Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blender
Blender – üçölçülü kompüter qrafikalarının yaradılması üşün professional sərbəst (ödənişsiz) və açıq proqram təminatıdır, bura modelləşdirmə vasitələri, animasiyalar, vizualizasiya, üçölçülü çapetmə, videonun səsli montajı və sonradan emalı, “qovşaqlar” vasitəsilə tərtib edilməsi (Node Compositing Digital – müxtəlif yerlərdə və müxtəlif zamanlarda əldə edilmiş iki və daha çox şəkillərin bir çərçivədə birləşdirilməsi), həmçinin interaktiv oyunların yaradılması daxildir. Peşəkar komanda tərəfindən təkmilləşdirilməsi səbəbindən sürətli və sabit inkişaf etdiyi üçün hazırda pulsuz 3D redaktorlar arasında ən populyarıdar.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Qreyder
Qreyder və ya avtoqreyder — avtomobil yollarının, aerodrom örtüklərinin salınması, suvarma kanalları və s.-nin çəkilməsi və təmiri zamanı tökülmüş torpağa profil vermək, torpağın və yol inşaat materiallarının yerini dəyişdirmək, yaxud yaymaq üçün özügedən maşın. Əyrixətli profili olan və tam dönən gavahın əsas işlək orqanıdır. Qreyder həmçinin buldozer, yükləyici, qartəmizləyən və s. maşınların avadanlıqları ilə təchiz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == 'Lembit Juksaar. Lugu Talleksist ja Talleksi erastamisest. — Tallinn, 2012. — том 1, стр.
Treyder
Treyder (ing. Trader «tacir, alverçi») — öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir. Ümumiyyətlə, birjada qiymətli kağızların (səhmlər, istiqrazlar, fyuçerslər, opsionlar) ticarəti deməkdir. Treyderlərə xarici valyuta (forex) və əmtəə bazarlarında (məsələn, "taxıl alverçisi") treyderlər də deyilir: ticarət treyderlə həm birja, həm də birja olmayan bazarlarda həyata keçirilir. Treyder müştərilərin istəyi və ya onların adından əməliyyat aparan digər treyderlərlə qarışdırılmamalıdır: broker, diler, distribyutor. Treydinq — ticarət treyderin birbaşa işidir: mövcud bazar vəziyyətini təhlil etmək və ticarət müqavilələri bağlamaq. == Treyder növləri == === Mülkiyyət üzrə === Peşəkar treyderlər — maliyyə qurumlarında və ya müəssisələrdə (banklar, sığorta şirkətləri, pay fondları, brokerlər, dilerlər) işləyirlər. Ümumiyyətlə xüsusi bir təhsili və müvafiq fəaliyyət üçün lisenziyası var. Pulla və şirkətlərinin və ya müştərilərinin maraqları naminə əməliyyatlar həyata keçirirlər. Rusiya qanunlarına görə, bu cür treyderlərdən fərdi sertifikatlar tələb olunur (əvvəllər FFMS tərəfindən verilirdi, indi bununla Rusiya Bankı məşğul olur).
Şredder
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.
Bender
Bender Bendinq Rodriges (ing. Bender Bending Rodríguez) — "Futurama" cizgi serialının əsas personajlarından biri. Con Di Macio tərəfindən səsləndirilib. Bender alkoqolik olması, əxlaqsız davranışlar sərgiləməsi, çox siqaret çəkməsi və qumarbaz olması ilə bilinir.
Blender Foundation
== Filmoqrafiya == Sintel Böyük Dovşan Bak Fillərin Arzusu Yo Frenki!
Bresler qulançarı
Bresler qulançarı (lat. Asparagus breslerianus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir. == Botanika təsviri == Hündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; ççiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir.
Cenis Bremner
Cenis Bremner (15 iyul 1974) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cenis Bremner Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cenis Bremner Olimpiadanın gümüş medalına sahib olub.
Code:Breaker
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā, azərb. Kod: Qırıcı‎) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür.
