Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Relvan
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Upload
Upload və ya faylın yüklənməsi (ing. Download) — faylın şəbəkə vasitəsilə digər kompüterdən və ya informasiya daşıyıcısından kompüterə yüklənməsi. Upload Azərbaycan dilinə tərcümədə "Yüklə" deməkdir.
Eliad
Eliad (31 yanvar 1990, Rişon-le-Sion, Mərkəz dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Elhad Nəziri
Elhad Nəziri (29 dekabr 1992, Bakı) — futbolçu, Petrolul klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == Elhad Nəziri 1992-ci ilin 29 dekabr tarixində Zəngilan rayonunda anadan olub. Gənc yaşlarında futbolla məşğul olub, Neftçi və Qarabağ klublarında oynayıb. 2011–2012-ci il mövsümündə Lokomotiv-Biləcəri klubunun heyətində Azərbaycan Birinci Liqasında çıxış edib. 2012-ci ilin yayında Moldova çempionatına keçən Elhad Nəziri Milsami klubu ilə 2 illik (1+1) müqavilə imzalayıb. Milsamidə 6 oyun keçirən Elhad Nəziri 2013-cü ilin fevral ayında Ruminiyanın Petrolul klubuna transfer olub və bu klub ilə 3,5 illik müqavilə bağlayıb. == Milli komanda == 2012-ci ilin oktyabr ayında Elhad Nəziri Berti Foqts tərəfindən milliyə dəvət olundu. Şimali İrlandiya milli komandası ilə keçirilən oyunda Elhad millinin heyətində debüt etdi.
Elşad Nağıyev
Elşad Nağıyev (azərb. Elşad Arif oğlu Nağıyev‎; d.11 avqust 1963, Culfa r., NMR – ö. 8 sentyabr 1994) — şəhid polkovnik-leytenant. == Həyatı == Elşad Arif oğlu Nağıyev 1963-cü il avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuşdur. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirmişdir. Ailəli və iki övladı var idi. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Ukraynanın Donetsk şəhərində Ali Hərbi məktəbi zabit kimi bitirib, Sovet ordusunda hərbi xidmətə başlamışdır. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra Sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilən Elşad Nağıyev 1986-cı ilin mart ayında oradan qayıtmışdır. Bundan sonra 271-ci taburda bölük komandirinin siyasi işlər üzrə müavini, 342-ci alayda bölük komandirinin müavini, 329-cu, 34-cü, 370-ci alaylarda komandir müavini işləmiş, 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil almışdır. 1992-ci ildən Azərbaycan Milli Ordusunun 754 nömrəli hərbi hissəsində komandir kimi çalışan Elşad Nağıyevin Milli Ordumuzun formalaşmasında çox böyük xidmətləri olmuşdur.
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Qadaşev
Elşad Eldar oğlu Qadaşev (1 may 1968, Bakı) — SSRİ və Azərbaycan basketbolçusu. == Uğurları == 1989-cu ildə keçirilmiş Avropa çempionatında SSRİ yığmasının heyətində bürünc medal qazanmışdır. 1993 və 1994-cü illərdə Latviya çempionu olmuşdur. 1992 Yay Olimpiya Oyunlarında MDB yığmasının heyətində yer almışdır.
Elşad Qoca
Elşad Qoca — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Elşad Quliyev
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır. Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. == Elmi fəaliyyəti == Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir.
Elşad Rəhimov
Elşad Rəhimov (11 oktyabr 1974, Bakı) — Azərbaycan kino xadimi, montaj rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rəhimov Elşad İbrahimxəlil oğlu 11 oktyabr 1974-cü il Bakı şəhərində anadan olmuşdur. 1981–1989-cu illərdə Bakı şəhəri 20 saylı məktəb. 1994–1999 AzTV. 1999–2001 ABA TV. 2001–2002 Rast production. 2002–2005 Space TV. 2005–2007 A.S.V.A Profi studiya. 2007–2009"Bizim Kino prodüser mərkəzi" 2009-cu ildən Azərbaycanfilm kinostudiyasında çalışır. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Zəvvar ORT rus (2001) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski NTV rus (2004) Bomba (film, 2005) İnterpapa (film, 2006) Hökmdarın taleyi (film, 2008) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Kuklalar (film, 2009) Yaddaş (film, 2010) Əlavə təsir (film, 2010) İlahi məxluq (film, 2011) Dolu (film, 2012) Xoca (film, 2012) Dərvişin qeydləri (film, 2013) Qisas almadan ölmə (film, 2014) Axırıncı dayanacaq (film, 2014) Əlvida, Şmidt!
