Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gravity
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Pariti
Hibiskus (lat. Hibiscus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Bombycidendron Zoll. & Moritzi Bombycodendron Hassk. Brockmania W. Fitzg. Pariti Adans. Wilhelminia Hochr.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Raritet
Raritet (alm. Rarität‎, lat. "raritas" - nadir) — qiymətli nadir əşya, hal, xüsusiyyət, kitab, incəsənət əsəri ( tarixi və bədii dəyər sayılan əmtəə ).
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
CBS Reality
CBS Reality — Bütün Avropa, Yaxın Şərq və Afrikada yayımlanan Amerika telekanalı. CBS Corporation-a daxildir. 14 sentyabr 2009-cu ildə CBS, CBS Studios International, 2009-cu ildə Böyük Britaniyada 6 CBS markalı kanal açmaq üçün Chellomedia ilə birgə müəssisə yaradıldığını elan etdi. Yeni kanallar, Zone Romantica, Zone Thriller, Zone Horror, Zone Reality, Zone Horror +1 və Zone Reality +1-i əvəz etməi idi. 1 oktyabr 2009-cu il tarixində elan edildi ki, CBS Reality, CBS Reality +1, CBS Drama və CBS Action bu kanaları əvəz edəcək: Zone Reality, Zone Reality +1, Zone Romantica və Zone Thriller-i. 5 aprel 2010-cu ildə Zone Horror və Zone Horror + rebrendinq olundu və müvafiq olaraq 1 Horror Channel və Horror Channel +1-ə çevrildi.1 avqust 2012-ci ildə Chellomedia, Zone Reality-in Avropa versiyasını CBS Reality olaraq adlandırdığını açıqladı. Avropada, CBS Reality 3 dekabr 2012-ci ildə Zone Reality-ni əvəz etmişdir. 2 aprel 2014-cü il tarixindən etibarən, CBS Reality Birləşmiş Krallığın Freeview rəqəmsal televiziya şəbəkəsində mövcuddur. CBS Reality +1, YouView (TalkTalk Plus TV) -də 27 iyul 2014-cü ildə efirə çıxmağa başladı, lakin növbəti ilin 2 iyun tarixində ləğv edildi.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Maritz üsyanı
== Giriş == On iki il əvvəl İkinci Boer müharibəsinin sonunda köhnə Boer döyüşçülərindən sülh şərtlərinə əməl edəcəklərinə dair əhd imzalamaları tələb olundu.Deneyz Reyts kimi bəzi üsyançılar bu tələbdən imtina etdilər və Cənubi Afrikadan sürgün edildilər.Sonrakı onillikdə bir-çox insanlar geri qayıtdılar və onların bir-çoxu qayıtdıqdan sonra əhd imzalamadılar.İkinci Boer müharibəsinin sonunda sona qədər mübarizə aparan Boerlər "Bittereinders" (acıya adanmışlar) kimi tanındılar. Boer və ya Beş şillinq üsyanı kimi də bilinən Maritz üsyanı,1914-cü ildə(Birinci Dünya müharibəsinin əvvəllərində)Cənubi Afrika Cümhuriyyətinin yenidən qurulmasını dəstəkləyən Boerlərin rəhbərliyi altında Cənubi Afrikada baş vermiş silahlı üsyan olmuşdur.Hökümətin bir-çox üzvləri on iki il əvvəl başa çatmış İkinci Boer müharibəsində ingilislərə qarşı Maritz üsyançıları ilə birgə mübarizə aparan köhnə Boerlər idi.