Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurğan (Soyuqbulaq)
Qurğan (fars. قورغان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (52 ailə).
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Qurban Səlimov
Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır. == Həyatı == Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). == Həyatı == Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Qurban Yaquboğlu
Qurban Yaquboğlu (Bədəlov Qurban Yaqub oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist. == Həyatı == 1968-ci ilin mart ayının 14-də Şamaxı rayonunun Çöl Göylər kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən Xəzər jurnalında silsilə şerləri "jurnal içində kitab" formatında nəçr edilmişdir. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antalogiyasına şerləri (İkinci kitab) daxil edilib. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü almışdır. 2018-ci ilin martında Qurban Yaquboğlu "Mən yoxam" adlı ilk kitabını nəşr etdirmişdir. == Mükafatları == 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi == Həyatı == Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. 1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur. Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.
Qurban Yusifzadə
Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı. == Həyatı == Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur. 1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur.
Qurban İbrahimov
Qurban Namiq oğlu İbrahimov (4 iyun 1998, Kəngərli, Naxçıvan MR, Azərbaycan - 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurban İsmayılov
Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S.Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. 9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Qurban Əhmədov
Əhmədov Qurban Müzamiddin oğlu (20 iyun 1960, Katex, Balakən rayonu) — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, aparıcı elmi işçi, dosent. == Həyatı == Qurban Əhmədov 20 iyun 1960-cı il Azərbacan Respublikası Balakən rayonu Katex kəndində anadan olmuşdur. 1977-ci ildə Katex orta məktəbini qızıl medalla, 1982-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1985-ci ildən AMEA Fizika İnstitutunda fəaliyyətə başlamışdır. 1985-1989-cu illərdə Fizika İnstitutunun aspiranturasında təhsil almışdır. 1992-ci ildə namizədlik dissertasiyasını müdafıə etmişdir. 2013-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. İşlədiyi müddətdə o, laboratoriyada Bi2Te3 – Bi2Se3 nazik təbəqələrinin alınması və onların tədqiqi ilə məşğuldur. Əhmədovun aldığı nazik təbəqələr termofotovoltaik çeviricilər, infraqırmızı sensorlar timsalında praktik əhəmiyyət kəsb edir. Fizika İnstitutunda çalışdığı müddət ərzində 92 məqalə nəşr etdirmiş, 5 patent - ixtira alınmışdır.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Qurban Əliyev
Qurban Həsən oğlu Əliyev (22 iyun 1921, Çita – 30 mart 2008, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), 26 Bakı Komissarları Rayon Partiya Komitəsinin birinci katibi (1961–1971), Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor. == Həyatı == Qurban Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948–1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961–1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971–1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır. O, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur. Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Kurgan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Kurqan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.
Qurqan (Xoy)
Qurqan (fars. قورقان‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gürgan salamandrı
Gürgan salamandrı (Paradactylodon persicus) — Asiya salamandrı fəsiləsinin adı.
Qurqan (İrəvan xanlığı)
Qurqan - İrəvan xanlığının Sürməli mahalında kənd adı. == Tarixi == 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır. Bu kəndin adının mə'nası haqqında üç mülahizə irəli sürmək olar. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Qurqan tayfasının adını əks etdirir. Türk dillərində qurqan - düzən yerdə 1000 alaçıqdan ibarət dairəvi formalı dayanacaq, düşərgə sözündəndir. Türk dillərində tayfa başçısının qəbri üstündə ucaldılan konusvarı təpə-kurqan sözündəndir. Qeyd edilməlidir ki, Azərbaycan və ERmənistan ərazilərində qədim türk tayfalarına məxsus olan bə'zi kurqanlar xalq içərisində XIX əsrə qədər müqəddəs sayılırdı (məs: Laçın r-nunda Qurqanbaba piri və s.).
Beş kurqan
Qurban (İslam ritual qurbanı)
İslamda qurban (ərəb. قربان‎) — islam dinində qurbanvermə anlayışı. Qurbankəsmə vacib ibadət ayinlərindən biridir. Ən məşhur qurban udhiyyədir. Fitr bayramında kəsilən qurban, lakin bundan əlavə müsəlmanlar uşaq doğulması (əqiqə), eləcə də nəzir (nəzr qurbanı) münasibətilə qurban kəsirlər. == Udhiya == Udhiya (ərəb. التضحية — Günəş çıxandan sonra səhər kəsilən qurbandır. Qurban bayramının qeyd olunması zamanı Zilhiccə ayının 10-da icra edilən qurbanlıq mərasimidir. Ayin İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasının xatirəsinə edilir, onun yerinə son anda qoç kəsilir. Bu ayin İslam dininin mühüm ritual xüsusiyyətidir.