Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Traxtik
Zoğalbulaq (əvvəlki adı: Traxtik) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Traxtik kəndi Zoğalbulaq kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Zoğalbulaq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Ermənilər burada yerləşdikdən sonra kəndin adı Traxtik (erm. "cerınet guşəsi") kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adi bərpa edildi. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Zoğalbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Quruçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Draxtik
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
İvan Rakitiç
İvan Rakitiç — Peşəkar karyerasına Isveçrənin Bazel klubunda başlayıb. Daha sonra Almaniyanın Şalke klubuna keçır. Burada bir az məşhurlaşıb. Ispaniyanın Sevilya klubunda daha məşhur olur. Bir neçə titul qazandıqdan sonra Barselonaya transfer olur . O əslən İsveçrəli olsa da Xorvatıya da oynayır. 2018 Dünya çempionatında Xorvatiya ilə finala çıxıb amma Fransaya məğlub olublar . O artıq millidə 100 oyuna çıxıb. Bu oyunlarda o 33 dəfə rəqib qapılarına yol tapıb. İvan Rakitiç İsveçrənin Rheinfelden şəhərində 1988-ci ildə anadan olub.O əvvəlcə İsveçrənin yerli klublarında oynayıb.İndi İspaniyanın Barselona komandasında çıxış edir ] [[Kateqoriya:Dear Dr.