Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qurdqala
Qurdqala, Petrovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Toponim türk mənşəli qurd etnoniminə qala sözünün birləşməsindən əmələ gəlib "qurd tayfasına mənsub qala yanında salınan kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Daktilogirus qurdları
Gecə qurdları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Azqıllı qurdlar
Azqıllı qurdlar (lat. OLigochaeta) — qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır. == Ümumi xarakterik məlumat == Böyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Bu qurdların əksəriyyəti şirin sularda (1000 növ), az bir qismi dənizlərdə (200-dən çox), böyük bir qismi isə torpaqda (qalan növlər) yaşayır. Bəzi oliqoxetlər hətta az duzlu sularda belə yaşayırlar (Lumbriculidae). Lakin evriqalin növləri (Enchytraeus albidus) də vardır ki, onlar həm şirin sularda, həm də dənizdə yaşamaq qabiliyyətinə malikdirlər. Enchytraeidae fəsiləsindən olan polixetlərin suda və quruda yaşayan 400-dən çox növü vardır.
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Həlqəvi qurdlar
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.
Lentşəkilli qurdlar
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Qurdlar (Ağdam)
Qurdlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qurdlar (Bərdə)
Qurdlar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Əsli Kürdlər olmuşdur.
Qurdlar (Sarvan)
Qurdlar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İsgəndərov İsgəndər Namaz oğlu - İkinci dünya müharibəsi iştirakçısı.
Qurdlar (dəqiqləşdirmə)
Qurdlar (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Qurdlar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qurdlar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Qurdlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Qurdlar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qurdlar məhəlləsi
Qurdlar məhəlləsi (Naxçıvan)
Sap qurdlar
Qılqurdlar (lat. Nematomorpha) — heyvanlar aləminə aid heyvan tipi. Bu tipə 230-a yaxın növü birləşdirən parazit qurdlar daxildir. Qılqurdlar müxtəlif buğumayaqlılarda, əsasən həşəratlarda parazitlik edirlər. Adi qılqurd (lat. Gordius aquaticus) şirin sularda geniş yayılmışdır. Silindrik, çox nazik və uzun tükşəkilli bədən, bir neçə santimetrdən 1,5 m-ə qədər ölçüdə olub, qalın kutikula ilə örtülmüşdür. Bu qurdların cavan parazit mərhələləri ağımtıl, yetkin qurdlar isə tünd qonur rəngdədir. Kutikulanın altında birqatlı epiteli, onun altında uzununa əzələ liflərindən təşkil olunmuş dəri-əzələ kisəsi yerləşir. Qılqurdlar ilk bədən boşluğuna malikdirlər.
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yumru qurdlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Çoxqıllı qurdlar
Çoxqıllı qurdlar (lat. Polychaeta) — heyvanlar aləminin həlqəvi qurdlar tipinə aid heyvan sinfi. 8000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens). Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Dəyirmi qurdlar tipi
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.