Üsyan uğursuzluqla nəticələndi və üsyan başçıları ağır həbs cəzasına məhkum olundular. == Üsyan == Birlik Müdafiə Qüvvələri Komandiri,general-mayor Kristian Frederik Beyers Cənubi Afrika hökumətinin hücum əməliyyatları aparma qərarına qarşı çıxdı.O,1914-cü il sentyabrın 15-də səlahiyyətlərindən imtina edərək qeyd edirdi:-"Müharibənin almanların "barbarlığına" qarşı davam etdirilməsi çox üzücüdür.Biz Сənubi Afrikadakı müharibə dövründə baş verən qəddarlıqları bağışladıq,amma unutmadıq".Bununla o,Boer müharibəsi dövründə baş vermiş qəddarlıqları xatırlatmağa çalışmışdı.Bu məsələyə dair hökuməti məclisdə dəstəkləməyi rədd edən namizəd senator General Koos de la Rey də Beyers ilə birləşdi.Sentyabrın 15-də onlar təlimini bitirmiş,böyük cəbhəxanası və 2000 nəfərlik orduya sahib olan Potchefstroom-dakı Mayor JCG (Jan)Kemp-i ziyarət etmək üçün yola çıxdılar.Baxmayaraq ki,onların ziyarətlərinin məqsədi bilinmirdi,Cənubi Afrika hökuməti bunun üsyan məqsədli olduğuna inandı.General Beyersin sözlərinə görə onların məqsədi hökumətin hərəkətlərinə etiraz olaraq aparıcı ordu zabitlərinin eyni vaxtda istefası planlarını müzakirə etmək idi.İclasa gedən zaman De La Reyin avtomobili Foster mafiyasını axtarmaq üçün qurulan yolda bir polis tərəfindən güllələndi.De La Rey vuruldu və öldürüldü.Ancaq De La Reyin cənazəsində bir-çox milliyyətçilər bəzi şaiyələrə inanaraq qeyd edirdilər ki,hökumət tərəfindən ona sui-qəsd edilmişdir.Almaniyanın Cənub-Qərbi Afrika sərhədinin Birlik qüvvələri komandosunun başçısı olan General Maritz almanlarla birləşdi.Daha sonra o,müvəqqəti hökumət adından bəyannamə yaydı.O,keçmiş Cənubi Afrika Cümhuriyyəti ilə yanaşı Afrikanın Keyp bölgəsi və Natalın ingilislərin nəzarətindən azad olduqlarını və müstəqilliklərini bəyan etdi.Generaller Beyers,De Wet,Maritz,Kemp və Bezuidenhout'un bu müvəqqəti hökumətin ilk liderləri olduqları açıqlandı.Maritz qüvvələri Upington ərazisindəki Keimoes'u işğal etdi.General De Wetin idarəçiliyi altında Lydenburg komandiri Heilbron qəsəbəsini ələ keçirtdi.Bölgənin görkəmli vətəndaşlarından bəziləri ona qoşuldu və həftə sonunda o,3000 nəfərlik orduya sahib oldu.Beyers həmçinin Maqalisberqdə də xeyli qüvvə toplayaraq orduya 12000 üsyançı yığmağa nail oldu.Hökumət 1914-cü il oktyabrın 12-də hərbi vəziyyət elan etdi və General Lui Bite və Jan Smutsun əmri ilə hökumətə sadiq qüvvələr üsyanı məhv etməyə başladılar.General Maritz 24 oktyabrda məğlub oldu və Almanlara sığındı.Beyers 28 oktyabrda hücumuna məruz qaldı və sonradan qüvvələrini Kemplə birləşdirdi.Lakin o,dekabrın 8-də Vaal çayında boğularaq öldü.General De Wet 1 dekabr 1914-cü ildə Bechuanalandda, 52 nəfərlik Waterbury adlı bir fermada ələ keçirildi.Tutulduğu zaman etdiyi şərh: "Şükürlər olsun ki, məni əsir edən ingilis deyil"-olmuşdu.General Kemp,Qalahari çölündə komandanlıq etdiyi orduda 800-dən çox adamın və atların bir hissəsini 1,100 km uzunluğunda bir aylıq səfərində itirərək,Maritzə