Elşad Tahirov
Elşad Tahirov — Azərbaycan futbolçusu == Həyatı == Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1989-1990, 2001-2002, 2005-2007-ci illərdə Xəzər FK (Lənkəran), 1990-1992-ci illərdə Neftçi PFK (Bakı), 1992-1995-ci illərdə Saxalin FK (Saxalin), 1995-1999-cı illərdə Viləş FK (Masallı), 1999-2001-ci illərdə Xəzər Universiteti FK (Bakı), 2004-2005-ci illərdə “Şəmkir” FK (Şəmkir), 2007-2008-ci illərdə isə Masallı FK (Masallı) kimi klublarda peşakar futbolla məşğul olmuşdur. Peşəkar məşqçilik karyerasına 2008-ci ildə Xəzər FK (Lənkəran) klubunda qapıçı-məşqçisi olaraq başlamışdır. 2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandanın, 2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli komandanın, 2013-2014-cü illərdə yenidən Xəzər FK-nın (Lənkəran) məşqçisi olmuşdur. 2014-cü ildən etibarən 16 yaşadək oğlanlardan ibarət milli komandanın qapıçı məşqçi funksiyasını yerinə yetirir. 2009-cu ilin iyun ayında “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmiş, noyabr ayından etibarən isə “B” kateqoriyalı məşqçi lisenziyanın sahibidir.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi. Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır.
Elşad Yəhyayev
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. == Döyüşlərdə iştirakı == Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.
Elşad Zeynallı
Elşad Elman oğlu Zeynallı (22 oktyabr 1996, Lənkəran rayonu – 1 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Zeynallı 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2014-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsilini başa vurub. 2014–2015-ci illərdə həqiqi hərbi xidmətini çəkmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elşad Zeynallı Fizuli döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdində şəhid olmuşdur. Lənkəranda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Zeynallı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Zeynalov
Elşad Allahverdi oğlu Zeynalov (29 yanvar 1951, Ağsu – 5 yanvar 2006, Lənkəran) — Azərbaycan teatr aktyoru və inzibatçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Elşad Zeynalov 29 yanvar 1951-ci ildə Ağsuda anadan olmuşdur. O, 1969–1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış, buranı bitirdikdən sonra təyinatla Lənkəran Dövlət Dram Teatrına aktyor kimi qəbul edilmişdir. Elşad Zeynalov 5 yanvar 2006-cı ildə vəfat etmiş, Lənkəranda dəfn olunmuşdur. 2010-cu ildə yaşadığı evə — Lənkəran şəhərinin Qala Xiyabanı, 28 ünvanında yerləşən binanın qarşısında xatirə lövhəsi vurulmuşdur.