Henk Bremmer
Hendrikus Piter (Henk) Bremmer (17 may 1871[…], Leyden, Cənubi Hollandiya – 10 yanvar 1956[…], Haaqa) — hollandiyalı rəssam, incəsənət tənqidçisi, sənətşünas, incəsənət müəllimi, incəsənət kolleksiyaçısı idi. Rəssam Rudolf Bremmerin atası idi. Bremmer rəssam təhsili aldı, 1893-1895-ci illərdə jurnalist kimi çalışdı və 1896-cı ildə incəsənət dərsi keçməyə başladı. 1906-1907 mövsümündə Hollandiyanın ən varlı qadınlarından biri olan Helen Kröller-Müller onun şagirdi idi və qısa müddətdə incəsənətlə bağlı kolleksiya nümunələri toplamağa başladı. Bremmer ona incəsənətlə bağlı topladığı bu kolleksiyanı bir yerə yığıb nümayiş elətdirməyi təklif etdi və bu gələcəkdə yaranacaq olan Kröller-Müller muzeyinin əsasını qoydu. Bremmerin bir çox sənət adamı ilə əlaqəsi var idi. 1902-ci ildən ölənə qədər Haaqadakı Artiestenhofda yaşayıb. 1912-ci ildə Bart van der Lek ilə əlaqəyə yaratdı, onu maddi dəstək və aylıq müavinət ilə təmin etdi. 1906-cı ildə incəsənət tənqidi olan Eene inleiding tot het zien van beeldende kunst kitabını nəşr etdi. 1913-cü ildə təsviri sənət jurnalına başlamışdır.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur.Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1. А — Гонг.
Sidney Brenner
Sidney Brenner (13 yanvar 1927[…] – 5 aprel 2019[…], Sinqapur) — Cənubi Afrikalı bioloq. 2002-ci ildə Nobel Fizyologiya və tibb mükafatını H. Robert Horvitz ve Cohn Sulston ilə birlikdə qazanıb.Brenner genetik kod araşdırmaları və digər molekulyar biologiya araştırmalarında vacib əlavələr etmişdir. Nematod olan Caenorhabditis elegans parazitini biologiya araştırmaları üçün model orqanizma olaraq istifadə etmişdir.. Berkeley, Kaliforniya, ABŞ da Molekülyar Elmlər İnistutunu quraraq burda öz işinə davam edir.
Troglostrongylus brevier
Troglostrongylus brevier (lat. Troglostrongylus brevier)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin uzunluğu 5,2 mm, bədənin orta hissəsinin maksimal eni 0,198 mm, quyruq hissəsindəki isə 0,176 mm-dir. Bağırsaq düz olub, cinsi boru ilə paralel uzanır. Bursa yaxşı inkişaf etmişdir. Spikulalar nazik, qəhvəyi rəngdə olub, bərabərdir. Uzunluğu 0,517 mm-dir. Spikulalar bütün bədən boyu dartılmış membran ilə əhatə olunmuşdur. Hər spikulanın distal hissəsindən nazik çıxıntı çıxır. Dişilərin uzunluğu 0,428 mm, anus ətrafında maksimal eni 0,110 mm-dir.
Blender (proqram)
Blender – üçölçülü kompüter qrafikalarının yaradılması üşün professional sərbəst (ödənişsiz) və açıq proqram təminatıdır, bura modelləşdirmə vasitələri, animasiyalar, vizualizasiya, üçölçülü çapetmə, videonun səsli montajı və sonradan emalı, “qovşaqlar” vasitəsilə tərtib edilməsi (Node Compositing Digital – müxtəlif yerlərdə və müxtəlif zamanlarda əldə edilmiş iki və daha çox şəkillərin bir çərçivədə birləşdirilməsi), həmçinin interaktiv oyunların yaradılması daxildir. Peşəkar komanda tərəfindən təkmilləşdirilməsi səbəbindən sürətli və sabit inkişaf etdiyi üçün hazırda pulsuz 3D redaktorlar arasında ən populyarıdar.