qayıtdı,lakin təxminən bir həftə sonra geri döndü və 4 fevral 1915-ci ildə təslim oldu. == Üsyanın nəticəsi == Maritz üsyanı yatırıldıqdan sonra Cənubi Afrika ordusu hərbi əməliyyatlarını Alman Cənub-Şərqi Afrikasında davam etdirdi və 1915-ci ildə həmin əraziləri fəth etdi.1916-cı ildə İrlandiyada baş vermiş "Pasxa yüksəlişi" başçılarınin taleyilə müqayisədə aparıcı Boer üsyançıları 6-7 il həbs kimi nisbətən daha yüngül cəzalar aldılar.İki il sonra isə üsyançılar azadlığa buraxıldılar,çünki Luis Botha sülh anlaşmasını qəbul etdi.Qeydədəyər bir istisna kimi Müdafiə Qüvvələri zabiti Joupie Fourie üsyana qoşulmazdan əvvəl istefa etməmişdi və edam olunmuşdu.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Proseslərarası rabitə
Proseslərarası rabitə (ing. interprocess communication (IPC); rus. межпроцессное взаимодействие; türk. süreçler arası iletişim) – bir kompüterdə çoxtapşırıqlı əməliyyat sistemində icra olunan proqramlar arasında, yaxud şəbəkə mühitində icra olunan proqramlar arasında verilənlərin ötürülməsi metodları. IPC’nın ümumi üsulları və vasitələrinə kanallar (PIPES), semaforlar, yaddaşın bölünməsi, növbələr, siqnallar, Clipboard, DDE, OLE aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qazaxıstanda rabitə
Məlumat dünyanın CIA Kataloqundan götürülmüşdür (20 mart 2011-ci il) : Telefonlar — əsas xətlər: 4.928 milyon (2011) Telefonlar — cib telefonları: 14.995 milyon (2009) Telefonun ölkə kodu: +7 Telefon sistemi: Ölkədaxili: Quru xətləri, radiorele rabitəsi və peyk rabitəsi vasitəsi ilə şəhərlər arasında. Sabit əlaqələrin sayı tədricən artır və hər 100 nəfərə təxminən 40 nəfərdir. Mobil (mobil) əlaqələr sürətlə böyüyür və onların sayı 100 nəfərə 88 nəfərdir. Beynəlxalq: Digər postsovet respublikaları və Çin ilə beynəlxalq rabitə quru xətləri və mikrodalğalı radiorele rabitəsi vasitəsi ilə həyata keçirilir. Digər ölkələrlə peyk və Trans-Asiya-Avropa (TAE) fiber optik kabel vasitəsilə. Peyk yerüstü stansiyaları: Intelsat. Qazaxıstan peykləri — KazSAT-1, KazSAT-2, KazSAT-3, KazSAT-4. Radio yayım stansiyaları: AM - 60, FM - 24, qısa dalğa - 14 (2011) Radio: 11.47 milyon (2011) Televiziyalar: 26 (üstəgəl 14 təkrarlayıcı) (2011) İnternet provayderləri: 18 (öz beynəlxalq kanalları ilə) (2011) İnternet aparıcıları: 180 217 (2011) İnternet istifadəçiləri: 400.000 (2005) 1,247,000 (2006); 5.300.000 (2011) İnternet domeni :.kz, .қаз == Mobil əlaqə == Qazaxıstanda mobil rabitə GSM (900, 1800) və UMTS (900, 2100) formatında həyata keçirilir. 2012-ci ildə mobil rabitənin nüfuz nisbəti 120% təşkil etmişdir. 2015-ci ildə Qazaxıstanda mobil rabitə səviyyəsi 185% -ə çatdı - ölkədə 31 milyondan çox SİM kart qeydiyyata alındı.
Rabitə, kommunikasiya
Rabitə Bakı
Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. == Tarixi == 2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub.