Elşad İsgəndərov
Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012-2014) == Həyatı == 21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var. == Karyerası == 1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
Elşad İskəndərov
Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012-2014) == Həyatı == 21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var. == Karyerası == 1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
Elşad Şabanov
Elşad Şabanov (d. 1952, Qax, Azərbaycan)—ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı, Müstəqil Dövlətlər Birlliyinin döyüş əməliyyatları veteranı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, Əfqanıstan müharibəsinə görə SSRİ Dövlət Təhlükəsizlik orqanlarının fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı == Həyatı == Elşad Yusif oğlu Şabanov 1952-ci ildə Qax rayonunda anadan olmuşdur. Orta məktəbi qızıl medalla başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əsgərlikdən sonra 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində oxumuşdur. == Fəaliyyəti == Ali məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik komitəsinin Qəbələ rayon şöbəsində çalışmağa başlayan Elşad Şabanov burada əməliyyatçı vəzifəsinin yerinə yetrir. Həmin vaxt Qəbələ rayonunda tikilməkdə olan xüsusi təyinatlı hərbi hissə haqda xarici kəşfiyyata məlumat ötürülməsi barədə informasiya daxil olur. Qısa zamanda hərbi əks-kəşfiyyat orqanlarının köməyi ilə hərbi sirri ötürən və qonşu rayonda dövlət əleyhinə işləyən mütəşəkkil cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilir. Həmin il respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi qəhrəmanı N.Nikitinin sədri olduğu kolxozda ümumrespublika müşavirəsi keçirirdi. Respublika rəhbərliyinin təhlükəsizliyini təmin etmək vəzifəsi E.Şabanova həvalə edilir. Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, Daşkənd şəhərində ali kəşfiyyat kursuna göndərilir.
Elşad Əhmədli
Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Dram Teatrı. Baş rejissor == Həyatı == Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002 ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S.Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə,festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN , SƏN , BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir. == Teatrda oynadığı rollar == R.İsmayılov "Son məktub" Rzabala (2003),İ.Əfəndiyev "Ağıllılar və dəlilər" Kərəm (2004),H.Mirələmov "Vicdanın hökmü" Sabir (2004),Ş.Əliyev "Nəsrəddin və Əzrayıl" Rəcəb (2005),N.Cəfərov "Buna da şükür" Eynəkli (2005),İ.Əfəndiyev "Qəribə oğlan" Otar (2006),C.Cabbarlı "Solğun çiçəklər" Bəhram (2006) Hidayət "Bu dünyanın adamları" Sarvan (2007), M.Haqverdiyev "Məhəbbət oyun deyil" Rüstəm (2007),İ.Məlikzadə "Yaxın adam" Xəlil (2008), Ə.Əmirli "Varlı qadın" Qara (2008), Elçin "Ölüm hökmü" Murad (2009),T.Cucenoğlu "Gözəlçələr" Apo (2009), M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah" Şahbaz (2011), İftixar"Dan yeri söküləndə" Aşıq Əhsən (2012), K.Ağayeva "Məhsəti" Əmir Əhməd (2013), İ.Əfəndiyev "Unuda bilmirəm" Cəmil (2013), A.İdrisoğlu "Şah İsmayıl Xətai" Simasız hökmdar (2014),N.Dumbadze "Ağ bayraqlar" Qiqla (2014) == Rejissor fəaliyyəti == 2014-cü ildən GDDT-da quruluşçu rejissor kimi fəaliyyətə başlamış və aşağıdakı tamaşalara quruluş vermişdir.
Elşad Əhmədov
Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent. == Həyatı == Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir.
Elşad Əhədov
Elşad Saday oğlu Əhədov (4 mart 1968, Təzə Alvadı, Masallı rayonu – 11 dekabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir. == Döyüşlərdə iştirakı == Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur. == Ailəsi == Ailəli idi.İki uşağı yadigar qalıb. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Elşad Əliyev
Elşad Məmmədqulu oğlu Əliyev — Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra hakimiyyətinin sabiq başçısı (2002–2013). == Fəaliyyəti == === İcra başçısı === 22 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. === Kənd təsərrüaftı naziri === 2013-cü il aprel ayının 24-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Qara cəllad
Kara Cəllad, Yılmaz Atadeniz'in rejissoru olduğu 1971-ci ildə çəkilən Türk filmidir . == Rollarda == İrfan Atasoy (səs. Əbdurrəhman Palay) Feri Cansel (səs. Nevin Akkaya) Ərol Taş (səs.
Elöd
Elöd (IX əsr, bilinmir – X əsr) — 7 macar qəbiləsindən biri olan Nyek qəbiləsinin başçısı. O qəbiləsini indiki Macarıstana doğru yönləndirmişdi və Balaton gölü ətrafında yurd salmışdı.