DÜYÜNLÜ

sif.
1. Düyünü, ya düyünləri olan.
İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.

2. Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş.
Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. S.S.Axundov.

3. məc. Dolaşıq, mürəkkəb, çətinliklərlə dolu.
Ağbulaq kolxozu … ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. S.Rəhimov.

4. məc. Dərdli, ürəyi dağlı.
Bu növcavan ilqarında doğrudur; Dərd əlindən düyünlüdür, dağlıdır. (Qoşma).
[Abbas:] Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı. “Abbas və Gülgəz”.
Telli deyir: dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. Qaçaq Nəbi”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜYÜNLÜ bağlı
  • DÜYÜNLÜ dolaşıq — mürəkkəb
  • DÜYÜNLÜ dərdli — yanıqlı

Antonimlər (əks mənalı sözlər)

  • DÜYÜNLÜ DÜYÜNLÜ – AÇIQ İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi (S.Rüstəm); Simon yol açıqdır, gedə bilərsən (B
DÜYÜNLƏNMƏK
DÜYÜRD
OBASTAN VİKİ
Düyünlü qırxbuğum
Düyünlü qırxbuğum (lat. Polygonum nodosum) - qırxbuğum cinsinə aid bitki növü.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır.Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır. Qalxanabənzər vəzin kistləri çox vaxt xoşxassəli olur və bəzən bədxassəli bərk komponentləri ehtiva edən degenerasiyalı tiroid adenomaları nəticəsində yaranır.

Digər lüğətlərdə