Rabitə protokolları
Verilənlərin ötürülməsi protokolları — müxtəlif proqramlar arasında məlumatların mübadiləsi tanımlayan bir interfeys logic level müqavilələr toplusu. Bu razılaşmalar yer, avadanlıq, ayrılır proqram qarşılıqlı mesaj və səhv rəftar göndərmək üçün tutarlı bir yol müəyyən və ya interfeys ilə bağlıdır. Standartlaşdırılmış ötürülməsi protokolu da xüsusi hardware platforma və istehsalçının (məsələn, USB, Bluetooth) bağlı deyil interfeys inkişafı (artıq fiziki səviyyədə), imkan verir. == Şəbəkə protokolları == Şəbəkə Protokol - iki və ya daha arasında əlaqə və mübadilə məlumatlar şəbəkə cihazları daxil imkan verən qaydalar və hərəkətlərdən (tədbirlər ardıcıllıqla) bir sıra. Şəbəkə protokollarının 4 siyahısı Link Layer Network Layer Nəqliyyat Layer Session Layer Application LayerIETF müəyyən İnternet yeni protokollar və digər protokollar - IEEE və ISO. İTU-T telekommunikasiya protokolları və formatlar ilə məşğul olur. TCP / IP - İnternet üçün əsas olan iki protokol. Protokol TCP (Transmission Control Protocol) paketlər və üzrə ötürülən informasiya ayırır. Protokol IP (Internet Protokol) Bütün paketləri köçürülür. Sonrakı bütün hissələri qəbul olub-olmadığını yoxlamaq üçün TCP protokolu istifadə edərək. TCP bütün hissəsinin sonra alınması üçün onların təşkil və birlikdə toplanır.
Radio rabitə
Radiorabitə — XX əsrin əvvəllərindən istifadəyə verilmiş bir telekommunikasiya sistemidir. Bu sistem elektromaqnit dalğaları hesbına əmələ gəlir və verilənləri almaq və ötürmək qabilliyətinə malikdir.Onu elmə Qulyelmo Markoni gətirmişdir. Sistem inkişaf etdikcə onu hətta qitələrarası teleqraf rabitəsində də istifadə edirlər. == Yaranma yolları == Elekromaqnit rəqsləri almaq üçün rəqs koturundan istifadə olunur.Rəqs konturunda elektrik sahəsi kondensatorun köynəkləri arasında ,maqnit sahəsi isə sarğac daxilində və onun ətrafında mövcud olur. Bu cür kontur fəzaya elektrommaqnit dalğaları şüalandırmır.Ona görə belə kontur qapalı rəqs konturu adlanır.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Türkmənistanda rabitə
Türkmənistanda telekommunikasiya — Türkmənistan iqtisadiyyatının bir sahəsidir. == Mobil rabitə == Türkmənistanda mobil rabitə GSM formatında həyata keçirilir. Bir mobil "Altın Asır" operatoru GSM formatında işləyir. Monopol bir şirkətdir, 2010-cu ildə şirkət 500 mindən çox abunəçiyə xidmət göstərirdi.2010-cu ildə lider 2,4 milyon abunəçisi olan MTS-Türkmənistan şirkəti idi. Lakin 21 dekabr 2010-cu ildə MTS şirkəti rabitə xidmətlərinin göstərilməsini dayandırdı, yəni şirkətin bütün abunələri (2,4 milyon nəfər) əlaqədən çıxdı. Elə həmin gün ana şirkət olan MTS-nin (Rusiya) rəsmi elanında deyilirdi ki, "Rabitə Nazirliyi tərəfindən üçtərəfli müqavilənin bir sıra pozuntuları ilə bağlı şirkət Beynəlxalq Ticarət Palatasındakı Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Türkmənistan və ayrıca BCTI lisenziyalarının dayandırılması barədə yuxarıda göstərilən bildirişlə əlaqədar Türkmənistanın Arbitraj Məhkəməsinə iddia verdi. 30 avqust 2012-ci ildə MTS-Türkmənistan işini davam etdirdi və sakinlərinə mobil xidmətlər göstərməyə başladı. === Mobil abunəçilər === 3.198.000 (2009-cu il üçün) Ölkənin dünya ilə müqayisəsi: 117 == İnternet == Türkmənistan 1997-ci ildə MCI Communications (daha sonra MCI WorldCom) ilə müqaviləyə əsasən İnternetə giriş əldə etmişdir. 2001-ci ildə TürkmənTelecom məlumat ötürmə xidmətlərinin göstərilməsində inhisara çevrildikdə az sayda müstəqil İnternet provayderi fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.
