Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمتالله مقدم مراغهای; 1921, Qoşaçay – 2012, Tehran) — İran Milli məclisinin üzvü.
Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur. Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir. Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun.