Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leninçi
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.
Salix reinii
Salix reinii (lat. Salix reinii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix reinii f. pendula Kimura Salix reinii f.
Beşinci Zobucuq
Beşinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Beşinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Beşinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == İqtisadiyyatı == Beşinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Yuxarı Yağlıvənd Poçt Şöbəsi Beşinci Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. == Təhsil == Beşinci Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Beşinci kolon

Beşinci kolonna

Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Sevda Erginci
Sevda Erginci (3 oktyabr 1993, İstanbul) — Türk aktrisa. Erginci 15 yaşında Semaver şirkətinin "Paki ve Sevgi Çiçekleri" adlı tamaşasında rol alaraq aktyorluğa başlayıb, daha sonra Kenter Teatrında aktyorluq dərsləri alıb. O, 2012-ci ildə Star TV-də yayımlanan Özgü Namal və Ozan Güvenlə birlikdə "Koyu Kırmızı" serialında rol alıb, həmən il "Veda" tarixi dramındada rol alıb. Daha sonra 2013–2014-cü illər arasında "Karagül" serialında Ayşe obrazını canlandırıb. O, kinoda rol almağa ilk 2015-ci ildə Onur Ünlü tərəfindən yazılmış "Uzaklarda Arama" filmində başlayıb. O, "Hayat Bazen Tatlıdır" və "Ver Elini Aşk" seriallarında baş rol oynadıqdan sonra, "Yasak Elma" serialında Zeynep Yılmaz obrazını canlandırıb. 2019-cu ildə "Sevgili Geçmiş" serialında İpek Gencer rolunu canlandırıb. Ardı ilə 2020-ci ildə "Uyanış: Büyük Selçuklu" tarixi serialında rol alıb və Turna Hatun obrazını canlandırıb. O, 2022-ci ildə ekranlara çıxan "Seni Kalbime Sakladım " adlı romantik serialda rol alıb və Zeynep Gören obrazını canlandırıb. Nəhayət, yenidən "Yasak Elma" serialına daxil edildi və finala qədər davam etdi.
Böyük gəzinti
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Gəzinti mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. == Haqqında == Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. == Tarixi == Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. Rezin ördəklərin ölçüləri fərqlidir.
Tuğba Əkinçi
Tuğba Əkinçi (4 iyun 1976, Qars, Qars ili) — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Əkinçi (Kürdəmir)
Əkinçi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 mart 1998-ci il tarixli, 455-IQ saylı Qərarı ilə Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati-ərazi vahidi tərkibindəki Əkinçi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Əkinçi (dəqiqləşdirmə)
Əkinçi Əkinçi (qəzet) Əkinçi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda qəsəbə. 13 mart 1998-ci ildə ləğv olunmuşdur.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu.
Əkinçi (qəzet)
Əkinçi (az-əbcəd. اکینچی‎) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi.
Əkinçi Partiyası

Əkinçi qəzeti

Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış. Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.
Bethovenin beşinci simfoniyası
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. == Tarixi == === İnkişaf === Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Beşinci Fransa Respublikası
Beşinci Fransa Respublikası (fr. Quatrième République) — Fransa tarixinin 1958-ci ildən bu günə qədər əhatə edən dövrü. 1958-ci ildə qəbul edilmiş yeni Fransa Konstitusiyası ilə müəyyən olunmuşdur.
Beşinci Koalisiya müharibəsi
V Koalisiya müharibəsi — Beşinci Koalisiya, 1809-cu ildə Avstriya İmperatorluğu və Birləşmiş Krallığın Fransız İmperatorluğu və Bavariyaya qarşı qurduğu koalisiya müharibəsidir. Müharibə Avstriya və Fransa arasında gedərkən hər iki tərəfdən müttəfiqlər müharibəyə daxil oldular və Avstriya koalisiya heyəti qurarkən, Napoleon da Ren Konfederasiyasını təşkil etdi. Hal-hazırda Yarımada Müharibəsi davam edərkən Avropada yerləşən Britaniya, Avstriyalıları əmin etmək üçün Hollandiya Krallığına bir səfər təşkil etdi; ancaq bu cəhd münaqişənin sonununa təsir etmədi. Bavariyada və Tuna Vadisində münaqişələr davam edərkən, müharibə iyul ayının başlanğıcında Vaqram Müharibəsindəki qanlı mübarizədən sonra Fransızlar üçün müsbət nəticə verdi. Bu müharibə Fransanın Avstriyaya tətbiq etdiyi ən sərt mübarizə idi. Şönbrun müqaviləsi ilə münaqişə sona çatsa da İngiltərə, İspaniya və Portuqaliya davam edən Yarımada Müharibəsində Fransa ilə müharibədə şəraitində qaldı. 1812-ci ildə Napoleonun, Rusiyanı işğal edənə qədər Orta və Şərqi Avropada sülh şəraiti vardı, bu da 1813-cu ildə Altıncı Koalisiyanın qurulmasına yol açdı.
Beşinci Kuril boğazı
Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Bəzən Yevreinov boğazı olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
Gəzinti (film, 2015)
Gəzinti (ing. The Walk) — rejissor Robert Zemekisin 2015-ci ildə çəkdiyi amerikan tarixi filmi. == Məzmunu == Bioqrafik janrda olan film Filipp Petinin həyatından bəhs edir. Filipp Peti 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində 400 metr hündürlükdə kəndir üzərində gəzmiş fransız kəndirbazıdır. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Film haqqında == Filmdə alman bəstəkarı Lüdviq van Bethovenin "Für Elisa" əsərindən istifadə olunmuşdur. Film tənqidçilərin yüksək rəyini alıb. Rotten Tomatoes saytında film 202 resenziya əsasında 86% reytinqə malikdir və orta balla 10 ballıq sistemdən 7,2 bala layiq görülüb.
On beşinci firqə
On beşinci firqə — Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə dövlətləri arasındakı qarşılıqlı razılaşmaya əsasən, 1918-ci il sentyabrın əvvəlində hərbi yardım məqsədilə Azərbaycana gəlmiş və Bakının azad olunmasında fəal iştirak etmiş türk piyada diviziyası. Diviziya Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmrinə əsasən, Xəlil paşanın komandanlıq etdiyi şərq ordular qrupunun tərkibində olan 9-cu ordunun tabeliyindən alınaraq, Qafqaz İslam Ordusuna verildi. Azərbaycana yetişdikdən sonra onun tərkibində 38-ci, 56-cı və 106-cı piyada alayları, habelə bir sıra topçu və digər yardımçı bölmələr, cəmi 157 zabit və 7636 əsgər olmalı idi. Azərbaycana daha əvvəl göndərilmiş 38-ci piyada alayı ölkə ərazisinə 1918-ci il iyulun 14-də daxil olmuşdu. On beşinci firqənin Azərbaycana doğru hərəkətə başlamasına 1918-ci il avqustun 23-də əmr verildi. Firqə Qarakilsə (Sisyan) — Qazax yolu ilə Azərbaycana çatmalı və sonra da qatarlar vasitəsilə Bakıya yetişməli idi. Firqənin qərargahı 1918-ci il sentyabnn 6-da Ağstafaya, 9-da isə Bakı ətrafına çatdı. Firqəyə yarbay Süleyman İzzət bəy komandirlik edirdi. Bu birləşmə Bakının şimalında yerləşdirildi. Bakı əməliyyatı başlamazdan əvvəl Qafqaz İslam Ordusu komandanının əmrilə onun tərkibində müəyyən dəyişikliklər edildi.
Beşinci hakimiyyət (film)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.