Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radiolarialar
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip. == Haqqında == Şüalılar - plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir.
Radiolaritlər
Radiolaritlər — 50%-dən çox hissəsi radiolariya skeletlərindən təşkil olunmuş, zəif və ya möhkəm sementləşmiş, əsasən silisiumlu orqanogen çöküntülər. Radiolariya qabıqları silisium oksidindən (bəzən xalsedon və ya kvars) təşkil olunur. Bəzən qarışıq kimi fosfat, gil, alevrit materialı, qlobulyar opal, diatomea, spikula, silisiumlu süngər qalıqları və b. iştirak edir. Müxtəlif rəngli (sarımtıl, boz, qırmızı) olur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Senecio radiolatus
Senecio radiolatus (lat. Senecio radiolatus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Rodiola
Rodiola (lat. Rhodiola) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Cyclotella radiosa
Cyclotella radiosa (Grunow in Van Heurck) Lemmerm. == Bazionim == Cyclotella comta var. radiosa Grunow in Van Heurck == Sinonimlər == Cyclotella comta (Ehrenb.) Kütz. C. quadrijuncta (Schröter) Keissl. C. schröteri Lemmerm. == Ekologiyası == Göllərdə və çaylarda planktonda, oliqohalob-indifferent (Sa).
Dördbuğumlu rodiola
Dördbuğumlu rodiola (lat. Rhodiola quadrifida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Navicula radiosa
Navicula radiosa Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun . == Sinonimləri == Navicula acuta Kütz. N. radiosa var. acuta (W. Sm.) Grunow Pinnularia radiosa W. Sm. == Ekologiyası == Epifit, göllərdə, çaylarda, su anbarlarında, nohurlarda, bataqlıqlarda və dənizlərdə bentik, şirin və şortəhər sularda, oliqohalob-indifferent (Sa), indifferent (pH), β-mezosaprob (S). == Yayılması == Böyük Qafqaz: Samur-Dəvəçi (Şabran) kanalı; Şəki-Zaqatala bölgəsinin sututarları; BQ-ın cənub yamacının sututarları; Abşeron r-nu: Ceyranbatan su anbarı. – KDÇ: Yevlax r-nu: Kür ç. (aşağı axarı); Hacıqabul r-nu: Hacıqabul g. ; İmişli r-nu: Sarısu g.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Xəttyarpaq rodiola
Xəttyarpaq rodiola (lat. Rhodiola kirilowii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Actinotia radiosa
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır. == Yayılması == Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Ardeola
Pırtlaşıqlələk (lat. Ardeola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Gratiola
Gratiola (lat. Gratiola) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Radiata
Bağırsaqboşluqlular (lat. Coelenterata) — heyvanlar aləminə aid heyvan bölməsi. == Ümumi xarakteristika == Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə yapışan heyvanlardır. Onların oturaq formaları polip, sərbəst üzənləri isə meduzalardır. Bu tipə 9000-ə qədər növ daxildir. Tipin səciyyəvi əlaməti isə bağırsaq boşluğunda və bədənində dalayıcı hüceyrələrin olmasıdır. == Xarici quruluşu == Bağırsaqboşluqların quruluşu radial şüalı simmetriya ilə xarakterizə olunur. Bədəndə boylama istiqamətində bir əsas ox müəyyən edilir ki, onun da ətrafında radial qayda da müxtəlif orqanlar yerləşmişdir. Radial simmetriyanın sırası təkrarlanan orqanların sayından asılıdır.
Radikal
Radikal (hərfi tərcümə: "köklü" lat. radix — "kök"): Radikal (kimya) — molekulda xüsusi atomlar qrupu. Radikallar nəzəriyyəsi — Antuan Lavuazyenin fikrincə bir birləşmədən digərinə dəyişikliksiz keçən atomlar qrupu. Radikal (siyasət) — baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs. Radikal — Radikal Partiyanın üzvü. Radikal — Kökaltı işarəsi (√).
Rhodiola
Rodiola (lat. Rhodiola) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Ariola
Ariola Records (Ariola və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma studiyasıdır. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Pinus radiata var. radiata
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
"Nuhçıxan" radiosu
"Nuhçıxan" radiosu — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən radio. == Tarixi == "Nuhçıxan" radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlamışdır. == Yaradıcı heyəti == Radionun yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir. == Fəaliyyəti == Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. == Yayım ərazisi == Hazırda "Nuhçıxan" radiosu "Universitet Televiziyası" ilə birlikdə Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatında 5 km radiusunu əhatə edən ərazidə yayımlanır.
Actinoseris radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Ardeola ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Azadlıq Radiosu
"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL)) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Radio Free Europe/Radio Liberty tərəfindən 1950-ci ildə qurulmuş və John Foster Dulles, rəhbərliyindəki qurum CIA tərəfindən Anti-Kommunizm təbliğat etmək məqsədiylə xüsusilə Soyuq Müharibə dövründə sıx şəkildə istifadə edilmişdir. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün "Azadlıq" radiosunun verlişlərini dinləyir. == Tarixi == 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə "Azadlıq" radiosu Münhendən Praqaya köçüb. "Azadlıq" radiosu Çexoslovakiya Federal Parlamentinin əvvəlki binasında yerləşən yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. "Azadlıq" radiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. "Azadlıq" radiosu aşağıdakı dillərdə verilişlər yayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.
Azərbaycan Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bidens radiata
Bidens radiata (lat. Bidens radiata) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Eucalyptus radiata
Eucalyptus radiata (lat. Eucalyptus radiata) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.