Karel Qreyder
Karel Qreyder – (15 aprel 1961[…], San-Dieqo, Kaliforniya)Amerikalı alim, molekulyar bioloq, 2009-cu il üçün Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı, Elizabet Blekbörn və Cek Soztak ilə birlikdə "xromosomların telomerlər və telomeraz fermenti tərəfindən qorunma mexanizmlərinin kəşfinə görə" (1971-ci ildə Aleksey Olovnikov tərəfindən təklif olunan nəzəriyyəyə görə). Milli Elmlər Akademiyasının (2003 il) və ABŞ Milli Tibb Akademiyasının (2010 il), eləcə də Amerika Fəlsəfə Cəmiyyətinin (2016 il) üzvü, Fəlsəfə Doktoru (1987 il), Cons Universitetinin görkəmli professoru Hopkins Universiteti (2014-cü ildən). Karel Qreyder 1983-cü ildə Santa Barbaradakı Kaliforniya Universitetini bitirib (bakalavr dərəcəsi 1983il). 1987-ci ildə isə Berklidəki Kaliforniya Universitetində doktorluq dərəcəsini almışdır. 1988-ci ildə Cold Spring Harbor Laboratoriyasına müstəqil işçi, 1990-cı ildən elmi işçi köməkçisi, 1994-cü ildən elmi işçi kimi daxil olmuşdur. 1997-ci ildə laboratoriyasını Cons Hopkins Universitetinin Tibb Fakültəsinə köçürdü, 2003-cü ildən Molekulyar Biologiya və Genetika Departamentinin professor (Professor Daniel Nathans adına) və direktoru, 2014-cü ildən isə bu universitetin görkəmli professoru olub.
Henk Şreyder
Henri R. "Henk" Şreyder (ing. Henry R. "Hank" Schrader) — Vins Qilliqanın yaratdığı "Bədbəxt" teleserialının personajlarından biri. Din Norris tərəfindən canlandırılmış bu personaj DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşıdır. Norris "Ən yaxşısı Sola zəng et" spin-off teleserialında da rol almışdır. == Bioqrafiya == Henri R. Şreyder, serialın baş qəhrəmanı Volter Vaytın arvadının bacısı əridir. O, Albukerkedəki DEA şöbəsinin əməkdaşıdır. Serial boyunca o, Heisenberg adlı narkobaronun axtarışında iştirak edir — əslində onun öz qohumu Volter olduğundan xəbərsizdir. Henk onu tapmaq və həbs etmək üçün xüsusi tədbirlər görür.
Mari Şreyder
Mari Şreyder (qızlıq soyadı: Lambert) — "Bədbəxt" və "Ən yaxşısı Sola zəng et" teleseriallarında görünən personaj. Betsi Brandt tərəfindən canlandırılıb. Onun həyat yoldaşı Henk, bacısı Skayler Vayt, bacısının əri isə Volter Vaytdır. Mari rentgenoloqdur, o, tez-tez mağazalardan oğurluq edir və bunun üçün müalicə alır. O, eqoist və səmimiyyətsiz görünsə də həqiqətən ərini və bacısının ailəsini sevir. Onun geyindiyi paltarlar bənövşəyi rəngin tonlarındadır.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
K.Bremer
Kore Bremer (isv. Kåre Bremer, 17 yanvar 1948) — İsveç botaniki, Stokholm Universitetinin rektoru, London Linney Cəmiyyətinin üzvü. == Şərəfinə adlandırılan taksonlar == Athanasia bremeri Källersjö Pseudoblepharispermum bremeri J.-P.Lebrun & Stork == Beynəlxalq elmi jurnallarda dərc olunmuş seçilmiş məqalələri == Bremer, K. 1994. Branch support and tree stability. Cladistics 10: 295–304. Bremer, K., and Gustafsson, M. H. G. 1997. East Gondwana ancestry of the sunflower alliance of families. Proceedings of the National Academy of Sciences (USA) 94: 9188–9190. Angiosperm Phylogeny Group: Bremer, K., Chase, M. W., Stevens, P. F. (coordinators), Anderberg, A. A., Backlund, A., Bremer, B., Briggs, B. G., Endress, P., Fay, M. F., Goldblatt, P., Gustafsson, M. H. G., Hoot, S. B., Judd, W. S., Källersjö, M., Kellogg, E. A., Kron, K. A., Les, D. H., Morton, C. M., Nickrent, D. L., Olmstead, R. G., Price, R. A., Quinn, C. J., Rodman, J. E., Rudall, P. J., Savolainen, V., Soltis, D. E., Soltis, P. S., Sytsma, K. J. and Thulin, M. (contributors) 1998. An ordinal classification for the families of flowering plants.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslərUsta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri.Yaşayış məntəqələriBəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər. Bəndər Deyləm — İranın Buşehr ostanında şəhər.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Şabbat
Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb. Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar. == Fəaliyyətləri == Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir. Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Bərədeh (Həştrud)
Bərədeh (fars. بره ده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (25 ailə).