Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cerund
Cerund (ing. Gerund) — İngilis dilində feilin şəxssiz formasından bir növü. Feilin sonuna -ing şəkilçisi əlavə etməklə düzəlir. Cerund həm isim, həm də feilin xüsusiyyətlərinə malikdir. == Xüsiyyətlər == === İsim === Cümlədə mübtəda, tamamlıq və predikativ (ismi xəbərin ad hissəsi) kimi işlənir. Sözönü ilə işlənir. Yiyəlik əvəzliyi vəya yiyəlik halında olan isimlə təyin olur. === Feil === Şəxsi feillər kimi zaman xassələrinə malikdir. Şəxsli feil kimi, Cerund da zərflə təyin olur. Şəxsli feillər kimi, Cerunddan da sonra tamamlıq işlənə bilir.
Öresund
Öresund (dan. Øresund, isv. Öresund), həmçinin Sund (alm. Sund‎) Zelandiya adası (Danimarka) və Skandinaviya yarımadasının (İsveç) arasında yerləşən boğaz. Baltik və Şimal dənizlərini birləşdirir. Öresundun sahillərində iki iri şəhər Kopenhagen və Malmö yerləşir, onlar 16 km uzunluğunda olan Öresund körpüsü vasitəsilə birləşirlər. Lakin boğazın ən dar yeri (5 km-dən az) şimalda, Helsinqborq və Helsingör şəhərləri arasında yerləşir. Boğazda İsveçin Ven adası və Danimarkanın Saltholm və Peberholm adaları yerləşir Öresundun siyasi nəzarəti Danimarka və İsveçin tarixlərində həmişə mühüm rol oynayıb. Roskild müqaviləsi əsasında, şərq sahili 1658-ci ildə İsveçə verilmədən öncə, Danimarka qərb tərəfdə Helsingörda yerləşən Kronborq qalasından və şərq tərəfdə Helsinqborqda yerləşən Karnan qalasından boğazın hərbi nəzarətini qoruyub saxlayırdı. Hər iki qalanın yerləşdiyi yerdə boğazın eni 4 km-dir.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
Öresund Körpüsü
Öresund körpüsü (dan. Øresundsbroen, isv. Öresundsbron) — İsveç və Danimarkanı birləşdirən, Öresund boğazı üzərindən keçən iki zolaqlı dəmir yolu və dörd zolaqlı avtomobil yoluna sahib körpüdür. Körpü həm dəmir yolu, həm də avtomobil nəqliyyatının təmini cəhətdən Avropanın ən böyük birləşik körpüsüdür və Öresund Bölgəsinin iki metropolitan ərazisi olan Danimarkanın paytaxtı Kopenhagen və İsveçin mühüm şəhərlərindən biri olan Malmö şəhərlərini birləşdirir. Avropa Birliyinin E20 beynəlxalq marşrutu burada Oresund Dəmiryolu kimi dənizin ortasında iki zolaqlı avtomobil yolu ilə tunele bağlanır. Öresund körpüsü dünyanın ən böyük transsərhəd körpüsüdür, eyni zamanda o özəl təşəbbüslə tikilən və idarə olunan ən böyük körpüdür.
Böyük Nefud
Böyük Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının şimalında yerləşən səhra. Səhra 290 km uzunluğa, 225 km enə malikdir. Səhranın sahəsi 103 600 km² təşkil edir. Böyük Nefud səhrası özünün qəfil güçlü küləkləri ilə məşhurdur. Səhranın qumları qırmızıdır. Böyük Nefud Rub-əl-Xali və Dəhnə səhraları ilə birləşir. Akaba şəhərini ələ keçirməzdən öncə ərəb üsyançılarının başçısı Auda ibn Tayi limana zəif qorunan hissədən türk ordusuna hücum təşkil edir. Bu ordu Böyük Nefud səhrasını keçdikdən sonra çətinliklə şəhərə yaxınlaşmışdırlar. Tomas Edvard Lourens Auda ibn Tayi Akabaya hücum etməyə inandıra bilir.
Nefud-Dahi
Nefud-Dahi — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən qumlu səhra. İnzibati cəhətdən Səudiyyə Ərəbistanı ərazisinə daxildir. Uzunluğu 500 km, eni 100 km təşkil edir. Əsasən qum barxanlarından təşkil olunmuşdur.
Raund Meypl
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Rebun adası
Rebun adası (yap. 礼文島) — Vakkanai şəhərinin qərbdə, Hokkaydo adasının şimal-qərb sahilindən təxminən 45 km məsafədə, Yapon dənizində yerləşən vulkanik ada. Yaponiyanın, Hokkaydo prefekturası, Soya dairəsi, Rebun qəzasına daxildir. Adanın sahəsi 81,33 km²-dir. Uzunluğu 29 km, eni isə 8 km-ə bərabərdir. Adanın adı Aynu dilində işlənən Rep-un sözündən götürülmüşdür. Mənası açıq dəniz adası deməkdir. Vulkanik mənşəlli adadır. Sahil qayalıqlarında andezit-bazaltların sütunlu hissələrinə tez-tez rast gəlinir. Rişiri adasından Rebun boğazı ilə ayrılır.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Erase/Rewind Official Remix
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Qay Plini Sesili Sekund
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Erase/Rewind Official Remix (albom)
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Nikolas Vindinq Refn
Nikolas Winding Refn ( dan. Nicolas Winding Refn; 29 sentyabr 1970, Kopenhagen) — Danimarka kinorejissoru, ssenaristi, prodüseru və aktyoru. O, 64-cü Kann Film Festivalında Ən yaxşı rejissor mükafatının qalibi olmuş, "Sürücü" filminə görə Ən yaxşı rejissor kateqoriyasında BAFTA mükafatına namizəd göstərilmişdir. Nikolas Vindinq Refn Liv Korfiksen ilə evlidir. Cütlüyün iki qızı var.
On iki raund (film, 2009)
12 Raund (İngiliscə: 12 Rounds), 2009 -cu ildə WWE Studios tərəfindən istehsal olunan və rejissoru Renny Harlin olan Amerika filmidir. Baş rolda peşəkar güləşçi John Cenanın oynadığı filmdə Steve Harris, Gonzalo Menendez, Aidan Gillen, Brian J. White, Ashley Scott və Taylor Cole da rol almışdır. Film 27 Mart 2009 -cu ildə ABŞ -da yayımlanmışdır.
On iki raund 3: Kilidlənmə
12 Raund 3: Kilidlənmə, 2015 -ci ildə ABŞ -da çəkilmiş olan bir filmdir. Baş rollarda WWE güləşçisi Dean Ambrose və Roger Cross oynamışdır.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013-cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Rəşqund (Üşnəviyyə)
Rəşqund (fars. شگوند‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (37 ailə).
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).
Rənd (Maku)
Rənd (fars. موليك علي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (101 ailə).