İon rabitə
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Aritz Aduriz
Artiz Aduliz Zubeya (11 fevral 1981[…], San-Sebastian, Basklar ölkəsi) — Son olaraq La Liqa klubu olan Atletik Bilbao klubunda çıxış edib . Burada Hücumçu kimi çıxış edib. Eyni Zamanda İspaniya milli futbol komandasının da hücumçusu kimi boy göstərib .
Mariy El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mariy dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. == Əlifba == Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Кama") və "Морко мланде" ("Мorka torpağı") qəzetləri çıxır.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. == Həyatı və karyerası == Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmişdi. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. 15 yaşında ikən o, "Hadera gəncləri" adlı qrupun tərkibində musiqi yarışlarında iştirak edir.
Party Favor
"Party Favor" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Darkroom və Interscope Recods tərəfindən mini-albomun yeddinci və sonuncu sinqlı kimi buraxılıb. Record Store Day üçün 7 düymlük vinil formatında buraxılıb, b tərəfi kimi Dreykin "Hotline Bling" mahnısına olan kover ifası yer alıb.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Arabıl-Arıta
Arabıl-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Cənub sahilləri uçurumludur. Burada hündürlük 5 metrə çatır. Üzərində elədə böyük olmayan göllər vardır. Bataqlıqlaşmış sahələrə sahibdir.
Barıt imperiyaları
Barıt imperiyaları və ya Müsəlman barıt imperiyaları — XVI əsrdən XVIII əsrə qədər çiçəkləndikləri dövrdə üç türk və müsəlman imperiyasına: Osmanlı İmperiyasına, Səfəvilər İmperiyasına və Böyük Moğol İmperiyasına aid edilən termin. Bu üç imperiya erkən müasir dövrün ən güclü və ən sabit iqtisadiyyatlarına malik idi ki, bu da kommersiya ekspansiyasına və mədəniyyətin daha çox himayəsinə səbəb olur, onların siyasi və hüquqi institutları isə artan mərkəzləşmə dərəcəsi ilə möhkəmlənirdi. İmperiyalarda adambaşına düşən gəlir və əhalinin əhəmiyyətli dərəcədə artması və davamlı texnoloji yenilik tempi müşahidə olunurdu. Qərbdə Mərkəzi Avropa və Şimali Afrikadan şərqdə Benqal və Arakana qədər uzanırdılar. İmperator ekspansiyası zamanı yeni icad edilmiş odlu silahların, xüsusilə top və atıcı silahların istifadəsi və inkişafı ilə İslam barıt imperiyaları tərəfindən böyük ərazilər fəth edildi. Avropada olduğu kimi, barıt silahlarının tətbiqi mərkəzləşdirilmiş monarxiya dövlətlərinin yüksəlişi kimi dəyişikliklərə səbəb oldu. G.S.Hodqsona görə, barıt imperiyalarında bu dəyişikliklər hərbi təşkilatlanmadan xeyli kənara çıxdı. Hindistan yarımadasında yerləşən moğollar, qismən Teymuri İntibahını miras qoydular və öz dəbdəbəli memarlığı ilə tanındılar. Səfəvilər İran üçün səmərəli və müasir dövlət idarəsi yaratdılar və təsviri sənətdə böyük inkişaflara sponsorluq etdilər. Kaysar-ı Rum kimi də tanınan Konstantinopol əsaslı Osmanlı xilafətinin sultanları İki Həram Məscidin Xadimi və bununla da İslam dünyasının başçıları idilər.
Battaxtax-Arıta
Battaxtax-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Şərq sahilləri uçurumludur.