Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمت‌الله مقدم مراغه‌ای‎; 1921, Qoşaçay – 2012, Tehran) — İran Milli məclisinin üzvü. Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur. Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir. Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun.
Rahmetullah Berişbek
Rahmetullah Berişbek (22 mart 1999) — Türkiyə Super Liqası təmsilçilərindən olan Giresunspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. Berişbek Gənclərbirliyi akademiyası vasitəsilə inkişaf etmişdir. Berişbek öz peşəkar karyerasında debütünü 6 fevral 2018-ci ildə Beşiktaş klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Petar Skuletiçi əvəz etmişdir. Həmin görüşdə Gənclərbirliyi kubok görüşündə rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Nemətullah (Şəbüstər)
Nemətullah (fars. نعمت الله‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 771 nəfər yaşayır (195 ailə).
Nemətullah Kişvəri
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir. O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir: "Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var.
Nemətullah Naxçıvani
Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani; 1452, Naxçıvan – 1514, Türkiyə) — mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır. Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır. 1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür. Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Şah Nemətullah
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Əhmədullah Gülməhəmmədov
Əhmədullah Gülməhəmmədov (8 yanvar 1936 – 25 sentyabr 2015, Mahaçqala) — Sovet və rus Qafqazşunas-dilçi mütəxəssisi, filologiya elmləri doktoru (1978), professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1997), Rusiya Federasiyasının əməkdar elm xadimi (1998) və Dağıstan Respublikası, Dağıstan Dövlət Universitetinin dilçilik ümumi və müqayisəli şöbənin müdiri, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunda Rusiya Federasiyası xalqlarının dilləri və ədəbiyyatı üzrə doktorluq dissertasiyalarının müdafiəsi şurasının sədr müavini, "Dağıstanda dilçilik" illik kitabının baş redaktoru. 8 yanvar 1936-cı ildə Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Muqerqan kəndində anadan olmuşdur. Muqerqan yeddi illik məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951-1954 -cü illərdə Bakı şəhərində Sovet Ticarət Texnikumunda oxuyur․ 1959-cu ildə Dağıstan Dövlət Universiteti tarix-filologiya fakültəsinin Rus-Dağıstan şöbəsini bitirib. 1959-1962-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1962-1965-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunun aspiranturasında oxuyub. 1967-ci ilin fevralında "Ləzgi dilinin Kutkaşen dialektləri" mövzusunda namizədlik dissertasiyasını, 1978 -ci ildə "Ləzgi dilinin frazeologiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1966-1981-ci illərdə DDU-də rus dili kafedrasının laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru işləmişdir. 1979-1981-ci illərdə xarici tələbələr üçün rus dili kafedrasının müdiri, 1981-ci ildən 1988-ci ilə qədər - ümumi dilçilik və rus dilinin metodologiyası kafedrasının müdiri, 1988-2003-cü illərdə ümumi dilçilik kafedrasının müdiri və 2003-2008-ci illərdə DDU ümumi və müqayisəli dilçilik şöbəsinin müdiri olur. 1997-ci ildən nəşr olunan "Dağıstanda Dilçilik" illik dilçilik jurnalının baş redaktoru idi. 2008-2011-ci illərdə Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Təbiət Elmləri İnstitutunun leksikologiya və leksikoqrafiya şöbəsinə rəhbərlik etmişdir.
Əmətullah Sultan
Əmətullah Sultan (Osmanlıca: إيمت الله بن مصطفى ساني) (d. 22 iyun 1701 - ö. 19 aprel 1727) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Əmətullah Sultan 22 iyun 1701-ci ildə Ədirnə sarayında dünyaya gəldi. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. 2 yaşı olanda atası taxtdan endirilmiş, bu səbəblə anasıyla birlikdə Köhnə saraya köçmüşdür. Gənclik illərini burada keçirən Əmətullah Sultan 1720-ci ildə əmisi Sultan Əhmədin istəyilə bibisi Fatma Sultanın dul qalan kürəkəni Mosul bəylərbəyi Osman Paşa ilə nişanlandı. Eyni mərasimlə bacısı Ayşə Sultan da Silahdar İbrahim Paşayla nigahlanmışdır. Osman Paşanın saraya göndərdiyi qiymətli əşyalardan sonra, 9 sentyabr 1720-ci ildə şeyxülislam Abdullah Əfəndi cütlüyün nigahını bağladı. Bu evlilikdən Hibətullah adlı bir qızı dünyaya gəlmişdir.
Şah Nemətullah Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Əmətullah Rabiyə Gülnuş Sultan
Əmətullah Rabiyə Gülnuş Sultan (osman. گلنوش سلطان) (1642, Retimno[d] və ya Krit – 6 noyabr 1715, Konstantinopol) — 19-cu Osmanlı sultanı IV Mehmedin xanımı, II Mustafa və III Əhmədin anası, Validə sultan. 1642-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən venesiyalı Verzizzi ailəsinə mənsub olub, Krit adasındakı Resmo şəhərində dünyaya gəldi. Resmonun fəthinin ardından Dəli Hüseyn Paşa tərəfindən əsir alındı və saraya hədiyyə edildi. Sarayda öncə Kösəm Sultanın, onun vəfatından sonra isə Turhan Sultanın himayəsinə alınaraq təlim-tərbiyə edildi. Adı Kösəm Sultan tərəfindən dəyişdirilərək Əmətullah Gülnuş oldu. Həddi buluğa çatmasının ardından Ədirnə sarayında olan Sultan Mehmedə təqdim olundu. İlk övladı olan Xədicə Sultan da 1662-ci ildə bu sarayda dünyaya gəldi. Ardından 1664-cü ildə Şahzadə Mustafanı, 1670-ci ildə Gülsüm Sultanı, 1673-cü ildə Şahzadə Əhmədi, 1675-ci ildə Şahzadə Bəyazidi və 1680-ci ildə Fatma Sultanı dünyaya gətirdi.