır. == Tarixi == 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır. Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır.
Düyünlü eritema
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora yarana bilər, miqrasiyə edən formaları illərlə gedə bilər.
Dola mənə qolunu (mahnı)
Gülüstü Qadın Əfəndi
Gülüstü Qadınəfəndi (d. 1830 - ö. may 1861) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu.
Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d.
Gümüşlü polimetal yatağı
Gümüşlü polimetal yatağı — Şərur rayonu ərazisində, Arpaçayın aşağı axınındadır. 7-ci əsrdən tarixə məlumdur. Yataq eyniadlı antiklinalın nüvə hissəsində və cənub-qərb qanadında yerləşir. Geoloji quruluşunda Sədərək (Üst Jivet mərtəbəsi) və Danzik (Frank mərtəbəsinin aşağı hissəsi) layları (əhəngdaşı, gilli şist, qumdaşı) iştirak edir. Antiklinalın cənub-qərb qanadı törəmə qırışıqlıqla və bir çox pozulmalarla mürəkkəbləşmişdir. Filizləşmə törəmə antiklinalların eninə pozulmalarla kəsilmiş tağ hissələri ilə əlaqədardır; qalenit və sfalerit minerallarının möhtəvi və bütöv filiz yuvalarından təşkil olunmuşdur. Layvari filiz cisimləri daha çox əhəmiyyətlidir. Sədərək lay dəstəsinin əhəngdaşları iki horizont təşkil edir. Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineraloji tərkibi qalenit, serusit, sfalerit və kalamindən ibarətdir.